Skip to content
24 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq
  • Cəmiyyət

Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq

Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq. Bunu Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və
Cavidan 4 İyun, 2026
Screenshot 2026-06-04 125014

Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq.

Bunu Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin bu gün keçirilən iclasında avtonom nəqliyyat vasitələri ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

Deputat Tahir Mirkişili çıxışında deyib ki, layihədə avtonom nəqliyyat vasitəsinin qəza törətməsi halında hansı cəza mexanizmləri tətbiq ediləcəyi əksini tapmayıb, bu məsələnin necə tənzimlənəcəyi maraqlıdır: “Layihədə operatorun səhvi və ya qəsdən törədə biləcəyi hərəkətlərlə bağlı ayrıca mexanizmlər nəzərdə tutulmur. Məsələn, gələcəkdə sürücülərə tətbiq olunan cərimə balları sistemi kimi operatorlara da müəyyən bal sistemi tətbiq oluna bilərmi? Müəyyən hədd keçildikdən sonra onların fəaliyyətinə məhdudiyyət qoyula bilərmi?”.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini isə cavabında bildirib ki, bu, aktual məsələdir: “Qanun layihəsinin hazırlanması mərhələsində də analoji suallar ortaya çıxıb və bu məsələlər geniş şəkildə müzakirə olunub. Bu gün avtonom nəqliyyat vasitələri yalnız bizdə deyil, dünyanın bir çox ölkələrində tətbiq olunur. Biz isə bu istiqamətdə hələ ilk addımlarımızı atırıq. Ümumiyyətlə, dünyada da bu sahədə qanunvericilik ilkin sınaq mərhələsindədir və bu nəqliyyat vasitələrinin real şəraitdə sınaqdan keçirilməsi üçün imkanlar yaradılır. Həmin dövr ərzində isə bütün dünyada, xüsusilə də avtonom nəqliyyat vasitələri ilə bağlı yarana biləcək etik və hüquqi məsələlər müzakirə olunur. Yəni verilən alqoritmlərin hansı meyarları əsas götürməsi, hansı qərarların necə verilməsi kimi məsələlər hazırda bütün dünyada müzakirə predmetidir. Qeyd etdiyiniz məsələlərə gəldikdə isə, artıq bir çox ölkələrdə yol-nəqliyyat hadisələrinin sayının azaldılması və avtonom nəqliyyat vasitələrinin tətbiqi ilə bağlı müxtəlif işlər aparılır və müzakirələr gedir. Lakin hazırda bu sahədə tam formalaşmış, vahid və qəbul edilmiş beynəlxalq standartlar mövcud deyil. Bütün dünya bu istiqamətdə hələ də axtarış mərhələsindədir. Ancaq qeyd etdiyiniz məsələlər, o cümlədən məsuliyyət məsələləri, avtonom nəqliyyat vasitələrinin istehsalçıları və digər subyektlərin hüquq və vəzifələri gələcək normativ tənzimləmələrdə öz əksini tapmalıdır. Biz hesab edirik ki, bu qanun qəbul edildikdən sonra müvafiq icra mexanizmləri hazırlanarkən əlavə hüquqi tənzimləmələrə də ehtiyac yaranacaq. İstər Mülki Məcəlləyə, istər Cinayət Məcəlləsinə, istərsə də digər normativ aktlara müvafiq dəyişikliklərin edilməsi gündəmdə olacaq. Eyni zamanda, avtonom nəqliyyat vasitələrinin sınaq rejimində istifadəsi, onların hansı ərazilərdə test olunması, icazələrin hansı qaydada və kimlərə verilməsi, eləcə də məsuliyyət bölgüsü kimi məsələlər növbəti mərhələlərdə daha ətraflı tənzimlənəcək. Bu, başlanğıc mərhələ olduğuna görə, təbii olaraq gələcəkdə əlavə hüquqi mexanizmlərin formalaşdırılması zərurəti yaranacaq”.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: DTX rəsmisi: “Dünyada enerji sektoruna həftəlik mindən çox ciddi kiberhücum qeydə alınır”
Sonrakı: Keşlədə obyekt yanır

Bölmənin digər xəbərləri

6adb637c0b6156adb637 b
  • Cəmiyyət

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Cavidan 23 Oktyabr, 2026
CcZ3VLj6BqWahnSV
  • Cəmiyyət

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Cavidan 23 Oktyabr, 2026
ZN8SEt6sxrb1bqZK3b
  • Cəmiyyət

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək – Xəbərdarlıq

Cavidan 23 Oktyabr, 2026

Teqlər

Agent A: A Puzzle in Disguise Aktiv yaddaş Android ani çap AnTuTu Apple AzInTelecom Bad Cheese Bee Birbank Business ChatGPT Cybersecurity Elektromobil Epic Games Store fotoaparat Fraud Detection Fujifilm geympad Google Chrome Instax Square 2 Microsoft Newsbeat OpenAI oyun Oyunlar PCI DSS Pul köçürmələri Qadcetlər Reytinq Roadster Rəqəmsal İmza sahibkarlar Science SheMatters Pakistan spacex Süni intellekt SİMA İmza Tesla Texnologiya World Xbox Xbox Nano Controller İlon Mask İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 337)
  • Dünya (1. 091)
  • Gündəm (3. 476)
  • İdman (253)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (241)
  • Kriminal (305)
  • Mədəniyyət (97)
  • Siyasət (444)
  • Texnologiya (27)

Xəbər Trendi

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb 6adb637c0b6156adb637 b 1
  • Cəmiyyət

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

23 Oktyabr, 2026
Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir CcZ3VLj6BqWahnSV 2
  • Cəmiyyət

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

23 Oktyabr, 2026
Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək – Xəbərdarlıq ZN8SEt6sxrb1bqZK3b 3
  • Cəmiyyət

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək – Xəbərdarlıq

23 Oktyabr, 2026
Salyanda avtoqəza olub, ölən və yaralananlar var ceb8ec9a-366c-316b-ve_1200 4
  • Gündəm

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

23 Oktyabr, 2026
MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək GHhYTK7Ev97V3cp5KNnxIv 5
  • Cəmiyyət

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

23 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3337) Dünya (1091) Gündəm (3476) Kateqoriyasızlar (241) Kriminal (305) Mədəniyyət (97) Siyasət (444) Texnologiya (27) İdman (253) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 1
  • 18
  • 16
  • 6. 301

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.