Skip to content
27 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Bakıda kişi keçmiş arvadını qətlə yetirib, evi və maşını yandırıb, daha sonra özünü öldürüb – BİRGƏ MƏLUMAT
  • Cəmiyyət

Bakıda kişi keçmiş arvadını qətlə yetirib, evi və maşını yandırıb, daha sonra özünü öldürüb – BİRGƏ MƏLUMAT

Bakıda kişi keçmiş arvadını qətlə yetirib, evi və maşını yandırıb, daha sonra özünü öldürüb. Bu barədə Baş Prokurorluq
Cavidan 17 Aprel, 2026
69e21aee98dddv

Bakıda kişi keçmiş arvadını qətlə yetirib, evi və maşını yandırıb, daha sonra özünü öldürüb.

Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir.

Məlumata görə, aprelin 17-də saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evində baş verən yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək daha geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində 1968-ci il təvəllüdlü Rafət Həsənova məxsus ümumi sahəsi 90kv.m. olan birmərtəbəli dördotaqlı evin dam örtüyü 90kv.m., 2 otağının yanar konstruksiyaları 32kv.m. sahədə, bitişik sahəsi 66kv.m. olan talvar və evin həyətində park edilmiş “BMW” markalı minik avtomobili, yaxınlıqda yerləşən 1982-ci il təvəllüdlü Əziz Vəliyevə məxsus ümumi sahəsi 80kv.m. olan birmərtəbəli dördotaqlı evin dam örtüyü 80kv.m. sahədə və 3 otağının yanar konstruksiyaları 46kv.m. sahədə yanıb.

Habelə yanğının kəşfiyyatı zamanı həyətyanı sahədə Rafət Həsənovun, evdə isə 1968-ci il təvəllüdlü Ceyran Həsənovanın meyitləri aşkar olunub.

Prokurorluq əməkdaşları tərəfindən icra olunan ilkin prosessual hərəkətlər nəticəsində Rafət Həsənovun şəxsi münasibətlər zəminində keçmiş arvadı Ceyran Həsənovanı qeyd olunan evdə qəsdən öldürməsi, ardınca həmin evi və həyətdə olan avtomobili yandırması və daha sonra isə həyətyanı sahədə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Əhməd Əl Şaraa: Dünən sonuncu ABŞ hərbi texnikası Suriyanı tərk edib
Sonrakı: Ərdoğan: Türkiyə Avropa İttifaqına tam üzvlük hədəfini qoruyur

Bölmənin digər xəbərləri

GsFu997Zdfv
  • Cəmiyyət

İlham Əliyev: Biz Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvəffəq olduq

Cavidan 27 Oktyabr, 2026
jtchjv8vS4J3xzSjuhb
  • Cəmiyyət

İlham Əliyev: Vətən müharibəsində bütün etnik qrup və dinlərin nümayəndələri bir “dəmir yumruq” kimi vuruşdu

Cavidan 27 Oktyabr, 2026
Q8otr8LD8iY4IBxIGUDv b
  • Cəmiyyət

“Həzi Aslanov”-“İçərişəhər” metro xəttində birbaşa hərəkət bərpa olunub

Cavidan 27 Oktyabr, 2026

Teqlər

Aktivlərin idarə edilməsi Android Anime AnTuTu Apple AzInTelecom Azərbaycan Bank infrastrukturu Bee biznes Business ChatGPT Cyberpunk Edgerunners Elcore Distribution Elektromobil Epic Games Store JBOD Netflix Newsbeat Nutanix OpenAI oyun Oyunlar PCI DSS Pul köçürmələri Qadcetlər QNAP Reytinq Rəqəmsal İmza sahibkarlar Science smartfon SOCAR spacex Süni intellekt SİMA İmza Texnologiya Təhlükəsizlik USB 4 World İlon Mask İqtisadiyyat Nazirliyi İT infrastrukturu İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 349)
  • Dünya (1. 096)
  • Gündəm (3. 477)
  • İdman (255)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (242)
  • Kriminal (305)
  • Mədəniyyət (97)
  • Siyasət (446)
  • Texnologiya (33)

Xəbər Trendi

İlham Əliyev: Biz Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvəffəq olduq GsFu997Zdfv 1
  • Cəmiyyət

İlham Əliyev: Biz Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvəffəq olduq

27 Oktyabr, 2026
İlham Əliyev: Vətən müharibəsində bütün etnik qrup və dinlərin nümayəndələri bir “dəmir yumruq” kimi vuruşdu jtchjv8vS4J3xzSjuhb 2
  • Cəmiyyət

İlham Əliyev: Vətən müharibəsində bütün etnik qrup və dinlərin nümayəndələri bir “dəmir yumruq” kimi vuruşdu

27 Oktyabr, 2026
Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır 77 g3c-d3b3cebfc271_1200 3
  • İdman

Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır

27 Oktyabr, 2026
“Həzi Aslanov”-“İçərişəhər” metro xəttində birbaşa hərəkət bərpa olunub Q8otr8LD8iY4IBxIGUDv b 4
  • Cəmiyyət

“Həzi Aslanov”-“İçərişəhər” metro xəttində birbaşa hərəkət bərpa olunub

27 Oktyabr, 2026
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib 54420d05-4262-39a0-ab 5
  • Cəmiyyət

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

26 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3349) Dünya (1096) Gündəm (3477) Kateqoriyasızlar (242) Kriminal (305) Mədəniyyət (97) Siyasət (446) Texnologiya (33) İdman (255) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 1
  • 1
  • 6. 614

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.