Skip to content
15 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Bakının məşhur restoranlarında fantastik iftar qiymətləri – SİYAHI
  • Cəmiyyət
  • Gündəm

Bakının məşhur restoranlarında fantastik iftar qiymətləri – SİYAHI

Sabah Azərbaycanda Ramazan ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı Astrofizika Rəsədxanasına ünvanladığı sorğusuna əsasən, bu il Ramazan ayının
Cavidan 18 Fevral, 2026
1771404304_77

Sabah Azərbaycanda Ramazan ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı Astrofizika Rəsədxanasına ünvanladığı sorğusuna əsasən, bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edəcək. Ramazan ayının gəlişi ilə əlaqədar olaraq artıq Bakı şəhərində fəaliyyət göstərən bir çox məşhur restoran iftar menyularını təqdim ediblər.

Həmin restoranlarda bir nəfər üçün nəzərdə tutulmuş iftar menyusunun fərqli qiymətləri müəyyənləşib.

Belə ki, Ramazan ayı boyunca aşağıdakı restoranlar üzrə iftar qiymətləri 20-120 manat arasında dəyişir.

“Four Season” hotelində yerləşən “Zafferano” restoranında iftar menyusunun bir nəfərlik qiyməti 120 manat təşkil edir. Burada iftar süfrəsinə minimum iki nəfər qəbul edilir.

Paytaxtın məşhur “Günaydın” restoranında bir nəfər üçün iftar menyusunun qiyməti 90 manatdır.

“Fairmont Baku”da yerləşən “Le Bistro”  restoranında isə bir nəfərlik iftar menyusu 88 manata təklif olunur.

Xəqani küçəsindəki məşhur “Ağabala” restoranında bir nəfər üçün iftar menyusu 85 manat müəyyənləşib.

“The Ritz Carlton”nun “Tribeca” restoranında iftar menyusu bir nəfər üçün 85 manata təklif olunur.

“JW Marriot Abşeron Baku”da yerləşən “Fireworks Urban Kitchen” restoranında bir nəfər üçün iftar menyusunun qiyməti 80 manat, “Zest Lifestyle Cafe”də isə açıq bufet formatında 50 manat müəyyənləşib.

“Hilton”da yerləşən “Sky Grill” restoranında iftar menyusu 70 manata təklif olunur.

“Gizli Bahçe” restoranında da oruc tutan bir şəxsə iftar açmaq 70 manata başa gələcək. Burada 10%-lik servis haqqı da nəzərdə tutulub.

Xaqani küçəsində yerləşən “Prive Steak Gallery” restoranında iftar açmaq istəyən şəxs 45, 60 və ya 70 manat ödəməli olacaq. Eyni zamanda burada 10%-lik servis haqqı da var.

Bayraq Meydanının yaxınlığında yerləşən “Ruby 360 Baku” restoranında iftar menyusu bir nəfər üçün 45 manat təşkil edir. Buraya 10%-lik sevis haqqı da daxildir.

“Dreamland”da yerləşən “Green Lounge” restoranında bir nəfər üçün iftar menyusu 55 manat təşkil edir. Burada 7%-lik servis haqqı da mövcuddur.

“Baku Marriott Hotel Boulevard”da yerləşən “Black City Lounge” restoranında bir nəfər üçün iftar menyusu 48 manat təşkil edir.

Dənizkənarı Bulvar ərazisində yerləşən “The Gallery Baku” restoranında bir nəfərlik iftar süfrəsi 25-35 manat arasında dəyişir. Eyni zamanda bulvarda yerləşən “Sədəf” restoranında bir nəfərlik iftar süfrəsi 20 manata təklif olunur.

Bir nəfərin iftar açması “Torqovı”da yerləşən “Societe Baku”da 50-70 manata, “Central Baku”da 44 manata, “Caravan Baku”da 25 manata, “Firuzə” restoranında isə 28,5 manata başa gələcək.

İçərişəhərdə yerləşən “Shak Garden” restoranında bir nəfərlik iftar menyusu 60 manat təşkil edir. Burada 10 faizlik servis haqqı da mövcuddur. Ramazan ayına özəl təqdim olunan bu menyu yalnız korporativ qonaqlar üçün nəzərdə tutulub. Menyu minimum 10 nəfərlik qruplar üçün keçərlidir.

İçərişəhərdəki “Natavan” restoranında bir nəfər üçün iftar süfrəsi 35-45 manata, “Burc Qala” restoranında üçün 27 manata, “Mist” restoranında 25 manata, “Çayı Bağı” restoranında isə 29 manata açılır. Bununla yanaşı 10 faiz servis haqqı da nəzərdə tutulub.

Nizami küçəsində yerləşən “Khan Baku” restoranı bir nəfərə iftar süfrəsini 35 manata təqdim edir.

Səbaildəki “Nar Şərab” restoranının “Senator” zalında müqəddəs ayda bir nəfərlik iftar süfrəsi 40 manata təklif edilir.

Paytaxtın Nizami rayonundakı “Biz-Bizə” restoranında iftar qiyməti 28 manat müəyyənləşib. Rayondakı “Sherlock” restoranında isə iftar menyusunun qiyməti 25-35 manat aralığında dəyişir.

Atatürk prospektində yerləşən “The Mood Baku”da toyuqla iftar menyusu 30 manat, ət və balıqla olan iftar menyusu isə 35 manata təklif edilir.

Badamdar qəsəbəsində paytaxtın ən hündür nöqtələrindən birində yerləşən dəniz mənzərəli “Hill” restoranında bir nəfər üçün iftar menyusu 50 manat təşkil edir.

Nərimanovda yerləşən “Mama Meri” restoranında bir nəfərlik iftar menyusunun qiyməti 30 manatdan çoxdur.

Bakıdakı bir neçə mall-da yerləşən “Etiler Meat House”da iftar açmaq istəyən şəxslər 50 manat ödəməli olacaqlar.

“City Park Mall”da yerləşən “Zancafil” restoranında bir nəfərlik toyuqla olan menyu 33 manata, quzu ilə olan menyu 37 manata, dana menyu isə 39 manata təklif edilir.

Səbaildəki məşhur “Badam d’Art” Hotelin restoranında orucunu açmaq istəyən şəxslərə iftar menyusu 50 manata təklif olunur.

“Mado” restoranında bir nəfərlik toyuqla olan iftar menyusu 25 manat, ətlə olan iftar menyusu isə 27 manat təşkil edir. Burada servis haqqı 11% təşkil edir. (İqtisadiyyat.az)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Azərbaycan nefti ucuzlaşıb
Sonrakı: Sabah Bakıda 23 dərəcə isti olacaq

Bölmənin digər xəbərləri

6ad07d9824a196ad07d98 b
  • Cəmiyyət

“Baksol yolu”nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib

Cavidan 15 Oktyabr, 2026
H9GxZ8AoUMky1Zpq b
  • Cəmiyyət

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Cavidan 15 Oktyabr, 2026
HrORBeEahVUEHCvoxnsQK8 b
  • Cəmiyyət

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

Cavidan 15 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google iPad Pro iPhone 18 Pro Mastercard Messi Meta Muse Wonder Newsbeat Oyunlar Panic Button Pele Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Sport Stories Süni intellekt Texnologiya Tədqiqat World

Bölmələr

  • Cəmiyyət (3. 277)
  • Dünya (1. 083)
  • Gündəm (3. 461)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (11)

Xəbər Trendi

“Baksol yolu”nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib 6ad07d9824a196ad07d98 b 1
  • Cəmiyyət

“Baksol yolu”nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib

15 Oktyabr, 2026
MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər H9GxZ8AoUMky1Zpq b 2
  • Cəmiyyət

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

15 Oktyabr, 2026
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb kPg3Qjt2ZCfKsCe6jE v 3
  • İqtisadiyyat

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb

15 Oktyabr, 2026
UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır 753c2c08-584e-3583-a7ea v 4
  • İdman

UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır

15 Oktyabr, 2026
Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq HrORBeEahVUEHCvoxnsQK8 b 5
  • Cəmiyyət

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

15 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3277) Dünya (1083) Gündəm (3461) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (11) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 93
  • 91
  • 4. 748

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.