Skip to content
26 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 500)
  • Dünya (3. 380)
  • Gündəm (11. 798)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (497)
  • Kriminal (1. 392)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 995)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Gündəm
  • Gündəm

WUF13: Bakı qlobal şəhərsalma siyasətlərinin formalaşdığı mərkəzə çevrilir

“WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın qlobal urban gündəlikdə passiv müşahidəçidən aktiv iştirakçısına keçidini nümayiş etdirir”. Bu sözləri APA-ya açıqlamasında
Cavidan 10 Aprel, 2026

“WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın qlobal urban gündəlikdə passiv müşahidəçidən aktiv iştirakçısına keçidini nümayiş etdirir”.

Bu sözləri APA-ya açıqlamasında memar, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan deyib.

O bildirib ki, WUF (World Urban Forum) BMT-nin şəhər inkişafı üzrə əsas qlobal platformalarından biridir: “Bu platforma şəhərsalma siyasətlərinin formalaşdığı mühitdir və burada müzakirə olunan yanaşmalar xüsusilə dayanıqlılıq, iqlim adaptasiyası və inklüziv urban inkişafı milli səviyyədə normativ və institusional çərçivələrin yenilənməsinə birbaşa təsir göstərir. Bu forum yalnız ideya mübadiləsi deyil, eyni zamanda, qlobal urban siyasətlərin istiqamətini müəyyən edən konsensus mexanizmidir. WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın bu qlobal diskursda iştirak səviyyəsinin yüksəldiyini və ölkənin regional urban inkişaf mərkəzi kimi mövqeləndiyini göstərir. Bu, xüsusilə sürətli urbanizasiya, infrastruktur transformasiyası və post-münaqişə ərazilərində yeni şəhər modellərinin qurulması kontekstində əhəmiyyətlidir.

Memarlığın sistem yönümlü rolu və şəhərsalma siyasətlərinə təsiri

Memarlıq artıq obyekt yönümlü fəaliyyət deyil, sistem yönümlü müdaxilə alətidir. Müasir dövrdə memar şəhərsalma siyasətlərində məkanın təşkilindən əlavə, sosial davranış modellərinin formalaşdırılması, resurs effektivliyi və karbon izinin optimallaşdırılması kimi kritik parametrlərə təsir edən faktor kimi çıxış edir.

WUF13 forumu çərçivəsində dayanıqlı planlama, resurs effektivliyi, iqlimə davamlı şəhər sistemləri və inklüziv inkişaf modelləri müzakirə ediləcək. Bakının ev sahibliyi burada yalnız təşkilati rol deyil. Bu, şəhərin özünü qlobal urban laboratoriya kimi təqdim etməsi və lokal təcrübəni beynəlxalq praktikalarla sintez etməsi üçün platformadır”.

WUF13 beynəlxalq təcrübənin və texnologiyaların birbaşa transferini təmin edir

Memar qeyd edib ki, WUF13 Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan yenidənqurma və şəhərsalma prosesinə ciddi strateji dəyər qatır: “Bu bölgələr “sıfırdan qurulan şəhərlər” kimi müasir urban prinsiplərin tətbiqi üçün unikal imkan yaradır. Forum vasitəsilə smart şəhər modelləri, enerji effektiv həllər və dayanıqlı planlama yanaşmaları bu ərazilərdə daha sistemli şəkildə tətbiq oluna bilər.

Eyni zamanda, WUF13 beynəlxalq təcrübənin və texnologiyaların birbaşa transferini təmin edir. Bu, planlama prosesində səhvlərin minimuma endirilməsi, daha çevik idarəetmə və effektiv resurs istifadəsi deməkdir. Paralel olaraq, forum yeni investisiya imkanları yaradır və dövlət-özəl tərəfdaşlıqların genişlənməsinə təkan verir. Nəticə etibarilə, WUF13 ölkə üçün həm reputasiya kapitalı, həm də uzunmüddətli urban strategiyaların yenilənməsi baxımından kritik mərhələdir”.

Continue Reading

Previous: BMT: Livan İsrailin zərbələri səbəbindən ərzaq böhranı ilə üzləşəcək
Next: MİDA-nın bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib

Bölmənin digər xəbərləri

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik
  • Gündəm

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

25 May, 2026
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
  • Cəmiyyət

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

25 May, 2026
Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq
  • Cəmiyyət

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

25 May, 2026

Top 7 Xəbər

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək 1

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

26 May, 2026
Türkiyədə bələdiyyə sədri saxlanılıb 2

Türkiyədə bələdiyyə sədri saxlanılıb

26 May, 2026
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq 3

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

26 May, 2026
Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb 4

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

26 May, 2026
Putin İlham Əliyevi təbrik etdi 5

Putin İlham Əliyevi təbrik etdi

25 May, 2026
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki… 6

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki…

25 May, 2026
Metronun hərəkət qrafiki dəyişdirilir 7

Metronun hərəkət qrafiki dəyişdirilir

25 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 500)
  • Dünya (3. 380)
  • Gündəm (11. 798)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (497)
  • Kriminal (1. 392)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 995)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9500) Dünya (3380) Gündəm (11798) Kateqoriyasızlar (497) Kriminal (1392) Mədəniyyət (351) Siyasət (2995) Texnologiya (14) İdman (652) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək 26 May, 2026
  • Türkiyədə bələdiyyə sədri saxlanılıb 26 May, 2026
  • FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq 26 May, 2026
  • Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb 26 May, 2026
  • Putin İlham Əliyevi təbrik etdi 25 May, 2026
© Addim.az | MoreNews by AF themes.