Skip to content
15 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib
  • Cəmiyyət
  • Gündəm

DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib. İdarədən verilən
Cavidan 8 İyul, 2026
Screenshot 2026-07-08 123922

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib.

İdarədən verilən xəbərə görə, müraciətdə deyilir:

“Mövsümlə əlaqədar avtomobil yollarında kənd təsərrüfatı texnikalarının sayı artmaqdadır. Lakin, bir sıra hallarda bu tip nəqliyyat vasitələri ilə yük və sərnişin daşıma qaydalarının pozulması, onların texniki tələblərə cavab verməməsi ağırlıq dərəcəsi yüksək olan yol qəzalarına şərait yaradır.

Xatırladırıq ki, texniki-təhlükəsizlik baxımından istifadəyə yararsız, xarici işıq cihazları nasaz, tələblər pozulmaqla əlavə avadanlıq quraşdırılmış, yaxud dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikası ilə daşımaların həyata keçiriməsi sürücü ilə yanaşı digər hərəkət iştirakçıları üçün də ciddi təhlükədir.

Əkin sahələrində çalışan insanların qanunvericiliyə uyğun təchiz edilməmiş yük avtomobillərində, traktor və ya qoşqularda daşınması, ot kütləsinin, müxtəlif növ məhsulların qablaşdırılmadan, çəki və ölçü parametrləri aşılmaqla nəql edilməsi də ağırlıq dərəcəsi yüksək olan qəzaların baş verməsinə zəmin yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi əkin-biçin işlərinin sürətləndiyini nəzərə alaraq, bir daha kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri işə cəlb etdikləri əməkçilərin yol hərəkəti ilə bağlı təhlükəsizliklərinin təmin olunmasına, məhsulların daşınmasının və qablaşdırılmasının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə xüsusi diqqət yetirməyə çağırır, bu sahədə nəzarət tədbirlərinin gücləndirildiyini onların diqqətinə çatdırır”.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
Sonrakı: Sabah Azərbaycanda 35 dərəcə isti olacaq

Bölmənin digər xəbərləri

bi9o6_1200
  • Cəmiyyət

Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik

Cavidan 15 Oktyabr, 2026
AMb1mOBVtV75zyVwnQ4YXbvZDIdC0Uh9JZ5hso5O_1200 B
  • Cəmiyyət

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir – Yenilənib

Cavidan 15 Oktyabr, 2026
6ad07d9824a196ad07d98 b
  • Cəmiyyət

“Baksol yolu”nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib

Cavidan 15 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google iPad Pro iPhone 18 Pro Mastercard Messi Meta Muse Wonder Newsbeat Oyunlar Panic Button Pele Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Sport Stories Süni intellekt Texnologiya Tədqiqat World

Bölmələr

  • Cəmiyyət (3. 279)
  • Dünya (1. 083)
  • Gündəm (3. 461)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (11)

Xəbər Trendi

Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik bi9o6_1200 1
  • Cəmiyyət

Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik

15 Oktyabr, 2026
İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir – Yenilənib AMb1mOBVtV75zyVwnQ4YXbvZDIdC0Uh9JZ5hso5O_1200 B 2
  • Cəmiyyət

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir – Yenilənib

15 Oktyabr, 2026
“Baksol yolu”nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib 6ad07d9824a196ad07d98 b 3
  • Cəmiyyət

“Baksol yolu”nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib

15 Oktyabr, 2026
MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər H9GxZ8AoUMky1Zpq b 4
  • Cəmiyyət

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

15 Oktyabr, 2026
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb kPg3Qjt2ZCfKsCe6jE v 5
  • İqtisadiyyat

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb

15 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3279) Dünya (1083) Gündəm (3461) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (11) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 1
  • 101
  • 98
  • 4. 756

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.