Skip to content
3 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək
  • Cəmiyyət

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün
Cavidan 3 Avqust, 2026
Screenshot 2026-08-03 095646

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

İmtahanda 827 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Kürdəmir və Şirvan şəhərlərində təşkil olunacaq.

Xatırladaq ki, qabiliyyət imtahanı kompüterlər vasitəsilə keçiriləcək. Abituriyentlər inşanı elektron formada kompüterdə yazacaqlar.

İmtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub.

Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 10:00-da başlanır və 3 saat davam edəcək.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.

Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları, abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblərlə buradan (Azərbaycan və rus dilində) tanış ola bilərsiniz.

Post navigation

Previous: Kolleclərə ixtisas seçimi başlayıb
Next: Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-03 125156
  • Cəmiyyət

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

Cavidan 3 Avqust, 2026
Screenshot 2026-08-03 123222
  • Cəmiyyət

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

Cavidan 3 Avqust, 2026
Screenshot 2026-08-03 112556
  • Cəmiyyət

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Cavidan 3 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 860)
  • Dünya (993)
  • Gündəm (3. 239)
  • İdman (681)
  • İqtisadiyyat (145)
  • Kateqoriyasızlar (176)
  • Kriminal (1. 416)
  • Mədəniyyət (92)
  • Siyasət (391)
  • Texnologiya (15)

Xəbər Trendi

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq Screenshot 2026-08-03 125156 1
  • Cəmiyyət

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

3 Avqust, 2026
İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib Screenshot 2026-08-03 123222 2
  • Cəmiyyət

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

3 Avqust, 2026
Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib Screenshot 2026-08-03 115606 3
  • Kateqoriyasızlar

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

3 Avqust, 2026
Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb Screenshot 2026-08-03 112556 4
  • Cəmiyyət

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

3 Avqust, 2026
Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub Screenshot 2026-08-03 105315 5
  • Mədəniyyət

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

3 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2860) Dünya (993) Gündəm (3239) Kateqoriyasızlar (176) Kriminal (1416) Mədəniyyət (92) Siyasət (391) Texnologiya (15) İdman (681) İqtisadiyyat (145)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.