Skip to content
17 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Ağsaqqallar Şurası İranın Azərbaycana dron hücumu ilə bağlı bəyanat yayıb
  • Cəmiyyət
  • Gündəm

Ağsaqqallar Şurası İranın Azərbaycana dron hücumu ilə bağlı bəyanat yayıb

İran İslam Respublikası tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə pilotsuz uçuş aparatları vasitəsilə edilmiş hücumlarla bağlı Azərbaycan Ağsaqqallar
Cavidan 6 Mart, 2026
69aab354218b069aab3V

İran İslam Respublikası tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə pilotsuz uçuş aparatları vasitəsilə edilmiş hücumlarla bağlı Azərbaycan Ağsaqqallar Şurası bəyanat yayıb.

Bəyanatdaa deyilir:

“Martın 5-də İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə – xüsusilə Naxçıvan Beynəlxalq Hava Limanına, orta təhsil məktəbinə və digər mülki infrastruktura qarşı hücum aktlarının həyata keçirilməsi bütün Azərbaycan ictimaiyyəti kimi, Azərbaycan Ağsaqqallar Şurasının üzvlərində də ciddi narahatlıq və dərin hiddət doğurub. Bu hadisə beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə, habelə dövlətlərarası münasibətlərin fundamental qaydalarına açıq şəkildə zidd olan son dərəcə təhlükəli və qəbuledilməz addımdır.

Azərbaycan Ağsaqqallar Şurası bu xain hücum aktını qətiyyətlə pisləyir və onu müstəqil Azərbaycan dövlətinə qarşı yönəlmiş növbəti təxribat kimi qiymətləndirir. Mülki obyektlərin – beynəlxalq hava limanının, təhsil müəssisələrinin və digər mülki infrastrukturun hədəfə alınması terror xarakterli əməl olmaqla, dövlətimizə, eləcə də insanlıq və beynəlxalq hüquq prinsiplərinə qarşı bağışlanmaz cinayətdir. Təəssüf hissi ilə qeyd edirik ki, bu hadisə İran tərəfindən Azərbaycana qarşı yönəlmiş ilk düşmənçilik addımı deyil. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı nəticəsində səfirliyin işçisi həlak olmuş, digər əməkdaş isə ağır yaralanmışdır. Bu kimi hadisələr regionda sülhə, qarşılıqlı etimada və dövlətlərarası münasibətlərin sağlam məcrada inkişafına sarsıdıcı zərbə vurur.

Azərbaycan Ağsaqqallar Şurası bəyan edir ki, Azərbaycan dövləti hər zaman qonşu ölkələrlə mehriban münasibətlər qurmaq, qarşılıqlı hörmət və etimad mühitində əməkdaşlıq etmək prinsipinə sadiq qalıb. Dövlətimizin həyata keçirdiyi siyasət regionda sabitliyin möhkəmlənməsinə, təhlükəsizliyin təmin olunmasına və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə xidmət edib. Azərbaycan heç vaxt öz ərazisinin başqa dövlətlərə qarşı istifadə edilməsinə imkan verməmiş və bundan sonra da verməyəcək.

Bununla yanaşı, Azərbaycan Ağsaqqallar Şurası bildirir ki, müstəqil Azərbaycan dövləti öz suverenliyinin, ərazi bütövlüyünün və vətəndaşlarının təhlükəsizliyinin təmin olunması məsələsində qətiyyətlidir. Azərbaycan xalqı tarix boyu olduğu kimi, bu gün də öz dövlətinin ətrafında sıx birləşərək istənilən təhdidə qarşı sarsılmaz iradə nümayiş etdirməyə qadirdir. Biz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu məsələ ilə bağlı qətiyyətli mövqeyini tam dəstəkləyir, dövlətimizin atdığı bütün siyasi, diplomatik və hüquqi addımları yüksək dəyərləndiririk. Azərbaycan Silahlı Qüvvələrinin və dövlət təhlükəsizlik strukturlarının ölkəmizin təhlükəsizliyinin qorunması istiqamətində gördüyü tədbirlərə inamımız tamdır.

Azərbaycan Ağsaqqallar Şurası İran İslam Respublikasını bu hücum aktına görə məsuliyyət daşıyan şəxslərin dərhal müəyyən edilərək məsuliyyətə cəlb olunmasını təmin etməyə, Azərbaycan dövlətinə rəsmi izahat verməyə və üzr istəməyə çağırır. Eyni zamanda, ölkəmizə qarşı aparılan qərəzli təbliğat kampaniyasına və bütün təxribat cəhdlərinə birmənalı şəkildə son qoyulmalıdır. Biz əminik ki, Azərbaycan xalqı öz dövlətinin gücünə, milli birliyinə və qətiyyətinə arxalanaraq bütün çətinliklərin öhdəsindən gələcək, ölkəmizin təhlükəsizliyi və milli maraqları bundan sonra da etibarlı şəkildə qorunacaqdır. Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin müstəqilliyinin, suverenliyinin və dövlətçiliyinin qorunması naminə hər zaman xalqımızın və dövlətimizin yanında olduğunu bir daha bəyan edir”.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Rəsmi Bakı: Qətər, Küveyt və Bəhreyndə qalan Azərbaycan vətəndaşları sabah Ciddədən təxliyə ediləcək
Sonrakı: Havanın temperaturu 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Bölmənin digər xəbərləri

buTjbMbyi6_1200 (1)
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Cavidan 17 Oktyabr, 2026
cSbeaGkhvXU0 v
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

Cavidan 17 Oktyabr, 2026
Ni14yWlichJYsbfPxGKVaqc b
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Cavidan 17 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple AzInTelecom Bankçılıq bazar Bee Birbank Business ChatGPT Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq Fujifilm Gadget geympad Google Google Chrome Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Qadcetlər Reytinq Rəqəmsal İmza Samsung Science smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 302)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (238)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (17)

Xəbər Trendi

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib Screenshot_20261017_160409_com_android_chrome_ChromeTabbedActivity 1
  • Kateqoriyasızlar

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr, 2026
ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir 2
  • Texnologiya

ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir

17 Oktyabr, 2026
Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi 3
  • Texnologiya

Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi

17 Oktyabr, 2026
Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq buTjbMbyi6_1200 (1) 4
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

17 Oktyabr, 2026
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb cSbeaGkhvXU0 v 5
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

17 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3302) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (238) Kriminal (301) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (17) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 103
  • 93
  • 4. 999

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.