Skip to content
24 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • ANCA, lobbi və “dostları” Ermənistana qarşı – sülhsevər olmayan konqresmenlər – ŞƏRH
  • Cəmiyyət

ANCA, lobbi və “dostları” Ermənistana qarşı – sülhsevər olmayan konqresmenlər – ŞƏRH

Amerikanın Erməni Milli Komitəsi (ANCA) Ermənistan-Azərbaycan münasibətlərinə zərbə vurmaqda davam edir. Bu təşkilat bildirib ki, ABŞ Konqresinin Nümayəndələr
Cavidan 23 İyul, 2026
Screenshot 2026-07-23 161431

Amerikanın Erməni Milli Komitəsi (ANCA) Ermənistan-Azərbaycan münasibətlərinə zərbə vurmaqda davam edir. Bu təşkilat bildirib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi “erməni hərbi əsirləri və siyasi məhbusları dərhal, heç bir ilkin şərt olmadan azad etməyə çağıran düzəlişi” dəstəkləyib. İnformasiyaya əsasən, “düzəlişi” komitə sədri Brian Mast və konqresmen Bred Şerman təqdim edib.

Şerman erməni cinayətkarları müdafiə edərək Azərbaycanın ünvanına şər-böhtan dolu açıqlama verib. O, həmin canilərin azad edilməsi uğrunda mübarizəni davam etdirəcəyini də vurğulayıb.

Brian və Bred – hər ikisi erməni lobbisinin sifarişlərinin icraçılarıdır. Bu baxımdan, onların hazırladıqları “sənəd” Ermənistandakı rusiyayönlü müxalifətin, Avropa Parlamentindəki anti-Türkiyə və anti-Azərbaycan qüvvələrin məlum məsələ ilə bağlı təhriflərini təkrarlayır. Sanki üzü çıxarılan eyniməzmunlu mətn Avropa Parlamentində, Nümayəndələr Palatasının komitəsində, Ermənistanda müxalifətin tədbirlərində oxunur.

Brian və Bredin erməni lobbisinin xidmətində durmaqlarının əsas səbəbi islamofob xüsusiyyətlərindən irəli gəlir. Brian Mastin 2006-cı ildə ABŞ Ordusunda fəal xidmətə başlayıb. O, partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssis olub. “Sarsılmaz Azadlıq” əməliyyatı çərçivəsində Əfqanıstanda xidmət edib. Mast 2010-cu il sentyabrın 19-da Qəndəharda ABŞ Ordusu reyncerləri üçün yol açarkən partlayıcı qurğunun üstünə ayaq basıb baş və partlayış nəticəsində hər iki ayağını və sol əlinin şəhadət barmağını itirib. Ona görə də ehtimal olunur ki, Əfqanıstandakı xəsarət onda islamofob xarakteri formalaşdırıb. Belə xarakterli Mast erməni təşkilatları ilə fəal əməkdaşlıq etməklə yanaşı, Konqresdə İrəvanın maraqlarına lobbiçilik edir.

B.Mast ikitərəfli əməkdaşlığın müzakirəsi üçün Ermənistanın ABŞ-dəkı səfirləri və Ermənistan parlamentinin nümayəndə heyətləri ilə mütəmadi rəsmi görüşlər keçirir. O, respublikanın iqtisadi sabitliyinə və təhlükəsizliyinə yönəlmiş sazişlərin imzalanmasını da dəstəkləyir.

Bred Şerman isə Demokratlar Partiyasındandır. Onun Konqresdə erməni lobbisi ilə yaxın əlaqələri var. Konqresdə Erməni Komitəsinin həmsədrliyi və sədr müavini kimi vəzifələri icra edib. O, əslən Rusiyadan gəlmə yəhudi ailəsində anadan olub. Bu baxımdan, onun Ermənistan və erməni məsələsinə baxışının Rusiyadan olan erməni milyaderlərlə üst-üstə düşməsində də bu amilin rol oynadığı istisna edilmir.

Bred 2019-cu ildə Prezident Donald Trampın impiçmenti barədə qətnamə irəli sürmüşdü. O, “erməni soyqırımı”nın beynəlxalq tanınmasına əhəmiyyətli töhfəyə görə Ermənistanın “Mxitar Qoş” medalı, “Şərəf” ordeni ilə təltif edilib.

Brian və Bredin canfəşanlıqla müdafiə etdikləri ermənilər təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və təşkilatlara hücum etmə, soyqırım, əhalini məhvetmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, dövlət xadiminin və ictimai xadimin həyatına sui-qəsd etmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma və başqa maddələrlə təqsirli biliniblər.

İndi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Brian Mast və konqresmen Bred Şerman bu “düzəliş”lə terrorçuluğu da himayə edir, ona haqq qazandırırlar.

Bu kimi “sənədlər” ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinə, Ştatların Cənubi Qafqaz siyasətinə də zərbə vura bilər.

Komitənin belə “çağırışı”nın rəsmi İrəvanı nə dərəcədə qane etdiyi məlum deyil. Çünki indiyədək Ermənistan hakimiyyəti bu tip çağırışlara birmənalı şəkildə rədd cavabı verməyib. Bu isə məsələyə onun şübhəli mövqeyini göstərir.

Başqa məsələyə də diqqət yetirməyə ehtiyac var. Belə aydın olur ki, erməni lobbisi, ANCA heç vaxt Ermənistanın güclənməsi, Cənubi Qafqaz ölkələri ilə dinc yanaşı yaşamasını, onun Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasını istəmir. Çünki ANCA-nın fəaliyyəti Ermənistandakı revanşistlərin davranışı ilə çox yaxın, hətta eynidir. Ona görə də rəsmi İrəvanın münasibətlərin normallaşması üçün bu ünsürlərdən Azərbaycana qarşı mümkün təzyiq elementi kimi istifadə etməməsini daha məqsədəuyğun saymaq olar.

Sözügedən “düzəliş” nədənsə “907-ci düzəlişi” yada saldı. Onda erməni lobbisinin maraqlarına uyğun olaraq ABŞ-nin prezidenti olmuş Cozef Bayden və dövlət katibi Con Kerri bu “sənəd”in qəbuluna nail olmuşdular. Ancaq indiki şərait bu kimi siyasətçilərin yanlış yolda olduğunu təsdiqlədi. Belələrinin əsas maraqları erməni lobbisinin pul-parasıdır. Məlumatlara əsasən, erməni lobbisindən ən çox yararlanan siyasətçi məhz Cozef Baydendir.

İndi isə ANCA və başqalarının şirnikləndirici vədləri ilə Brian və Bred yalana ayaq tutdurmağa səy göstərirlər. “907-ci düzəliş”in siyasi ömrü uzun sürmədi. Azərbaycan torpaqlarını işğaldan azad etməklə bu kimi iddiaların boş, mənasız, əsassız olduğunu isbatladı. Çünki yalan, oğurluq heç vaxt ayaq açmayıb.

Brian və Bredin hay-küylü “çağırışı” Azərbaycanın daxili işlərinə müdaxilədir.

Azərbaycan Prezidenti İlham Əliyev belələrinə hələ 11 il öncə – Zaqatala rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə cavab verib: “Heç kim bizim işimizə qarışmasın, bizimlə diktat dili ilə danışmağa cəhd etməsin”.(Report)  

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
Sonrakı: Şamaxı rayonunda zəlzələ olub

Bölmənin digər xəbərləri

m93s5NLWBazKRv
  • Cəmiyyət

Sabah Bakıda yağış yağacaq

Cavidan 24 Oktyabr, 2026
6adb637c0b6156adb637 b
  • Cəmiyyət

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Cavidan 23 Oktyabr, 2026
CcZ3VLj6BqWahnSV
  • Cəmiyyət

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Cavidan 23 Oktyabr, 2026

Teqlər

Agent A: A Puzzle in Disguise AirPods 3 Android Anime AnTuTu Apple Apple AirPods 3 AzInTelecom Bad Cheese Bank infrastrukturu Bee Birbank biznes Business Counterpoint Research Crew Dragon Cyberpunk Elektromobil Epic Games Store geympad MIUI12 Netflix Newsbeat oyun Oyunlar PCI DSS Pul köçürmələri Qadcetlər Reytinq Roadster Rəqəmsal İmza sahibkarlar Science spacex Süni intellekt SİMA İmza Tesla Texnologiya Təhlükəsizlik World Xbox Nano Controller Xiaomi Xiaomi Mi 11 İlon Mask İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 338)
  • Dünya (1. 095)
  • Gündəm (3. 477)
  • İdman (253)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (241)
  • Kriminal (305)
  • Mədəniyyət (97)
  • Siyasət (444)
  • Texnologiya (29)

Xəbər Trendi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə 1
  • Dünya

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

24 Oktyabr, 2026
Zığda yaşayış binasında yanğın söndürülüb – YENİLƏNİB trend_fhn_building_bina_180912 v 2
  • Gündəm

Zığda yaşayış binasında yanğın söndürülüb – YENİLƏNİB

24 Oktyabr, 2026
1Password parolların ötürülməsi olmadan süni intellekt agentləri üçün təhlükəsiz avtorizasiya işə salıb 1Password parolların ötürülməsi olmadan süni intellekt agentləri üçün təhlükəsiz avtorizasiya işə salıb 3
  • Texnologiya

1Password parolların ötürülməsi olmadan süni intellekt agentləri üçün təhlükəsiz avtorizasiya işə salıb

24 Oktyabr, 2026
Acer şirkəti TravelLite TL44-53M-G2 qorunan biznes noutbukunu təqdim etdi Acer şirkəti TravelLite TL44-53M-G2 qorunan biznes noutbukunu təqdim etdi 4
  • Texnologiya

Acer şirkəti TravelLite TL44-53M-G2 qorunan biznes noutbukunu təqdim etdi

24 Oktyabr, 2026
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib 6adc7953747826adcbh 5
  • Dünya

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3338) Dünya (1095) Gündəm (3477) Kateqoriyasızlar (241) Kriminal (305) Mədəniyyət (97) Siyasət (444) Texnologiya (29) İdman (253) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 223
  • 169
  • 6. 506

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.