Skip to content
10 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 203)
  • Dünya (3. 307)
  • Gündəm (11. 555)
  • İdman (639)
  • İqtisadiyyat (585)
  • Kateqoriyasızlar (479)
  • Kriminal (1. 369)
  • Mədəniyyət (344)
  • Siyasət (2. 979)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

MM əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifini ilk oxunuşda qəbul edib

Milli Məclis əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı dəyişiklikləri ilk oxunuşda qəbul edib. Bununla bağlı Əmək
Cavidan 10 Aprel, 2026

Milli Məclis əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı dəyişiklikləri ilk oxunuşda qəbul edib.

Bununla bağlı Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, işəgötürən eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etməli olacaq.

Məcəlləyə təklif olunan daha bir dəyişikliyə görə, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.

Sənəddə vurğulanıb ki, Beynəlxalq Əmək Təşkilatının 100 nömrəli Konvensiyasına və Avropa Sosial Xartiyasına uyğun olaraq, kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi tam təmin olunmalıdır. Lakin mövcud qanunvericilkdə bu prinsip yalnız “eyni və ya oxşar işlər” çərçivəsində tətbiq olunur və daha geniş anlayışı əhatə etmir.

Bu xüsusda Azərbaycanda əməkhaqqı sahəsində gender bərabərliyinin təmin olunması məqsədilə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi zərurətini şərtləndirən əsas amillərdən biri də, məhz qeyd olunan beynəlxalq öhdəliklərdən irəli gəlir.

Layihəyə əsasən Əmək Məcəlləsində dəyişiklik edilərək işəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir və əməkhaqqı sistemində cinsə görə ayrı-seçkiliyin qarşısının alınması gücləndirilir. Təklif edilən dəyişikliyə görə, bərabər dəyərli işin obyektiv qiymətləndirilməsinin əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürənlər tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.

Layihədə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanuna təklif olunan dəyişikliklər də yer alır. Sənədə əsasən, əməkhaqqının yalnız eyni və ya oxşar işlərə görə deyil, bərabər dəyərli işlərə görə də ödənilməsi nəzərdə tutulur.

Belə ki, “Cinsindən asılı olmayaraq bir iş yerində işləyən, eyni ixtisas dərəcəsinə malik olan, eyni iş şəraitində işləyən, eyni dəyərli işi yerinə yetirən işçilərə əməkhaqqı, həmçinin mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər eyni ödənilməlidir”.

Qeyd edilən maddəyə əsasən eyni ixtisas dərəcəsinə, eyni dəyərə malik eyni işi görən kişi və qadınlara bərabər əməkhaqqı ödənilir. Bu anlayış bərabər dəyərli iş üçün bərabər əmək haqqı standartından daha məhduddur, çünki eyni dəyərə malik olan müxtəlif işləri yerinə yetirən kişilərə və qadınlara aid edilmir. Bununla əlaqədar qanunun 9.1-ci maddəsi yeni redaksiyada təklif edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Continue Reading

Previous: Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər
Next: BMT: Livan İsrailin zərbələri səbəbindən ərzaq böhranı ilə üzləşəcək

Bölmənin digər xəbərləri

BMT: Livan İsrailin zərbələri səbəbindən ərzaq böhranı ilə üzləşəcək
  • Cəmiyyət

BMT: Livan İsrailin zərbələri səbəbindən ərzaq böhranı ilə üzləşəcək

10 Aprel, 2026
Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər
  • Cəmiyyət

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər

10 Aprel, 2026
Bu gün Suraxanıda işıq kəsiləcək
  • Cəmiyyət

Bu gün Suraxanıda işıq kəsiləcək

10 Aprel, 2026

Top 7 Xəbər

BMT: Livan İsrailin zərbələri səbəbindən ərzaq böhranı ilə üzləşəcək 1

BMT: Livan İsrailin zərbələri səbəbindən ərzaq böhranı ilə üzləşəcək

10 Aprel, 2026
MM əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifini ilk oxunuşda qəbul edib 2

MM əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifini ilk oxunuşda qəbul edib

10 Aprel, 2026
Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər 3

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər

10 Aprel, 2026
Bu gün Suraxanıda işıq kəsiləcək 4

Bu gün Suraxanıda işıq kəsiləcək

10 Aprel, 2026
Məleykə Abbaszadə: Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib 5

Məleykə Abbaszadə: Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib

10 Aprel, 2026
KİV: İranda gecə partlayışlar və atışma səsləri eşidilib 6

KİV: İranda gecə partlayışlar və atışma səsləri eşidilib

10 Aprel, 2026
Parlamentdə vacib gün: 11 məsələ bir iclasda 7

Parlamentdə vacib gün: 11 məsələ bir iclasda

10 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 203)
  • Dünya (3. 307)
  • Gündəm (11. 555)
  • İdman (639)
  • İqtisadiyyat (585)
  • Kateqoriyasızlar (479)
  • Kriminal (1. 369)
  • Mədəniyyət (344)
  • Siyasət (2. 979)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9203) Dünya (3307) Gündəm (11555) Kateqoriyasızlar (479) Kriminal (1369) Mədəniyyət (344) Siyasət (2979) Texnologiya (14) İdman (639) İqtisadiyyat (585)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • BMT: Livan İsrailin zərbələri səbəbindən ərzaq böhranı ilə üzləşəcək 10 Aprel, 2026
  • MM əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifini ilk oxunuşda qəbul edib 10 Aprel, 2026
  • Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər 10 Aprel, 2026
  • Bu gün Suraxanıda işıq kəsiləcək 10 Aprel, 2026
  • Məleykə Abbaszadə: Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib 10 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.