Skip to content
10 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Bakıda kişi keçmiş arvadını qətlə yetirib, evi və maşını yandırıb, daha sonra özünü öldürüb – BİRGƏ MƏLUMAT
  • Cəmiyyət

Bakıda kişi keçmiş arvadını qətlə yetirib, evi və maşını yandırıb, daha sonra özünü öldürüb – BİRGƏ MƏLUMAT

Bakıda kişi keçmiş arvadını qətlə yetirib, evi və maşını yandırıb, daha sonra özünü öldürüb. Bu barədə Baş Prokurorluq
Cavidan 17 Aprel, 2026
69e21aee98dddv

Bakıda kişi keçmiş arvadını qətlə yetirib, evi və maşını yandırıb, daha sonra özünü öldürüb.

Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir.

Məlumata görə, aprelin 17-də saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evində baş verən yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək daha geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində 1968-ci il təvəllüdlü Rafət Həsənova məxsus ümumi sahəsi 90kv.m. olan birmərtəbəli dördotaqlı evin dam örtüyü 90kv.m., 2 otağının yanar konstruksiyaları 32kv.m. sahədə, bitişik sahəsi 66kv.m. olan talvar və evin həyətində park edilmiş “BMW” markalı minik avtomobili, yaxınlıqda yerləşən 1982-ci il təvəllüdlü Əziz Vəliyevə məxsus ümumi sahəsi 80kv.m. olan birmərtəbəli dördotaqlı evin dam örtüyü 80kv.m. sahədə və 3 otağının yanar konstruksiyaları 46kv.m. sahədə yanıb.

Habelə yanğının kəşfiyyatı zamanı həyətyanı sahədə Rafət Həsənovun, evdə isə 1968-ci il təvəllüdlü Ceyran Həsənovanın meyitləri aşkar olunub.

Prokurorluq əməkdaşları tərəfindən icra olunan ilkin prosessual hərəkətlər nəticəsində Rafət Həsənovun şəxsi münasibətlər zəminində keçmiş arvadı Ceyran Həsənovanı qeyd olunan evdə qəsdən öldürməsi, ardınca həmin evi və həyətdə olan avtomobili yandırması və daha sonra isə həyətyanı sahədə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Əhməd Əl Şaraa: Dünən sonuncu ABŞ hərbi texnikası Suriyanı tərk edib
Next: Ərdoğan: Türkiyə Avropa İttifaqına tam üzvlük hədəfini qoruyur

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-10 172724
  • Cəmiyyət

Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib

Cavidan 10 İyun, 2026
Screenshot 2026-06-10 165240
  • Cəmiyyət

Emin Əmrullayev: Uşaqların 50%-i sosial mediadan informasiya əldə edir

Cavidan 10 İyun, 2026
Screenshot 2026-06-10 155014
  • Cəmiyyət

Sosial şəbəkədə yaş qadağasının yoxlanılması qaydası açıqlanıb

Cavidan 10 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 581)
  • Dünya (3. 403)
  • Gündəm (11. 861)
  • İdman (661)
  • İqtisadiyyat (599)
  • Kateqoriyasızlar (509)
  • Kriminal (1. 398)
  • Mədəniyyət (353)
  • Siyasət (3. 003)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib Screenshot 2026-06-10 172724 1
  • Cəmiyyət

Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib

10 İyun, 2026
Emin Əmrullayev: Uşaqların 50%-i sosial mediadan informasiya əldə edir Screenshot 2026-06-10 165240 2
  • Cəmiyyət

Emin Əmrullayev: Uşaqların 50%-i sosial mediadan informasiya əldə edir

10 İyun, 2026
Sosial şəbəkədə yaş qadağasının yoxlanılması qaydası açıqlanıb Screenshot 2026-06-10 155014 3
  • Cəmiyyət

Sosial şəbəkədə yaş qadağasının yoxlanılması qaydası açıqlanıb

10 İyun, 2026
Azərbaycan və Yaponiya energetika sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib Screenshot 2026-06-10 152615 4
  • Siyasət

Azərbaycan və Yaponiya energetika sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib

10 İyun, 2026
Azərbaycanın şito-ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb Screenshot 2026-06-10 143834 5
  • Gündəm

Azərbaycanın şito-ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb

10 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9581) Dünya (3403) Gündəm (11861) Kateqoriyasızlar (509) Kriminal (1398) Mədəniyyət (353) Siyasət (3003) Texnologiya (15) İdman (661) İqtisadiyyat (599)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.