Skip to content
11 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib
  • Cəmiyyət
  • Gündəm

İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevi və nəqliyyat naziri Nurlan Sauranbayevi qəbul
Cavidan 8 Aprel, 2026
lvjXtlnFOMdASRhhCL v

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevi və nəqliyyat naziri Nurlan Sauranbayevi qəbul edib.

Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan ikitərəfli əlaqələrinin əməkdaşlıq və qardaşlıq ruhunda inkişaf etdiyini məmnunluqla vurğulayaraq, dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılmış müzakirələrin, qəbul olunmuş qərarların, həmçinin Azərbaycandan Qazaxıstana, Qazaxıstandan isə ölkəmizə müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin səfərlərinin xalqları və ölkələri daha da yaxınlaşdırdığını, qarşılıqlı fəaliyyətin potensialını möhkəmləndirdiyini deyib.

Dövlət başçısı birgə investisiya fondunun imkanlarından tam istifadə ediləcəyinə ümidvarlığını bildirib, bir neçə layihənin artıq işlənmə mərhələsində olduğunu vurğulayıb və Azərbaycanla Qazaxıstanın üçüncü ölkələrə birgə investisiya yatırmaq potensialına toxunub.

Prezident İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin Azərbaycana səfərinin uğurlu olacağına ümidvarlığını ifadə edib.

Qəbula görə minnətdarlığını bildirən Qazaxıstanın xarici işlər naziri dövlət başçısı ilə görüşdən şərəf hissi duyduqlarını deyib.

Yermek Koşerbayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Kasım-Jomart Tokayevə çatdırmağı xahiş edib.

Qonaq Qazaxıstanda Azərbaycan Prezidentinə çox böyük hörmətlə yanaşıldığını vurğulayıb.

Görüşdə Azərbaycanla Qazaxıstan arasında münasibətlərin bir çox sahədə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, logistika, investisiyalar, enerji, həmçinin yaşıl enerji və digər istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd edilərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Söhbət zamanı Orta Dəhliz, Trans-Xəzər Yaşıl Enerji Dəhlizi və fiber-optik xətti layihələrinə toxunulub, bu çərçivədə Azərbaycanla Qazaxıstanın uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulanıb.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşma prosesinin və Ermənistan ərazisindən keçəcək TRIPP layihəsinin regional əməkdaşlıq və nəqliyyat bağlantıları baxımından rolu qeyd edilib.

Görüşdə hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu tərəfdaşlığı vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Sabunçuda iki nəfər dəm qazından öldü
Next: Ceyhun Bayramov Bakıda qazaxıstanlı həmkarı ilə təkbətək görüş keçirir – YENİLƏNİB

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-11 150542
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

Cavidan 11 İyul, 2026
Screenshot 2026-07-11 144513
  • Cəmiyyət

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Cavidan 11 İyul, 2026
Screenshot 2026-07-11 132145
  • Dünya

Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

Cavidan 11 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 724)
  • Dünya (3. 453)
  • Gündəm (11. 944)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (521)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 011)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb Screenshot 2026-07-11 150542 1
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

11 İyul, 2026
Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq Screenshot 2026-07-11 144513 2
  • Cəmiyyət

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

11 İyul, 2026
Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var Screenshot 2026-07-11 132145 3
  • Dünya

Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

11 İyul, 2026
Bazar günü Azərbaycanda 38 dərəcə isti olacaq Screenshot 2026-07-11 123117 4
  • Cəmiyyət

Bazar günü Azərbaycanda 38 dərəcə isti olacaq

11 İyul, 2026
CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır Screenshot 2026-07-11 120056 5
  • Gündəm

CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır

11 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9724) Dünya (3453) Gündəm (11944) Kateqoriyasızlar (521) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3011) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.