Skip to content
22 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib
  • Cəmiyyət
  • Gündəm

DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib. İdarədən verilən
Cavidan 8 İyul, 2026
Screenshot 2026-07-08 123922

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib.

İdarədən verilən xəbərə görə, müraciətdə deyilir:

“Mövsümlə əlaqədar avtomobil yollarında kənd təsərrüfatı texnikalarının sayı artmaqdadır. Lakin, bir sıra hallarda bu tip nəqliyyat vasitələri ilə yük və sərnişin daşıma qaydalarının pozulması, onların texniki tələblərə cavab verməməsi ağırlıq dərəcəsi yüksək olan yol qəzalarına şərait yaradır.

Xatırladırıq ki, texniki-təhlükəsizlik baxımından istifadəyə yararsız, xarici işıq cihazları nasaz, tələblər pozulmaqla əlavə avadanlıq quraşdırılmış, yaxud dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikası ilə daşımaların həyata keçiriməsi sürücü ilə yanaşı digər hərəkət iştirakçıları üçün də ciddi təhlükədir.

Əkin sahələrində çalışan insanların qanunvericiliyə uyğun təchiz edilməmiş yük avtomobillərində, traktor və ya qoşqularda daşınması, ot kütləsinin, müxtəlif növ məhsulların qablaşdırılmadan, çəki və ölçü parametrləri aşılmaqla nəql edilməsi də ağırlıq dərəcəsi yüksək olan qəzaların baş verməsinə zəmin yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi əkin-biçin işlərinin sürətləndiyini nəzərə alaraq, bir daha kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri işə cəlb etdikləri əməkçilərin yol hərəkəti ilə bağlı təhlükəsizliklərinin təmin olunmasına, məhsulların daşınmasının və qablaşdırılmasının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə xüsusi diqqət yetirməyə çağırır, bu sahədə nəzarət tədbirlərinin gücləndirildiyini onların diqqətinə çatdırır”.

Post navigation

Previous: Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
Next: Sabah Azərbaycanda 35 dərəcə isti olacaq

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-22 162917
  • Dünya

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Cavidan 22 Avqust, 2026
Screenshot 2026-08-22 154933
  • Dünya

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Cavidan 22 Avqust, 2026
Screenshot 2026-08-22 140829
  • Cəmiyyət

Şükufə Yusupova qəzaya düşdü – Vəziyyəti ağırdır

Cavidan 22 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 983)
  • Dünya (1. 027)
  • Gündəm (3. 303)
  • İdman (220)
  • İqtisadiyyat (155)
  • Kateqoriyasızlar (198)
  • Kriminal (272)
  • Mədəniyyət (93)
  • Siyasət (398)
  • Texnologiya (15)

Xəbər Trendi

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub Screenshot 2026-08-22 162917 1
  • Dünya

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

22 Avqust, 2026
Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb Screenshot 2026-08-22 154933 2
  • Dünya

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

22 Avqust, 2026
Almaniyadan Ukraynaya 50 milyonluq dəstək – Qış hazırlıqları başladı Screenshot 2026-08-22 150554 3
  • Kateqoriyasızlar

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək – Qış hazırlıqları başladı

22 Avqust, 2026
Şükufə Yusupova qəzaya düşdü – Vəziyyəti ağırdır Screenshot 2026-08-22 140829 4
  • Cəmiyyət

Şükufə Yusupova qəzaya düşdü – Vəziyyəti ağırdır

22 Avqust, 2026
Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək Screenshot 2026-08-22 133006 5
  • Cəmiyyət

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

22 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2983) Dünya (1027) Gündəm (3303) Kateqoriyasızlar (198) Kriminal (272) Mədəniyyət (93) Siyasət (398) Texnologiya (15) İdman (220) İqtisadiyyat (155)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.