Skip to content
8 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 192)
  • Dünya (3. 304)
  • Gündəm (11. 541)
  • İdman (639)
  • İqtisadiyyat (583)
  • Kateqoriyasızlar (477)
  • Kriminal (1. 368)
  • Mədəniyyət (344)
  • Siyasət (2. 979)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Azərbaycan və Qazaxıstan hərbi-texniki əməkdaşlığı müzakirə edib

Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına əsasən, Qazaxıstan nümayəndə heyəti Azərbaycana səfər edib. Bu
Cavidan 8 Aprel, 2026

Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına əsasən, Qazaxıstan nümayəndə heyəti Azərbaycana səfər edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, qonaqlar əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının məzarlarını ziyarət edib, üzərlərinə gül dəstələri düzərək öz ehtiramlarını nümayiş etdiriblər.

Müdafiə Nazirliyində keçirilən görüşdə müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov qazaxıstanlı həmkarı Darxan Axmediyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ətraflı fikir mübadiləsi aparıb.

Görüşdə Azərbaycanla Qazaxıstan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Sonra nümayəndə heyəti Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsini, Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsini, həmçinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsini ziyarət edərək burada yaradılmış şərait və xidməti fəaliyyətlərlə maraqlanıblar.

Qazaxıstanlı qonaqlar Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən C.Naxçıvanski adına Hərbi Liseydə, eləcə də Şəxsi Heyət Baş İdarəsində olaraq “Şəxsi Heyət Elektron Məlumat Sistemi” ilə tanış olublar.

Səfər çərçivəsində nümayəndə heyətinə Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik Mərkəzi və N hərbi hissəsində Azərbaycan Ordusunun arsenalında olan müasir silah sistemləri və informasiya texnologiyalarının vasitələrinin kibertəhlükəsizliyinin təmin olunması istiqamətində yerinə yetirilən fəaliyyətlər, müasir rabitə texnologiyalarının tətbiqi və kibertəhdidlərə qarşı süni intellekt əsaslı kibermüdafiə vasitələri haqqında məlumat verilməsi nəzərdə tutulub.

Nazirliyin müvafiq qurumları ilə tanışlıq zamanı nümayəndə heyəti üçün bölmələrin strukturu və fəaliyyət istiqamətləri barədə brifinqlər təqdim olunub, qonaqların sualları cavablandırılıb.

Qeyd edək ki, Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndə heyətinin səfərinin əsas məqsədi ordu quruculuğu sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Continue Reading

Previous: İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Bölmənin digər xəbərləri

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
  • Cəmiyyət

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

8 Aprel, 2026
Den Keyn: İranda silah zavodlarının 90 %-i məhv edilib
  • Cəmiyyət

Den Keyn: İranda silah zavodlarının 90 %-i məhv edilib

8 Aprel, 2026
Ali Məhkəmə: Mülki işlər üzrə sübutlar qanunla müəyyən olunan qaydada və vaxtda təqdim edilməlidir
  • Cəmiyyət

Ali Məhkəmə: Mülki işlər üzrə sübutlar qanunla müəyyən olunan qaydada və vaxtda təqdim edilməlidir

8 Aprel, 2026

Top 7 Xəbər

Azərbaycan və Qazaxıstan hərbi-texniki əməkdaşlığı müzakirə edib 1

Azərbaycan və Qazaxıstan hərbi-texniki əməkdaşlığı müzakirə edib

8 Aprel, 2026
İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib 2

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

8 Aprel, 2026
Den Keyn: İranda silah zavodlarının 90 %-i məhv edilib 3

Den Keyn: İranda silah zavodlarının 90 %-i məhv edilib

8 Aprel, 2026
İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik edib 4

İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik edib

8 Aprel, 2026
Ali Məhkəmə: Mülki işlər üzrə sübutlar qanunla müəyyən olunan qaydada və vaxtda təqdim edilməlidir 5

Ali Məhkəmə: Mülki işlər üzrə sübutlar qanunla müəyyən olunan qaydada və vaxtda təqdim edilməlidir

8 Aprel, 2026
TƏBİB-in Müşahidə Şurasının sədri dəyişib 6

TƏBİB-in Müşahidə Şurasının sədri dəyişib

8 Aprel, 2026
Zelenski Yaxın Şərqdə eskalasiyanın qlobal nəticələrindən danışıb 7

Zelenski Yaxın Şərqdə eskalasiyanın qlobal nəticələrindən danışıb

8 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 192)
  • Dünya (3. 304)
  • Gündəm (11. 541)
  • İdman (639)
  • İqtisadiyyat (583)
  • Kateqoriyasızlar (477)
  • Kriminal (1. 368)
  • Mədəniyyət (344)
  • Siyasət (2. 979)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9192) Dünya (3304) Gündəm (11541) Kateqoriyasızlar (477) Kriminal (1368) Mədəniyyət (344) Siyasət (2979) Texnologiya (14) İdman (639) İqtisadiyyat (583)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycan və Qazaxıstan hərbi-texniki əməkdaşlığı müzakirə edib 8 Aprel, 2026
  • İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib 8 Aprel, 2026
  • Den Keyn: İranda silah zavodlarının 90 %-i məhv edilib 8 Aprel, 2026
  • İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik edib 8 Aprel, 2026
  • Ali Məhkəmə: Mülki işlər üzrə sübutlar qanunla müəyyən olunan qaydada və vaxtda təqdim edilməlidir 8 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.