Skip to content
3 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Kolleclərə ixtisas seçimi başlayıb
  • Cəmiyyət

Kolleclərə ixtisas seçimi başlayıb

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi avqustun
Cavidan 3 Avqust, 2026
Screenshot 2026-08-03 093544

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi avqustun 3-dən 9-dək (saat 23:59-dək) internet vasitəsilə aparılacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.

Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

2026/2027-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında nəşr olunub.

Qeyd edək ki, 2026-cı ildə orta ixtisas təhsili müəssisələrinə tələbələrin qəbul olması üçün 6210 plan yeri ayrılıb. Ötən il müvafiq göstərici 8144 yer idi. Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 24545 abituriyent ixtisas seçiminə buraxılıb. Ötən il isə 24059 nəfərin müsabiqədə iştirak hüququ var idi. Abituriyentlərin nəzərinə çatdırırıq ki, ötən il olduğu kimi, bu il də müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən abituriyentlərə 3 – 9 avqust tarixlərində qeydiyyatdan keçib ixtisas seçimində iştirak etməyə icazə verilir. Ona görə də ixtisas seçimində iştirak edən abituriyentlərin sayının daha da artacağı gözlənilir.

Abituriyentlər ixtisas seçimi ilə bağlı DİM-in “Abituriyent Məsləhət Mərkəzləri”nə də müraciət edə bilərlər. Müsabiqə iştirakçılarına Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Texniki Universitet, Milli Konservatoriya, Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universitetində, Sumqayıt Dövlət Universitetində və DİM-in regional bölmələrində yerləşən “Abituriyent Məsləhət Mərkəzləri”ndə ödənişsiz kömək göstərilir.

Post navigation

Previous: Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq
Next: Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-03 103006
  • Cəmiyyət

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Cavidan 3 Avqust, 2026
Screenshot 2026-08-03 095646
  • Cəmiyyət

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Cavidan 3 Avqust, 2026
Screenshot 2026-08-01 123408
  • Cəmiyyət

Bazar gününə olan hava proqnozu açıqlanıb

Cavidan 1 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 857)
  • Dünya (993)
  • Gündəm (3. 239)
  • İdman (681)
  • İqtisadiyyat (145)
  • Kateqoriyasızlar (175)
  • Kriminal (1. 416)
  • Mədəniyyət (91)
  • Siyasət (391)
  • Texnologiya (15)

Xəbər Trendi

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb Screenshot 2026-08-03 103006 1
  • Cəmiyyət

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

3 Avqust, 2026
Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək Screenshot 2026-08-03 095646 2
  • Cəmiyyət

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

3 Avqust, 2026
Kolleclərə ixtisas seçimi başlayıb Screenshot 2026-08-03 093544 3
  • Cəmiyyət

Kolleclərə ixtisas seçimi başlayıb

3 Avqust, 2026
Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq Screenshot 2026-08-03 091153 4
  • Kateqoriyasızlar

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

3 Avqust, 2026
Bazar gününə olan hava proqnozu açıqlanıb Screenshot 2026-08-01 123408 5
  • Cəmiyyət

Bazar gününə olan hava proqnozu açıqlanıb

1 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2857) Dünya (993) Gündəm (3239) Kateqoriyasızlar (175) Kriminal (1416) Mədəniyyət (91) Siyasət (391) Texnologiya (15) İdman (681) İqtisadiyyat (145)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.