Skip to content
21 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 470)
  • Dünya (3. 375)
  • Gündəm (11. 780)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 389)
  • Mədəniyyət (350)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • WUF13-ün proqramı açıqlanıb
  • Cəmiyyət
  • Gündəm

WUF13-ün proqramı açıqlanıb

17–22 mayda Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) əsas tədbirlərini əhatə edən proqram ictimaiyyətə təqdim
Cavidan 6 May, 2026

17–22 mayda Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) əsas tədbirlərini əhatə edən proqram ictimaiyyətə təqdim olunub.

WUF13 Əməliyyat Şirkətindən verilən məlumata görə, sözügedən proqram dünyanın ən aktual çağırışlarından biri olan mənzil təminatı məsələsini müzakirə etmək üçün müxtəlif maraqlı tərəflərin və həmfikir qrupların nümayəndələrini WUF13 çərçivəsində bir araya gətirir.

Məlumatda deyilir ki, “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dayanıqlı şəhər inkişafı ilə bağlı həllər ətrafında fikir mübadiləsi, siyasi yanaşmaların formalaşdırılması və fəaliyyətlərin sürətləndirilməsi üçün müxtəlif dünya ölkələrinin milli hökumətlərini, eləcə də icmalar, mütəxəssislər və tərəfdaşları bir arada toplayacaq: “Proqram praktik və həll yönümlü platformalar, eləcə də interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələr aparılmasına imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə söykənməsini təmin edir”.

Hər bir kateqoriya haqqında daha ətraflı məlumat əldə etmək və WUF13 tədbirinin tam proqramı ilə tanış olmaq üçün bu linkə keçid edə bilərsiniz: https://wuf.unhabitat.org/main-events

Dialoqlar: qlobal mənzil gündəliyinin formalaşdırılması

Qlobal müzakirələrin istiqamətini müəyyən edən yüksək səviyyəli dialoqlar WUF13 proqramının əsasını təşkil edir. Bu dialoqlar çərçivəsində mənzil təminatının inklüzivlik, davamlılıq və şəhər sistemləri ilə əlaqəsi araşdırılacaq. Bununla yanaşı, dialoqların hər biri mənzil təminatının bir mühüm aspektini müzakirəyə çıxaracaq:

• Qlobal mənzil böhranı: Çıxış yolu nədir?

• Qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası

• Böhran sonrası şəhərlərin bərpası və yenidən qurulmasında mənzil təminatı

• İqlim və mənzil siyasəti arasındakı əlaqə

• Mənzil təminatının sosial və iqtisadi təsiri

• Mənzil təminatının maliyyələşdirilməsi üzrə yeni yanaşmalar

Bu müzakirələrin məqsədi qlobal problemləri praktiki həll variantları və müştərək öhdəliklərlə əlaqələndirməkdir.

Xüsusi sessiyalar: mühüm əhəmiyyət kəsb edən şəhərsalma məsələlərinin ətraflı müzakirəsi

Xüsusi sessiyalar çərçivəsində iqlimə uyğunlaşma, mənzil təminatı, qeyri-rəsmi yaşayış əraziləri, şəhərlərin yenilənməsi, rəqəmsallaşma, maliyyələşdirmə mexanizmləri və inklüziv şəhər inkişafı kimi mövzular diqqət mərkəzindədir.

Bu sessiyalar daha spesifik müzakirələr üçün platforma yaratmaqla müxtəlif regionların təcrübə, tərəfdaşlıq əlaqələri və innovativ yanaşmalarını nümayiş etdirir.

Buraya mənzil təminatı qlobal koalisiyaların diqqət mərkəzində, WUF13 ev sahibi ölkənin xüsusi sessiyası, sağlam evlərin nəbzi, Afrikada əlçatan mənzil təminatı (investorlar üçün kompakt sövdələşmə otağı formatında xüsusi sessiya), şəhərlər oyun məkanı kimi, mədəni irs və inklüziv urbanistik regenerasiya – Yeni baxış, tullantıların idarə edilməsindən dairəvi iqtisadiyyata doğru, “Təmas xətlərindən” hekayələr: Şəhər iqlim irsinin inkişafı, kiçik inkişaf etməkdə olan ada dövlətlərində inklüziv urbanistik davamlılıq, “mavi” iqtisadiyyat və dayanıqlı turizm və WUF13 xüsusi yekun sessiyası daxildir.

Assambleyalar: kollektiv səslərin gücü

Qeyd edilib ki, Assambleyalar müxtəlif həmfikir qrupların bir araya gəlməsi və öz rolları barədə fikir bildirməsi, eləcə də qlobal şəhərsalma gündəliyi çərçivəsində ortaq prioritetləri ifadə etməsi üçün xüsusi platformalar yaradır: “Assambleyalar əsas şəhərsalma məsələləri ətrafında fikir mübadiləsi aparmaq üçün yerli və regional hökumətlərin, yerli səviyyədə fəaliyyət göstərən və icma əsaslı təşkilatların, habelə qadınlar, gənclər, biznes dairələri və sənaye sahələrinin təmsilçilərini, o cümlədən parlament nümayəndələrini bir araya gətirəcək.

Bu qruplar arasında dialoqu təşviq etməklə, assambleyalar müxtəlif rəylərin tədbirin nəticələrində əks olunmasına töhfə verəcək və dayanıqlı şəhər inkişafı üzrə kollektiv təşviqatı gücləndirəcək”.

Dəyirmi masalar: dialoqdan fəaliyyətə keçid

Forumda həmçinin dəyirmi masalar – tərəfdaş və həmkarları əsas şəhərsalma məsələləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün bir araya gətirən fəaliyyət yönümlü sessiyalar təşkil olunacaq. Bu müzakirələr ortaq mövqelərin müəyyənləşdirilməsi və formalaşan yeni çağırışlar ilə mübarizə aparmaq məqsədilə mümkün variantların araşdırılması üçün platforma funksiyasını yerinə yetirməklə yanaşı, inklüzivliyin və bərabər səviyyədə qarşılıqlı öyrənmənin dəyərini nümayiş etdirən layihə, təşəbbüs və elmi tədqiqat fəaliyyətlərini təqdim edəcək.

Dəyirmi masalar konkret həmfikir qrup və ya tematik sahəyə həsr olunan 12 sessiyadan ibarətdir: Vahid BMT, yerli və regional hökumətlər, biznes təşkilatları, qadınlar, əlilliyi olan şəxslər, parlament nümayəndələri, akademik dairələr, uşaqlar və gənclər, peşəkarlar, yerli səviyyədə fəaliyyət göstərən və vətəndaş cəmiyyəti təşkilatları, yerli xalqların hüquqları və yaşlı şəxslərin hüquqları.

Continue Reading

Previous: Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı – Müraciət
Next: İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək

Bölmənin digər xəbərləri

Rok Xaokas: Fransa Yeni Kaledoniyaya münasibətdə siyasətinin müstəmləkə mahiyyətini gizlətmir
  • Cəmiyyət

Rok Xaokas: Fransa Yeni Kaledoniyaya münasibətdə siyasətinin müstəmləkə mahiyyətini gizlətmir

21 May, 2026
WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur
  • Cəmiyyət

WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur

21 May, 2026
Xəzər dənizində zəlzələ olub
  • Cəmiyyət

Xəzər dənizində zəlzələ olub

21 May, 2026

Top 7 Xəbər

Rok Xaokas: Fransa Yeni Kaledoniyaya münasibətdə siyasətinin müstəmləkə mahiyyətini gizlətmir 1

Rok Xaokas: Fransa Yeni Kaledoniyaya münasibətdə siyasətinin müstəmləkə mahiyyətini gizlətmir

21 May, 2026
WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur 2

WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur

21 May, 2026
Xəzər dənizində zəlzələ olub 3

Xəzər dənizində zəlzələ olub

21 May, 2026
Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm 4

Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm

20 May, 2026
Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib 5

Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib

20 May, 2026
WUF13-ə onlayn qeydiyyat uzadıldı 6

WUF13-ə onlayn qeydiyyat uzadıldı

20 May, 2026
Şəhərlər bizi nəzərə almadan qurulur – BMT rəsmisindən mesaj 7

Şəhərlər bizi nəzərə almadan qurulur – BMT rəsmisindən mesaj

20 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 470)
  • Dünya (3. 375)
  • Gündəm (11. 780)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 389)
  • Mədəniyyət (350)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9470) Dünya (3375) Gündəm (11780) Kateqoriyasızlar (496) Kriminal (1389) Mədəniyyət (350) Siyasət (2994) Texnologiya (14) İdman (652) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Rok Xaokas: Fransa Yeni Kaledoniyaya münasibətdə siyasətinin müstəmləkə mahiyyətini gizlətmir 21 May, 2026
  • WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur 21 May, 2026
  • Xəzər dənizində zəlzələ olub 21 May, 2026
  • Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm 20 May, 2026
  • Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib 20 May, 2026
© Addim.az | MoreNews by AF themes.