Skip to content
24 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Meteor yağışı olacaq – Bu tarixdə
  • Cəmiyyət

Meteor yağışı olacaq – Bu tarixdə

May ayının 14-dək η-Lrid meteor yağışı müşahidə olunacaq. Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası
Cavidan 7 May, 2026
Screenshot 2026-05-07 184307

May ayının 14-dək η-Lrid meteor yağışı müşahidə olunacaq.

Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, meteor yağışının maksimum aktivliyinin isə mayın 9-u saat 03 radələrində baş verəcəyi gözlənilir.

Verilən xəbərə görə, bu zaman Yer kosmosda komet mənşəli toz və daş hissəciklərindən keçəcək və həmin hissəciklər böyük sürətlə Yer atmosferinə daxil olaraq parlaq meteor izləri yaradacaqlar.

η-Lyrid meteor yağışının radiantı Lir (Lyra) bürcündə yerləşir və meteorlar bu nöqtədən çıxırmış kimi görünür. Bu meteor yağışının mənbəyi C/1983 H1 (IRAS-Araki-Alcock) kometi ilə əlaqələndirilir. Bu komet 1983-cü ildə infraqırmızı astronomik peyk IRAS, həmçinin müstəqil olaraq yapon astronomları Geniçi Araki və George Alkock tərəfindən aşkar edilib. Komet uzunperiodlu kometlər sinfinə daxildir. Onun Günəş ətrafında tam bir dövrünü təxminən 970 ildən çox müddətdə tamamladığı hesab olunur. Hər dəfə Günəşə yaxınlaşdıqda kometin səthindən qopan toz və buz hissəcikləri orbit boyunca yayılır və Yer həmin hissəciklər axınından keçdikdə η-Lyrid meteor yağışı yaranır.

η-Lyrid meteoroidləri Yer atmosferinə təxminən 43 km/s sürətlə daxil olur ki, bu da onları orta sürətli meteor axınları sırasına daxil edir. Atmosferə daxil olan hissəciklər sürtünmə nəticəsində qızaraq ionlaşır və gecə səmasında parlaq işıq izləri – meteorlar əmələ gətirir.

Bakıdan müşahidə zamanı η-Lyrid radiantı demək olar ki, bütün gecə üfüqdən yuxarıda olacaq və bu səbəbdən meteor yağışı gecə ərzində izlənilə biləcək. Lakin radiantın səmadakı hündürlüyü gecə ərzində artdığından ən əlverişli müşahidə vaxtı sübhə yaxın saatlar hesab olunur. Radiantın kulminasiya anı təxminən saat 05:00 ətrafında baş verəcək və bu zaman meteorların sayı maksimuma çatacaq. Bunun səbəbi Yerin öz oxu ətrafında fırlanması nəticəsində müşahidə nöqtəsinin meteor axınının istiqamətinə daha optimal yönəlməsidir.

Sübhə yaxın saatlarda radiant yüksəkdə olduğundan meteorlar daha çox sayda, lakin nisbətən qısa izlərlə görünəcək. Gecənin əvvəlində isə meteor sayı az olsa da, onlar atmosferə daha maili daxil olduqları üçün daha uzun izlər buraxacaq. η-Lyrid meteor yağışı çox güclü meteor axınlarından sayılmasa da, qaranlıq səma şəraitində müşahidəçilərə saatda bir neçə parlaq meteor izləmək imkanı yarada bilər.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib
Next: Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bölmənin digər xəbərləri

1782298572_888V
  • Cəmiyyət

İlham Əliyev Numan Kurtulmuşu qəbul edib

Cavidan 24 İyun, 2026
10d0ee22-3ae6-3 v
  • Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Cavidan 24 İyun, 2026
sUg7nNMfefQu80tb
  • Cəmiyyət

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 640)
  • Dünya (3. 416)
  • Gündəm (11. 898)
  • İdman (666)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 404)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Neftçalada DOST filialının açılışı olub 1782301v 1
  • Kateqoriyasızlar

Neftçalada DOST filialının açılışı olub

24 İyun, 2026
Nazim Sadıxov: “Braziliyalı rəqibimin zəif və güclü tərəflərini təhlil etmişəm” A6kgJ7FoPd8uuyvrVhOAMyGcEVI8wJAkKATPvwER_1200 2
  • Kateqoriyasızlar

Nazim Sadıxov: “Braziliyalı rəqibimin zəif və güclü tərəflərini təhlil etmişəm”

24 İyun, 2026
İlham Əliyev Numan Kurtulmuşu qəbul edib 1782298572_888V 3
  • Cəmiyyət

İlham Əliyev Numan Kurtulmuşu qəbul edib

24 İyun, 2026
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb 10d0ee22-3ae6-3 v 4
  • Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

24 İyun, 2026
Sabah Bakıda və rayonlarda yağış yağacaq sUg7nNMfefQu80tb 5
  • Cəmiyyət

Sabah Bakıda və rayonlarda yağış yağacaq

24 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9640) Dünya (3416) Gündəm (11898) Kateqoriyasızlar (518) Kriminal (1404) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (666) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.