Bakıda keçirilən “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə 12-ci Nazirlər İclasında Texniki-İqtisadi Əsaslandırmanın uğurla tamamlandığı və layihənin rəsmi olaraq inkişaf mərhələsinə keçdiyi təsdiqlənib.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Bakıda keçirilən “Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə 12-ci Nazirlər İclasında Texniki-İqtisadi Əsaslandırmanın uğurla tamamlandığını və layihənin rəsmi olaraq inkişaf mərhələsinə keçdiyini təsdiqlədik. Həmçinin layihənin Avropa İttifaqının Qarşılıqlı Maraq Kəsb edən Layihələr və Ümumi Maraq Kəsb edən Layihələr üzrə 3-cü siyahısına daxil edilməsinə dəstək məqsədilə Aİ-nin enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensenə ünvanlanmış Birgə Məktubu imzaladıq.
Birgə səylərimiz bu strateji təşəbbüsün həyata keçirilməsini sürətləndirəcək, Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, yaşıl enerji keçidinin sürətləndirilməsinə və regional əməkdaşlığın daha da dərinləşdirilməsinə mühüm töhfə verəcək,”-paylaşımda bildirilib.
