Skip to content
25 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib
  • Cəmiyyət
  • Gündəm

Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib

Bu gün uşaqların qarşılaşdığı təhlükə yalnız küçə və məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə
Cavidan 10 İyun, 2026
Screenshot 2026-06-10 172724

Bu gün uşaqların qarşılaşdığı təhlükə yalnız küçə və məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib.

Bu sözləri daxili işlər nazirinin müavini İsmət Əliyev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində bildirib.

O bildirib ki, kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərindən psixoloji təzyiq, zərərli kontent, şantaj, onlayn istismar və digər təhlükəli halların baş verməsi müşahidə olunur: “Bu baxımdan, müasir texnologiyaların yaratdığı çağırışlara uyğun olaraq maarifləndirmə və məlumatlılığın artırılması məqsədilə valideynlər və təhsil müəssisələri ilə birlikdə kompleks tədbirlər həyata keçirilir”.

İsmət Əliyev qeyd edib ki, uşaqların hüquqlarının qorunması yalnız bir qurumun fəaliyyəti ilə təmin edilmir: “Bu, dövlət orqanları, təhsil müəssisələri, ailələr və vətəndaş cəmiyyəti təşkilatları arasında koordinasiyalı əməkdaşlıq tələb edir. Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyət çərçivəsində müxtəlif tədbirlər təşkil edilir. Yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyaların, sosial işçilərin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin və gənclər təşkilatlarının iştirakı ilə orta ümumtəhsil məktəblərində görüşlər keçirilir, ictimai maarifləndirmə tədbirləri təşkil olunur. Eyni zamanda uşaqların hüquq pozmalarının qarşısının alınması və təhsil müəssisələrində təhlükəsiz mühitin təmin edilməsi məqsədilə müvafiq monitorinqlər həyata keçirilir”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Emin Əmrullayev: Uşaqların 50%-i sosial mediadan informasiya əldə edir
Next: DTX tərəfindən saxlanılan Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-25 123511
  • Cəmiyyət

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

Cavidan 25 İyul, 2026
Screenshot 2026-07-25 121620
  • Cəmiyyət

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb

Cavidan 25 İyul, 2026
Screenshot 2026-07-25 110956
  • Cəmiyyət

Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq

Cavidan 25 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 791)
  • Dünya (3. 466)
  • Gündəm (11. 969)
  • İdman (677)
  • İqtisadiyyat (608)
  • Kateqoriyasızlar (525)
  • Kriminal (1. 415)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq Screenshot 2026-07-25 123511 1
  • Cəmiyyət

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

25 İyul, 2026
Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb Screenshot 2026-07-25 121620 2
  • Cəmiyyət

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb

25 İyul, 2026
Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub Screenshot 2026-07-25 115721 3
  • Dünya

Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub

25 İyul, 2026
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb Screenshot 2026-07-25 113233 4
  • Dünya

Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb

25 İyul, 2026
Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq Screenshot 2026-07-25 110956 5
  • Cəmiyyət

Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq

25 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9791) Dünya (3466) Gündəm (11969) Kateqoriyasızlar (525) Kriminal (1415) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (677) İqtisadiyyat (608)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.