Skip to content
18 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • BMT: Livan İsrailin zərbələri səbəbindən ərzaq böhranı ilə üzləşəcək
  • Cəmiyyət
  • Gündəm

BMT: Livan İsrailin zərbələri səbəbindən ərzaq böhranı ilə üzləşəcək

Livan Yaxın Şərqdəki eskalasiya fonunda ərzaq böhranı ilə üzləşə bilər. Bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı məlumat yayıb.
Cavidan 10 Aprel, 2026
91606ef8-d9d v

Livan Yaxın Şərqdəki eskalasiya fonunda ərzaq böhranı ilə üzləşə bilər.

Bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı məlumat yayıb.

Qeyd olunub ki, bu, İsrail Müdafiə Ordusunun Livanın cənubunda radikal “Hizbullah” qruplaşmasına qarşı əməliyyatı səbəbindən ölkə daxilində malların tədarükünün pozulması ilə əlaqədardır.

“Hazırda şahidi olduğumuz durum sadəcə əhalinin daxili köçürülməsi böhranı deyil, o sürətlə ərzaq təhlükəsizliyi böhranına çevrilir”, – Ümumdünya Ərzaq Proqramının Livandakı direktoru Ellison Oman bildirib.

Onun sözlərinə görə, qiymətlərin artması və köçkün ailələrin tələbatının çoxalması səbəbindən qida məhsulları getdikcə daha az əlçatan olur.

Livan ikiqat böhran vəziyyətinə düşüb: bazarların bir hissəsi tamamilə çöküb – xüsusilə də ticarət obyektlərinin 80%-dən çoxunun artıq fəaliyyət göstərmədiyi ölkənin cənubunda, – Beyrutdakı bazarlar isə getdikcə artan təzyiqə məruz qalır.

Onun sözlərinə görə, Ümumdünya Ərzaq Proqramının bu həftə cənuba göndərilən konvoyunun təyinat nöqtəsinə çatması üçün 15 saatdan çox vaxt tələb olunub, halbuki normal şəraitdə yol cəmi bir neçə saat çəkirdi.

Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İsrail qüvvədə olan atəşkəs qərarının Livana şamil edilmədiyini əsas gətirərək, bu ölkəyə zərbələr endirib. Daha sonra İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Livanda atəşkəs Tehranla Vaşinqton arasındakı razılaşmaların ilk şərti olub.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: MM əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifini ilk oxunuşda qəbul edib
Sonrakı: WUF13: Bakı qlobal şəhərsalma siyasətlərinin formalaşdığı mərkəzə çevrilir

Bölmənin digər xəbərləri

buTjbMbyi6_1200 (1)
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Cavidan 17 Oktyabr, 2026
cSbeaGkhvXU0 v
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

Cavidan 17 Oktyabr, 2026
Ni14yWlichJYsbfPxGKVaqc b
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Cavidan 17 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple AzInTelecom Bankçılıq bazar Bee Birbank Business ChatGPT Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq Fujifilm Gadget geympad Google Google Chrome Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Qadcetlər Reytinq Rəqəmsal İmza Samsung Science smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 302)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (238)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (17)

Xəbər Trendi

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib Screenshot_20261017_160409_com_android_chrome_ChromeTabbedActivity 1
  • Kateqoriyasızlar

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr, 2026
ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir 2
  • Texnologiya

ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir

17 Oktyabr, 2026
Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi 3
  • Texnologiya

Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi

17 Oktyabr, 2026
Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq buTjbMbyi6_1200 (1) 4
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

17 Oktyabr, 2026
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb cSbeaGkhvXU0 v 5
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

17 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3302) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (238) Kriminal (301) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (17) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 1
  • 20
  • 19
  • 4. 910

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.