Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Media nümayəndələri Qazaxın tarixi və idman infrastrukturu ilə tanış olublar
  • Cəmiyyət
  • Gündəm

Media nümayəndələri Qazaxın tarixi və idman infrastrukturu ilə tanış olublar

“Qazax İdman Paytaxtı – 2026” layihəsi çərçivəsində media nümayəndələrinin Qazax rayonuna media turu təşkil olunub. Gənclər və İdman
Cavidan 4 Mart, 2026
2GC3fK8olhpM n

“Qazax İdman Paytaxtı – 2026” layihəsi çərçivəsində media nümayəndələrinin Qazax rayonuna media turu təşkil olunub.

Gənclər və İdman Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə baş tutan proqram çərçivəsində jurnalistlər əvvəlcə Qazax Şəhidlər Xiyabanını ziyarət edərək, Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Daha sonra nümayəndələr ADA Universitetinin Qazax Mərkəzi ilə tanış olub, burada yaradılan şərait və tədris imkanları barədə məlumat alıblar.

Media turun iştirakçıları həmçinin Qazax Cümə Məscidini ziyarət edib, rayonun dini-mənəvi irsi ilə yaxından tanış olublar.

Proqram çərçivəsində Fəxri Qazaxlılar Parkına (Mütəfəkkirlər parkı), Qazax Ədəbiyyat Muzeyinə və Qazax Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirilib, iştirakçılara rayonun zəngin ədəbi və tarixi irsi haqqında ətraflı məlumat verilib.

Jurnalistlər Qazax Olimpiya İdman Kompleksində yaradılan idman infrastrukturu ilə də tanış olublar. Bildirilib ki, Qazaxın “İdman Paytaxtı – 2026” elan olunması çərçivəsində rayonda idmanın inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir.

Tur iştirakçıları “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini və Heydər Əliyev adına parkı da ziyarət ediblər. Daha sonra Heydər Əliyevin adını daşıyan Mərkəzdə təşkil olunan görüşdə rayon rəhbərliyi tərəfindən həyata keçirilən layihələr və perspektiv planlar barədə məlumat verilib.

Media turunda nümayəndələr Yuxarı Salahlı kəndində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Molla Pənah Vaqifin abidəsini və Səməd Vurğunun Poeziya Evini ziyarət ediblər.

Qeyd edək ki, sabah Qazaxda İdman Paradı keçiriləcək və “Qazax İdman Paytaxtı – 2026″nın rəsmi açılışı baş tutacaq.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Ərdoğanın müşaviri zərərsizləşdirilən raket haqqında: Türkiyə təhlükəsizlik tədbirlərini qətiyyətlə davam etdirir
Next: Den Keyn: ABŞ İran ərazisinin dərinliklərinə doğru əməliyyatları genişləndirəcək

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-06-25 174302
  • Cəmiyyət

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Cavidan 25 İyun, 2026
277a64f4-30a3-3c0v
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

Cavidan 25 İyun, 2026
CMST4L9dg3uCP1 v
  • Cəmiyyət

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 646)
  • Dünya (3. 418)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək Ekran şəkli 2026-06-25 174302 1
  • Cəmiyyət

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25 İyun, 2026
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib Ekran şəkli 2026-06-25 171232 2
  • Dünya

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

25 İyun, 2026
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib Ekran şəkli 2026-06-25 163725 3
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

25 İyun, 2026
“İntellektual gömrük” informasiya sistemi yaradılıb Ekran şəkli 2026-06-25 162317 4
  • Siyasət

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

25 İyun, 2026
TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb 277a64f4-30a3-3c0v 5
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

25 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9646) Dünya (3418) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.