Skip to content
24 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Eldar Həsənovun bu mülkləri müsadirə olundu – Siyahı
  • Cəmiyyət

Eldar Həsənovun bu mülkləri müsadirə olundu – Siyahı

Cavidan 22 Yanvar, 2022
1013657

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın keçmiş Baş prokuroru, sabiq səfir Eldar Həsənov 10 il müddətə azadlıqdan məhrum edilib.

Addim.az qafqazinfo-ya istinadən xəbər verir ki, həbsdən əlavə olaraq məhkəmənin qərarı ilə Baş Prokurorluğun depozit hesabında saxlanılan Eldar Həsənova aid 50 217 AZN, həmçinin ona məxsus olmaqla qohumlarının adlarına rəsmiləşdirilmiş və üzərinə həbs qoyulmuş əmlaklar da müsadirə edilib.

Həmin əmlakların siyahısı belədir:

  • Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 252 kvadrat metr sahəsi olan bağ evi (0.12 hektar torpaq sahəsi ilə birlikdə);
  • Bakı şəhəri Nəsimi rayonunda yerləşən 318,4 kvadrat metr sahəsi olan mənzil;
  • Bakı şəhəri Nərimanov rayonunda yerləşən ümumilikdə 53 kvadrat metr qeyri-yaşayış sahəsi olan üç ədəd mağaza;
  • Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsi;
  • Bakı şəhəri Yasamal rayonunda yerləşən 106 kvadrat metr sahəsi olan mənzil;
  • Abşeron rayonu Novxanı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5 hektar torpaq sahəsi;
  • Bakı şəhəri Xətai rayonunda yerləşən 347 kvadrat metr sahəsi olan fərdi yaşayış evi və torpaq sahəsi;
  • Monteneqronun Budva şəhərində yerləşən 137 kvadrat metr sahəli mənzil.

Qeyd edək ki, istintaq zamanı “Oskar” firmasının mülkiyyətində olan əmlakların üzərinə qoyulmuş həbs götürülüb. Həmin mülklərin Eldar Həsənova məxsus olması məhkəmədə təsdiqini tapmadığı üçün müsadirə olunan əmlaklar siyahısından çıxarılıb.

Bundan başqa, qərara görə, keçmiş səfir iş üzrə zərərçəkmiş qismində tanınan Xarici İşlər Nazirliyinə dəymiş ziyana görə 18,5 milyon AZN ödəyəcək. Həmin məbləğin ödənilməsi üçün Həsənovun müsadirə edilən əmlaklarından istifadə olunacaq.

Cinayət işi üzrə aparılmış ekspertiza xərcləri də təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödəniləcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Eldar Həsənov 10 il müddətə azadlıqdan məhrum edilib. İttihama görə, o, Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda səfir olarkən 2010-2020-ci illərdə 18 milyon manata yaxın pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, təmir-tikinti işləri ilə əlaqədar israf edib və mənimsəyib. Həsənov, həmçinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11,8 milyon manat pulu leqallaşdırmaqda, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327 min AZN zərər vurmaqda və dövlət büdcəsinin 192 min AZN pulundan təyinatı üzrə istifadə etməməkdə ittiham edilir.

Xatırladaq ki, Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycan nefti 91 dollardan satılır
Next: Bazar günü hava necə olacaq?

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-23 173441
  • Cəmiyyət

İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI

Cavidan 23 İyun, 2026
Screenshot 2026-06-23 155526
  • Cəmiyyət

“EU Reporter”: Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib

Cavidan 23 İyun, 2026
Screenshot 2026-06-23 150724
  • Cəmiyyət

Rusiya Krivoy Roqa hücum edib: ölən və yaralananlar var

Cavidan 23 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 635)
  • Dünya (3. 412)
  • Gündəm (11. 895)
  • İdman (666)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (515)
  • Kriminal (1. 404)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI Screenshot 2026-06-23 173441 1
  • Cəmiyyət

İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI

23 İyun, 2026
İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib Screenshot 2026-06-23 170051 2
  • Gündəm

İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib

23 İyun, 2026
DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar Screenshot 2026-06-23 162549 3
  • İdman

DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar

23 İyun, 2026
“EU Reporter”: Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib Screenshot 2026-06-23 155526 4
  • Cəmiyyət

“EU Reporter”: Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib

23 İyun, 2026
Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb Screenshot 2026-06-23 152232 5
  • Kateqoriyasızlar

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb

23 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9635) Dünya (3412) Gündəm (11895) Kateqoriyasızlar (515) Kriminal (1404) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (666) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.