Skip to content
17 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Azərbaycanda elektrik nəqliyyatı üçün yeni qaydalar hazırlanır
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanda elektrik nəqliyyatı üçün yeni qaydalar hazırlanır

Azərbaycanda ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsi nəzərdə tutulur. “Report”un əldə etdiyi
Cavidan 3 Aprel, 2026
Bi6eTN98SzXGjJXIQv

Azərbaycanda ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsi nəzərdə tutulur.

“Report”un əldə etdiyi məlumata görə, bu çərçivədə energetika sahəsində tətbiq edilən normativ hüquqi aktlara dəyişikliklərlə bağlı təkliflərin hazırlanması planlaşdırılır.

Məqsəd tənzimləyici və inzibati məhdudiyyətlərin aradan qaldırılması, elektrik nəqliyyatının istifadəsi üçün daha əlverişli mühitin formalaşdırılmasıdır.

Eyni zamanda, elektrikdoldurma infrastrukturunun inkişafı istiqamətində də addımlar atılır. Belə ki, elektrikdoldurma cihazları və bu sahədə istifadə olunan proqram təminatı üçün tələbləri müəyyən edən texniki reqlamentlərin hazırlanması, müvafiq standartların formalaşdırılması nəzərdə tutulur.

Bundan əlavə, “Vahid elektrikdoldurma xidməti platforması” informasiya sistemi ilə bağlı əsasnamə layihəsi hazırlanacaq.

Həmçinin elektrikdoldurma xidmətlərinin göstərilməsi qaydalarını müəyyən edən normativ hüquqi aktın hazırlanması da planlaşdırılır.

Digər istiqamətlərdən biri isə nəqliyyat vasitələrinin utilizasiyası sahəsidir. Bu sahədə cəlbediciliyin artırılması üçün mövcud vəziyyət təhlil ediləcək, qanunvericiliyin təkmilləşdirilməsi üzrə müvafiq tədbirlər həyata keçiriləcək.

Layihələr üzrə sənədlərin müvafiq qurumlarla cari ilin sonuna qədər hazırlanması nəzərdə tutulur.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: AFFA-nın balansındakı stadion və məşq mərkəzlərinin saxlanılmasına 4 milyondan çox vəsait ayrılıb
Sonrakı: Hikmət Hacıyev: Vətən müharibəsindən sonra 421 nəfər minadan zərər çəkib

Bölmənin digər xəbərləri

qeza__1_
  • Cəmiyyət

Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var

Cavidan 16 Oktyabr, 2026
6ad20c5e54b746ad20c5e5v
  • Cəmiyyət

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

Cavidan 16 Oktyabr, 2026
tzwFEebTOuIZtyvDbnYv
  • Cəmiyyət

Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər

Cavidan 16 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android ani çap AnTuTu Apple Azerbaijan Business Women AzInTelecom Birbank Business Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Microsoft Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Reytinq Rəqəmsal İmza Samsung Science SheMatters Pakistan smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 299)
  • Dünya (1. 084)
  • Gündəm (3. 463)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (237)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (15)

Xəbər Trendi

Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib 1
  • Kateqoriyasızlar

Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

17 Oktyabr, 2026
Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb 6ad22284840ac6ad22v 2
  • Dünya

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb

16 Oktyabr, 2026
Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var qeza__1_ 3
  • Cəmiyyət

Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var

16 Oktyabr, 2026
Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları BVSpZcyrH8UTPC4Mpmn 4
  • Siyasət

Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları

16 Oktyabr, 2026
Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb 6ad20c5e54b746ad20c5e5v 5
  • Cəmiyyət

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

16 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3299) Dünya (1084) Gündəm (3463) Kateqoriyasızlar (237) Kriminal (300) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (15) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 33
  • 31
  • 4. 929

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.