Skip to content
30 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Ombudsman “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin hazırlanması zərurətini açıqlayıb
  • Cəmiyyət
  • Gündəm

Ombudsman “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin hazırlanması zərurətini açıqlayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin hazırlanması zərurətini açıqlayıb. Səbinə
Cavidan 28 Yanvar, 2026
AQ8ILfjxT3pLaek b

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin hazırlanması zərurətini açıqlayıb.

Səbinə Əliyeva parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında yeni layihə barədə danışarkən bildirib ki, sənəddə təsbit olunmuş müddəalar Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin Azərbaycan Hökumətinin dövri məruzələri üzrə bu istiqamətdə verdiyi tövsiyələrin icrası baxımından da əhəmiyyətlidir.

Onun sözlərinə görə, uşaq hüquqlarının müdafiəsi və təşviqi Ombudsmanın əsas fəaliyyət istiqamətlərindən biri olaraq daima diqqətdə saxlanılır, bu sahədə çoxşaxəli fəaliyyət həyata keçirilir və daha da təkmilləşdirilir:

“Hazırkı layihə qüvvədə olan “Uşaq hüquqları haqqında” qanundan fərqli olaraq, uşaq hüquqları sahəsində mövcud prinsipləri, uşaqların hüquq və azadlıqlarını, onların həyata keçirilməsi sahəsində dövlət təminatlarını və dövlət nəzarətinin əsaslarını daha ətraflı və dəqiq əks etdirir. Bununla yanaşı, layihədə çətin həyat şəraitində olan uşaqların hüquqları ilə bağlı konkret mexanizmlərin göstərilməsi uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması, həmin uşaqların aşkarlanması və sosial müdafiəsinin təmin edilməsi baxımından zəruridir”.

Ombudsman qeyd edib ki, digər mühüm dəyişiklik layihədə uşaqlar barəsində icraata dair müddəaların ətraflı şəkildə verilməsindən ibarətdir:

“Həmin müddəalar bu sahədə mövcud olan beynəlxalq hüquq normalarında əks olunmuş prinsiplərin ehtiva olunması və uşaqların hüquqlarının müdafiəsi baxımından əhəmiyyətlidir. Qanun layihəsində uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizmi, əlaqələndirmə, nəzarət və monitorinqin həyata keçirilməsi, bu sahədə qurumların, o cümlədən Ombudsmanın vəzifə və səlahiyyətlərinin müəyyən edilməsi uşaq hüquqlarını müdafiəsi və beynəlxalq normalara uyğunluğu baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Post navigation

Previous: Azərbaycanda uşaqları dini ayinlərdə iştiraka məcbur etmək qadağan olunacaq
Next: ƏMAS-da atalıq məzuniyyəti ilə bağlı yeni funksionallıq tətbiq edilib

Bölmənin digər xəbərləri

6a92bea czx
  • Dünya

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Cavidan 29 Avqust, 2026
a4642WJYZFWB6fB v
  • Cəmiyyət

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Cavidan 29 Avqust, 2026
377fb741-90 V
  • Cəmiyyət

Sabah Bakıya və rayonlara yağış yağacaq

Cavidan 29 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 033)
  • Dünya (1. 037)
  • Gündəm (3. 328)
  • İdman (225)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (202)
  • Kriminal (275)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb – YENİLƏNİB 6a920f89678VZ 1
  • Kateqoriyasızlar

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb – YENİLƏNİB

29 Avqust, 2026
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib 6a92bea czx 2
  • Dünya

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

29 Avqust, 2026
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib a4642WJYZFWB6fB v 3
  • Cəmiyyət

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

29 Avqust, 2026
Sabah Bakıya və rayonlara yağış yağacaq 377fb741-90 V 4
  • Cəmiyyət

Sabah Bakıya və rayonlara yağış yağacaq

29 Avqust, 2026
İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib Ky6GtZD1sN3qdmN v 5
  • Cəmiyyət

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

29 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3033) Dünya (1037) Gündəm (3328) Kateqoriyasızlar (202) Kriminal (275) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (225) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.