Skip to content
27 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü
Cavidan 3 Mart, 2026
U7ZBXyrvS6v

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata əsasən, 102, 122, 137, 192, 195, 196, 448, 510, 512 nömrəli şəhərətrafı, eləcə də Bakı– Ağcabədi, Bakı–Lənkəran, Bakı-Şamaxı, Bakı–Qəbələ, Sumqayıt–Yalama, Sumqayıt–İsmayıllı, Sumqayıt–Naftalan, Gəncə-Bərdə, Gəncə-Gədəbəy, Gədəbəy- Gəncə, Mingəçevir–Bərdə, Bərdə–Mingəçevir, Mingəçevir-Göyçay, Mingəçevir-Gəncə, Ağdaş-Gəncə, Göyçay-Gəncə, Bərdə–Zaqatala, Tərtər-Horadiz, Lənkəran-Qazax, Yevlax-Zaqatala, Saatlı-Sumqayıt, Yardımlı-Bakı, Yardımlı-Sumqayıt, Bakı-Yardımlı, Sumqayıt-Yardımlı, Yardımlı-Şirvan, Ağcabədi-Xankəndi-Laçın, Balakən-Zaqatala, Qax-Şəki və Qax-Zaqatala şəhərlərarası, həmçinin Yalama qəsəbəsi – Qusar avtovağzalı, Xanoba kəndi – Xudat avtostansiyası, Qədili (Samux) – Gəncə (dəmiryol vağzalı), Dozular (Göygöl) – Gəncə (avtovağzal), Düzqışlaq (“Şəmkir” stansiyası) – Gəncə (avtovağzal), Alıuşağı (Samux) – Gəncə (dəmiryol vağzalı) və Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal) istiqamətlərində avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 31 mart 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob 077-455-99-06, e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Ağcabədi, Bakı–Lənkəran, Bakı-Şamaxı, Bakı–Qəbələ, Sumqayıt–Yalama, Sumqayıt–İsmayıllı, Sumqayıt–Naftalan, Gəncə-Bərdə və Gəncə-Gədəbəy istiqamətlərində 11 lot üzrə aprelin 14-də; Gədəbəy-Gəncə, Mingəçevir–Bərdə, Bərdə–Mingəçevir, Mingəçevir-Göyçay, Mingəçevir-Gəncə, Ağdaş-Gəncə, Göyçay-Gəncə, Bərdə–Zaqatala və Tərtər-Horadiz istiqamətlərində 11 lot üzrə aprelin 17-də; Lənkəran-Qazax, Yevlax-Zaqatala, Saatlı-Sumqayıt, Yardımlı-Bakı, Yardımlı-Sumqayıt, Bakı-Yardımlı, Sumqayıt-Yardımlı, Yardımlı-Şirvan, Ağcabədi-Xankəndi-Laçın və Balakən-Zaqatala istiqamətlərində 13 lot üzrə aprelin 21-də; Yalama qəsəbəsi – Qusar avtovağzalı, Xanoba kəndi – Xudat avtostansiyası istiqamətlərində, eləcə də 102 nömrəli (metronun “20 Yanvar” stansiyası (M.Həsənov küçəsi) – Xocəsən qəsəbəsi (Moskva Dövlət Universiteti)), 137 nömrəli (Elçin Həsənli küçəsi (Masazır kəndi) – Bakı Beynəlxalq Avtovağzal Kompleksi), 195 nömrəli (Ələt qəsəbəsi – “Abşeron” ticarət mərkəzi), 512 nömrəli (Aşağı Güzdək qəsəbəsi – Müşfiqabad qəsəbəsi), 122 nömrəli (Maştağa qəsəbəsi – Ramana qəsəbəsi (“Şuşa şəhərciyi” yaşayış massivi), 192 nömrəli (Qobustan qəsəbədaxili), 196 nömrəli (Çeyildağ qəsəbəsi – Sahil qəsəbəsi) şəhərətrafı avtobus marşrutları üzrə 9 lotda aprelin 24-də; 448 nömrəli (Mərdəkan qəsəbəsi – Şüvəlan qəsəbəsi (Mayak bağları), 510 nömrəli (Çaylı kəndi – Müşfiqabad qəsəbəsi) şəhərətrafı, Qax-Şəki və Qax-Zaqatala şəhərlərarası, Qədili (Samux) – Gəncə (dəmiryol vağzalı), Dozular (Göygöl) – Gəncə (avtovağzal), Düzqışlaq (“Şəmkir” stansiyası) – Gəncə (avtovağzal), Alıuşağı (Samux) – Gəncə (dəmiryol vağzalı), Zəyəm Cırdaxan (Şəmkir) – Gəncə (avtovağzal) avtobus marşrutları üzrə 9 lotda aprelin 28-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
Next: Ombudsman: Şəkərli diabet xəstələrinə göstərilən tibbi yardımın həcminin artırılması gündəmdədir

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-27 150343
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 143920
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 112302
  • Cəmiyyət

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər

Cavidan 27 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 422)
  • Gündəm (11. 904)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 1
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 2
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 3
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 4
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər Screenshot 2026-06-27 112302 5
  • Cəmiyyət

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3422) Gündəm (11904) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.