Skip to content
8 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
  • Cəmiyyət

FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib Bu barədə Fövqəladə Hallar Nazirliyi
Cavidan 24 İyul, 2026
Screenshot 2026-07-24 105924

Fövqəladə Hallar Nazirliyi (FHN) həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, qarşıdan gələn şənbə və bazar günlərində ölkə ərazisində havanın temperaturunun yüksələcəyi, bəzi yerlərdə 41 dərəcəyə çatacağı gözlənilir:

“Belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnə bilər. Həmçinin, isti havalardan qorunmaq üçün məişət cihazlarına (kondisioner və s.) tələbatın artması elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.

Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın risklərini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Belə ki, evlərdə və iş yerlərində elektrik şəbəkəsi çox yüklənməməli, elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyəti yoxlanılmalı, aşkar edilən qüsurlar dərhal aradan qaldırılmalı, əkin sahələrində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə edilməməli və siqaret çəkilməməli, fərdi yaşayış evləri, təsərrüfat və istehsalat müəssisələrinin həyətləri quru ot və tullantılardan vaxtaşırı təmizlənməlidir. Unutmaq olmaz ki, tam söndürülməmiş siqaret kötüyü və kibrit çöpünün, şüşə əşyaların və yanar mayelərlə islanmış materialların ətrafa atılması yanğın təhlükəsi yaradır.

Habelə, meşə sahələrinə yaxın ərazilərdə yaşayan və təbiət qoynunda istirahətə yollanan vətəndaşlar nəzərə almalıdırlar ki, meşədə tonqal yalnız xüsusi ayrılmış yerlərdə qalanmalı, bunun üçün ərazinin yanğına qarşı vəziyyəti qiymətləndirilməli, ağac altı, quru ot və kol-kos, ağac qırıntıları olan ərazi seçilməməli, tonqalın ətrafındakı otlar 0,5-1 metr radiusda təmizlənməlidir. Qalanmış tonqal nəzarətsiz qalmamalı və ərazi tərk edilərkən tam söndürülməlidir. Küləkli havada tonqal qalamaq qadağandır”.

Post navigation

Previous: Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb
Next: İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

Bölmənin digər xəbərləri

Снимок экрана 2026-09-07 173347
  • Cəmiyyət

Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib

Cavidan 7 Sentyabr, 2026
1788782845_1782197020_kanalll
  • Cəmiyyət

Kanaldan meyit tapıldı

Cavidan 7 Sentyabr, 2026
Снимок экрана 2026-09-07 153333
  • Cəmiyyət

Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Cavidan 7 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 089)
  • Dünya (1. 051)
  • Gündəm (3. 352)
  • İdman (233)
  • İqtisadiyyat (160)
  • Kateqoriyasızlar (204)
  • Kriminal (280)
  • Mədəniyyət (95)
  • Siyasət (409)
  • Texnologiya (15)

Xəbər Trendi

Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib Снимок экрана 2026-09-07 173347 1
  • Cəmiyyət

Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib

7 Sentyabr, 2026
Kanaldan meyit tapıldı 1788782845_1782197020_kanalll 2
  • Cəmiyyət

Kanaldan meyit tapıldı

7 Sentyabr, 2026
“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub 6a9ea0b4e09c46 v 3
  • Kateqoriyasızlar

“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub

7 Sentyabr, 2026
Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub Снимок экрана 2026-09-07 153333 4
  • Cəmiyyət

Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub

7 Sentyabr, 2026
Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib Снимок экр v 5
  • İqtisadiyyat

Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib

7 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3089) Dünya (1051) Gündəm (3352) Kateqoriyasızlar (204) Kriminal (280) Mədəniyyət (95) Siyasət (409) Texnologiya (15) İdman (233) İqtisadiyyat (160)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.