Skip to content
26 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO
  • Cəmiyyət

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO

Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı zamanı Kəlbəcər-Laçın tunelində törədilən qətliamdan 33 il ötür. 1993-cü il martın
Cavidan 31 Mart, 2026
69cbca3d7b68869cbca v

Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı zamanı Kəlbəcər-Laçın tunelində törədilən qətliamdan 33 il ötür.

1993-cü il martın 31-də Kəlbəcər-Laçın tunelində qırğın Kəlbəcərin 36 kəndini birləşdirən yeganə avtomobil yolunu ələ keçirmək, Kəlbəcəri mühasirədə saxlamaq məqsədilə törədilib. Qadınlar, yaşlılar, uşaqlar da daxil olmaqla, ümumilikdə 52 nəfər qətlə yetirilib, 64 nəfər əsir götürülüb.

Kəlbəcər rayonunun işğalı zamanı dinc sakinlər yeganə çıxış yolu olan tunel istiqamətində hərəkət ediblər. Lakin erməni hərbçiləri tunelin hər iki tərəfini nəzarətə götürərək, silahsız insanları pusquya salıblar.

​Hadisənin canlı şahidi, Kəlbəcər rayonunun Günəşli kənd sakini Qoşqar Quluyev deyib ki, martın 31-də kəndlərini məcburən tərk ediblər: “Tuneli keçdikdən sonra dağın döşündən bizi atəşə tutmağa başladılar. Qadınların, uşaqların qışqırtısından qulaq tutulurdu. Bizim olduğumuz maşında 5 nəfər yerindəcə öldü. Qarşıda gedən “Kamaz”ı qumbaraatanla vurdular, orada 20-dən çox adam həlak oldu”.

Şahidlərin bildirdiyinə görə, 12 yaşlı Ramin Hüseynov atəş altından qaçaraq özünü çaya atıb və çayboyu geri qayıdaraq digər maşınların pusquya düşməsinin qarşısını alıb.

​Digər şahid Bəxtiyar Quluyev isə ailəlikcə yaşadıqları faciə, itkin bacısı barədə danışıb: ​“Bizim ailəmizin 8 üzvünün hamısı yaralanmışdıq. Qardaşım İslam aldığı yaradan dünyasını dəyişdi. Ermənilər onu Heyvalıda basdırdı. Yeri naməlumdur. 11 yaşlı bacım Şahnaz isə gülləbaran edilən maşında qalmışdı. Ondan indiyə qədər heç bir xəbər yoxdur.”

​Tunel yaxınlığında sağ qalanlar və yaralılar erməni hərbçiləri tərəfindən əsir götürülərək Xankəndiyə, oradan isə Şuşa həbsxanasına aparılıblar. Şahidlər bildiriblər ki, yaraları sağalmamış hər gün ağır işgəncələrə və təhqirlərə məruz qalıblar. Qoşqar Quluyev 6 ay, Bəxtiyar Quluyev isə 7 ay davam edən əsirlikdən sonra azad ediliblər.

​44 günlük Vətən müharibəsi, Kəlbəcərin işğaldan azad edilməsi ilə faciə qurbanlarının qisası alınıb. Bu gün Azərbaycan dövləti Kəlbəcərdə sürətli bərpa işləri apararaq dinc sakinlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışını təmin edir. Lakin 31 mart “tunel faciəsi” və itkin düşən Şahnaz kimi yüzlərlə insanın taleyi yaddaşlarda silinməz yara kimi qalacaq.

Post navigation

Previous: ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib
Next: Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək

Bölmənin digər xəbərləri

12
  • Cəmiyyət

Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib

Cavidan 26 Avqust, 2026
kamaleddin
  • Cəmiyyət

Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək

Cavidan 26 Avqust, 2026
lacin
  • Cəmiyyət

Bu gün Laçın Şəhəri Günüdür

Cavidan 26 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 003)
  • Dünya (1. 029)
  • Gündəm (3. 315)
  • İdman (223)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib 12 1
  • Cəmiyyət

Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib

26 Avqust, 2026
Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək 111 2
  • İdman

Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək

26 Avqust, 2026
Prezident İlham Əliyev “Sabah”ı təbrik edib prezdent 3
  • Gündəm

Prezident İlham Əliyev “Sabah”ı təbrik edib

26 Avqust, 2026
Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək kamaleddin 4
  • Cəmiyyət

Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək

26 Avqust, 2026
Bu gün Laçın Şəhəri Günüdür lacin 5
  • Cəmiyyət

Bu gün Laçın Şəhəri Günüdür

26 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3003) Dünya (1029) Gündəm (3315) Kateqoriyasızlar (200) Kriminal (273) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (223) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.