Skip to content
23 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək
  • Cəmiyyət

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək. Bu barədə MSK Katibliyinin Media və
Cavidan 23 Oktyabr, 2026
GHhYTK7Ev97V3cp5KNnxIv

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək.

Bu barədə MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, MSK sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Serbiyaya səfərə yola düşüb.

Serbiyanın Respublika Seçki Komissiyasının sədri Vladimir Dimitriyeviçin dəvəti əsasında gerçəkləşdirilən səfərin məqsədi oktyabrın 25-də bu ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək, həmçinin seçki idarəçiliyi sahəsində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını genişləndirməkdir.

Səfər çərçivəsində M.Pənahovun serbiyalı həmkarı V.Dimitriyeviç, digər rəsmi şəxslər, habelə seçkiləri müşahidə edən beynəlxalq təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə görüşləri nəzərdə tutulur. Görüşlərdə qurumlararası əlaqələrin inkişaf perspektivləri, seçkilərin təşkili və keçirilməsi sahəsində qabaqcıl təcrübələrin mübadiləsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılır.

Səfər proqramına uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının nümayəndələri paytaxt Belqrad şəhərində seçkiqabağı hazırlıq prosesi ilə tanış olacaq, seçki günü isə seçki məntəqələrində səsvermənin təşkili və gedişini müşahidə edəcəklər.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Texnologiya və innovasiya sahəsində güzəştlərlə bağlı miqyaslı dəyişikliklər təsdiq edildi – onlar kimlərə şamil olunacaq?
Sonrakı: Salyanda avtoqəza olub, ölən və yaralananlar var

Bölmənin digər xəbərləri

377fb741-90d7-v
  • Cəmiyyət

Sabah bəzi yerlərdə yağış yağacaq

Cavidan 23 Oktyabr, 2026
2ab20d6d-86a3-324 v
  • Cəmiyyət

Milli Məclisdə “Hərbi xidmət haqqında” yeni qanun layihəsinin hazırlanması təklif olunub

Cavidan 23 Oktyabr, 2026
6ad9c0ab5827f6ad9c0ab58 v
  • Cəmiyyət

Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək

Cavidan 23 Oktyabr, 2026

Teqlər

Agent A: A Puzzle in Disguise Aktiv yaddaş Android ani çap AnTuTu Apple AzInTelecom Bad Cheese Bee Birbank Business ChatGPT Cybersecurity Elektromobil Epic Games Store fotoaparat Fraud Detection Fujifilm geympad Google Chrome Instax Square 2 Microsoft Newsbeat OpenAI oyun Oyunlar PCI DSS Pul köçürmələri Qadcetlər Reytinq Roadster Rəqəmsal İmza sahibkarlar Science SheMatters Pakistan spacex Süni intellekt SİMA İmza Tesla Texnologiya World Xbox Xbox Nano Controller İlon Mask İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 334)
  • Dünya (1. 091)
  • Gündəm (3. 476)
  • İdman (253)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (241)
  • Kriminal (305)
  • Mədəniyyət (97)
  • Siyasət (444)
  • Texnologiya (27)

Xəbər Trendi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var ceb8ec9a-366c-316b-ve_1200 1
  • Gündəm

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

23 Oktyabr, 2026
MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək GHhYTK7Ev97V3cp5KNnxIv 2
  • Cəmiyyət

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

23 Oktyabr, 2026
Texnologiya və innovasiya sahəsində güzəştlərlə bağlı miqyaslı dəyişikliklər təsdiq edildi – onlar kimlərə şamil olunacaq? Texnologiya və innovasiya sahəsində güzəştlərlə bağlı miqyaslı dəyişikliklər təsdiq edildi – onlar kimlərə şamil olunacaq? 3
  • Texnologiya

Texnologiya və innovasiya sahəsində güzəştlərlə bağlı miqyaslı dəyişikliklər təsdiq edildi – onlar kimlərə şamil olunacaq?

23 Oktyabr, 2026
Epic Games Store Sker Ritual və Home — A Unique Horror Adventure oyunlarını pulsuz təqdim edir Epic Games Store Sker Ritual və Home — A Unique Horror Adventure oyunlarını pulsuz təqdim edir 4
  • Texnologiya

Epic Games Store Sker Ritual və Home — A Unique Horror Adventure oyunlarını pulsuz təqdim edir

23 Oktyabr, 2026
Sabah bəzi yerlərdə yağış yağacaq 377fb741-90d7-v 5
  • Cəmiyyət

Sabah bəzi yerlərdə yağış yağacaq

23 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3334) Dünya (1091) Gündəm (3476) Kateqoriyasızlar (241) Kriminal (305) Mədəniyyət (97) Siyasət (444) Texnologiya (27) İdman (253) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 1
  • 528
  • 338
  • 6. 390

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.