Skip to content
8 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
  • Cəmiyyət
  • Gündəm

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Bu gün Azərbaycan milli mətbuatının yaranması günüdür.151 il öncə – 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli
Cavidan 22 İyul, 2026
0YBqUPN4BWJC1E9Ybtu B

Bu gün Azərbaycan milli mətbuatının yaranması günüdür.

151 il öncə – 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub. Cəmi 56 nömrəsi çıxan qəzet xalqın aynası olub, Azərbaycan jurnalistikasının bayraqdarına çevrilib.

Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirib. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçib. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyulub.

Növbəti mərhələ isə AXC-nin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 151 yaşlı mətbuatın 70 ili bu kommunist dikaturası dövrü ilə bağlıdır. Həmin dövrdə Azərbaycan mətbuatı mövcud problemləri daha çox sətiraltı mənada yazırdı. Çünki mətbuat SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın ruporu idi. Həmin dövrdə fərqli düşünmək, yazmaq qadağan idi.

1990-cı illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb.

Ümumilikdə, Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.

Ölkədə söz və mətbuat azadlığına, KİV-lərə ən yüksək səviyyədə diqqət və qayğı var. Prezident İlham Əliyev azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə mühüm sərəncamlar imzalayıb.

2020-ci ilin sentyabrın 27-də başladılan 44 günlük Vətən müharibəsində Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya savaşında da qələbə qazanıb. Mütəmadi olaraq ölkəyə qarşı qara kampaniya aparan dairələr bu müddət ərzində də öz çirkin əməllərindən əl çəkməyiblər. Amma buna baxmayaraq, informasiya müharibəsində də üstünlük öz tarixi torpaqlarını işğaldan azad edən, haqq və ədalət uğrunda mübarizə aparan Azərbaycan tərəfində olub.

Bununla belə Azərbaycan mətbuatının iki nümayəndəsi erməni terrorunun qurbanı olub. Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərdə çəkiliş aparan jurnalistlərin olduğu nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, dörd nəfər isə yaralanıb.

Bütün həmkarlarımızı bayram münasibətilə təbrik edirik!!!

Post navigation

Previous: Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar
Next: Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır

Bölmənin digər xəbərləri

vcBO0bXUhnlZ v
  • Dünya

Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir

Cavidan 8 Sentyabr, 2026
q412yXsfqVq v
  • Cəmiyyət

Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq

Cavidan 8 Sentyabr, 2026
Снимок экрана 2026-09-07 173347
  • Cəmiyyət

Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib

Cavidan 7 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 090)
  • Dünya (1. 052)
  • Gündəm (3. 353)
  • İdman (233)
  • İqtisadiyyat (160)
  • Kateqoriyasızlar (204)
  • Kriminal (281)
  • Mədəniyyət (95)
  • Siyasət (409)
  • Texnologiya (15)

Xəbər Trendi

Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir vcBO0bXUhnlZ v 1
  • Dünya

Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir

8 Sentyabr, 2026
Hacıqabulda avtomobil aşıb, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb 6952aa5f8e48ev 2
  • Kriminal

Hacıqabulda avtomobil aşıb, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb

8 Sentyabr, 2026
Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq q412yXsfqVq v 3
  • Cəmiyyət

Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq

8 Sentyabr, 2026
Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib Снимок экрана 2026-09-07 173347 4
  • Cəmiyyət

Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib

7 Sentyabr, 2026
Kanaldan meyit tapıldı 1788782845_1782197020_kanalll 5
  • Cəmiyyət

Kanaldan meyit tapıldı

7 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3090) Dünya (1052) Gündəm (3353) Kateqoriyasızlar (204) Kriminal (281) Mədəniyyət (95) Siyasət (409) Texnologiya (15) İdman (233) İqtisadiyyat (160)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.