Skip to content
30 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib
  • Cəmiyyət
  • Gündəm

Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikanda Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası
Cavidan 10 Fevral, 2026
Oo3JsqjhTXl b

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikanda Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leonu Azərbaycana dəvət edib.

QMİ-dən verilən məlumata görə, A.Paşazadə dəvəti Azərbaycandakı dini konfessiyalarla birgə Vatikana səfəri zamanı edib.

A.Paşazadə qeyd edib ki, 2027-ci il Azərbaycanla Müqəddəs Taxt-Tac arasında diplomatik əlaqələrin qurulmasının 35 illiyinin, Ümummilli Lider Heydər Əliyevlə Müqəddəs İohann Pavel arasında ilk görüşün 30-cu ildönümü qeyd olunacağı ildə Roma Papasının Azərbaycana səfərinin xüsusilə əlamətdar olar. Bununla əlaqədar Şeyxülislam A.Paşazadə Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurası adından Azərbaycana dəvət məktubunu Roma Papası XIV Leoya təqdim edib.

Papa XIV Leo Azərbaycandakı dini konfessiyaların birlikdə Vatikana gəlməsini sülh, insan qardaşlığı mühitində birgəyaşayışın mümkünlüyünün ən gözəl nümunəsi olaraq yüksək dəyərləndirib.

QMİ sədri bildirib ki, Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələrinin inkişafına qarşılıqlı dövlət səfərləri, dövlət rəsmiləri və multikultural dini ictimaiyyət nümayəndələri ilə məhsuldar və səmərəli görüşlər böyük töhfə verir:

“Müqəddəs Taxt-Tacla Azərbaycan arasında dövlətlərarası münasibətlərin inkişafının dinlərarası əlaqələrimizin dərinləşməsinə rəvac verməsi təqdirolunası haldır. Dini mərkəzlər – Vatikanla QMİ arasında onilliklərə dayanan, Uca Yaradanın buyurduqlarına istinadən səmərəli dini-mənəvi münasibətlər dünya miqyasında dinlərarası dialoq prosesinə töhfə olan örnək nümunədir”.

QMİ sədri vurğulayıb ki, Azərbaycan və Ermənistan siyasi liderlərinin regionda sülh üçün böyük, davamlı səylər göstərdiyi bir zamanda erməni kilsəsinin bu prosesi tanımaması, Uca Yaradana xoş gedən sülhü dəstəkləməməsi təəssüf doğurur. Revanşist mövqedən çıxış edən erməni kilsəsinin dini abidələrinin dağıdılması ilə bağlı yaydığı məlumatların doğru olmadığını, Bakının mərkəzi hissəsində erməni kilsəsinin mövcudluğunu qeyd edən Şeyxülislam A. Paşazadə Pontifikin Azərbaycana səfəri zamanı bu reallıqları bilavasitə müşahidə edə biləcəyini vurğulayıb.

Şeyxülislam A. Paşazadə Vatikanla Qafqaz Müsəlmanları İdarəsi arasında dinlərarası əməkdaşlıq müstəvisində əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edərək bu münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyinə diqqəti çəkib, QMİ-nin Vatikanda nümayəndəliyinin təsis olunmasının bu prosesə böyük töhfə verə biləcəyini vurğulayıb.

Görüşdə çıxış edən Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete Azərbaycanda fəaliyyət göstərdiyi 17 il ərzində ölkədəki dinlərarası münasibətlərin yüksək səviyyəsindən bəhs edib.

Post navigation

Previous: Lukaşenko: Sərhədlərimizdə, xüsusilə Polşa tərəfindən hərbi fəallığın artırılması narahatlıq doğurur
Next: Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi

Bölmənin digər xəbərləri

6a92bea czx
  • Dünya

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Cavidan 29 Avqust, 2026
a4642WJYZFWB6fB v
  • Cəmiyyət

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Cavidan 29 Avqust, 2026
377fb741-90 V
  • Cəmiyyət

Sabah Bakıya və rayonlara yağış yağacaq

Cavidan 29 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 033)
  • Dünya (1. 037)
  • Gündəm (3. 328)
  • İdman (225)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (202)
  • Kriminal (275)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb – YENİLƏNİB 6a920f89678VZ 1
  • Kateqoriyasızlar

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb – YENİLƏNİB

29 Avqust, 2026
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib 6a92bea czx 2
  • Dünya

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

29 Avqust, 2026
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib a4642WJYZFWB6fB v 3
  • Cəmiyyət

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

29 Avqust, 2026
Sabah Bakıya və rayonlara yağış yağacaq 377fb741-90 V 4
  • Cəmiyyət

Sabah Bakıya və rayonlara yağış yağacaq

29 Avqust, 2026
İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib Ky6GtZD1sN3qdmN v 5
  • Cəmiyyət

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

29 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3033) Dünya (1037) Gündəm (3328) Kateqoriyasızlar (202) Kriminal (275) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (225) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.