Skip to content
15 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Rövşən Nəcəf: “Üç “yaşıl dəhliz” 10 QVt-a qədər elektrik enerjisinin ötürülməsini təmin edə bilər”
  • Cəmiyyət
  • Gündəm

Rövşən Nəcəf: “Üç “yaşıl dəhliz” 10 QVt-a qədər elektrik enerjisinin ötürülməsini təmin edə bilər”

Azərbaycan fəal şəkildə üç böyük “yaşıl enerji” dəhlizi formalaşdırır – Xəzər dənizi-Qara dəniz-Avropa, Azərbaycan-Türkiyə-Avropa və Mərkəzi Asiya-Azərbaycan-Avropa. Bu
Cavidan 8 Yanvar, 2026
a7520025-fecC

Azərbaycan fəal şəkildə üç böyük “yaşıl enerji” dəhlizi formalaşdırır – Xəzər dənizi-Qara dəniz-Avropa, Azərbaycan-Türkiyə-Avropa və Mərkəzi Asiya-Azərbaycan-Avropa.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin Dünya İqtisadi Forumunun saytında dərc olunmuş məqaləsində deyilir.

R.Nəcəfin sözlərinə görə, 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanması Avropaya “yaşıl enerji” dəhlizinin formalaşdırılması istiqamətində atılan mühüm addım olub.

O qeyd edib ki, enerji keçidinə dair milli strategiyalar dekarbonizasiya sahəsində regional faydalar gətirə bilər. Strateji coğrafi mövqeyi, mövcud infrastrukturu və inkişaf etmiş enerji tərəfdaşlıqları nəzərə alınmaqla Azərbaycan Xəzər regionu, Mərkəzi Asiya və Avropa arasında əlaqələndirici həlqə olmağa imkan verən unikal mövqeyə malikdir.

“Ümumilikdə üç “yaşıl enerji” dəhlizi 10 QVt-a qədər bərpa olunan elektrik enerjisi ötürə biləcək ki, bu da Azərbaycanın gələcəkdə sərhədlərarası təmiz enerji ötürmə qovşağı kimi rolunu möhkəmləndirəcək”, – SOCAR-ın prezidenti vurğulayıb.

R.Nəcəf qeyd edib ki, dünya qlobal enerji landşaftının inkişafında dönüş nöqtəsindədir. Aşağı karbonlu gələcəyə doğru irəliləmə şəraitində enerji keçidi təkcə ekoloji zərurət deyil, həm də iqtisadi transformasiya amilinə çevrilir. Bununla yanaşı, infrastruktura, ekspertizaya və investisiya imkanlarına malik olan ənənəvi enerji istehsalçıları aparıcı rol oynamağa davam edir.

“Azərbaycan karbohidrogen hasilatına əsaslanan iqtisadiyyatın bərpa olunan enerji mənbələrinin inkişafı, ötürücü şəbəkələrin modernləşdirilməsi və ölkə boyu “yaşıl yenidənqurma”nın tətbiqi hesabına enerji təhlükəsizliyini təmin etməklə yanaşı, dekarbonizasiyanı necə təşviq edə biləcəyini nümayiş etdirir”, – o bildirib.

SOCAR-ın prezidenti vurğulayıb ki, qlobal iqtisadi və geosiyasi çağırışlar fonunda enerji təhlükəsizliyi və iqlim dayanıqlığı Azərbaycan üçün əsas prioritetlərə çevrilib. Onun fikrincə, belə bir yanaşma enerji sisteminin etibarlılığına və makroiqtisadi sabitliyə xələl gətirmədən bərpa olunan enerji mənbələrini inteqrasiya etməyə imkan verir.

O xatırladıb ki, “təmiz ətraf mühit və yaşıl artım” “Azərbaycan-2030” strategiyasında təsbit olunmuş prioritetdir. Bu siyasət çərçivəsində Enerji Səmərəliliyi Fondu ətraf mühitə təsirin azaldılması və enerji sektorunun səmərəliliyinin artırılmasını hədəfləyən layihələr üçün kreditlər, qrantlar və subsidiyalar təqdim edəcək.

“Azərbaycan karbohidrogen sənayesinin potensialından istifadəni davam etdirməklə yanaşı, bərpa olunan enerji istehsalını artırır. Ölkə 2007-ci ildən elektrik enerjisinin netto-ixracatçısıdır, 2023-cü ilədək istehsal həcmi 29,3 milyard kVt/saat təşkil edib ki, bu da 10 il əvvəlki səviyyədən 25,5 % çoxdur.

2016-cı il üzrə Strateji Yol Xəritəsinə əsasən, hökumət enerji balansını şaxələndirməyi və BOEM-in payını artırmağı planlaşdırır. Azərbaycanda bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt həcmində qiymətləndirilir. Məqsəd 2030-cu ilədək elektrik enerjisi istehsalında BOEM-in payını təxminən 40 %-ə çatdırmaqdır”, – R.Nəcəf bildirib.

O xatırladıb ki, son beş ildə ölkədə bir sıra iri BOEM obyektləri, o cümlədən Xəzər regionunda ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə “Qaradağ” stansiyası istifadəyə verilib.

“Qarabağ və Şərqi Zəngəzurun hidroenergetikası fəal şəkildə inkişaf edir, burada ümumi gücü 270 MVt olan 32 stansiya fəaliyyət göstərir və 500 MVt-a qədər genişləndirilməsi planlaşdırılır. “ACWA Power” və SOCAR ilə birgə 240 MVt gücündə “Xızı-Abşeron” külək elektrik stansiyası inşa edilib və onun 2025-ci ilin sonunadək tam həcmdə fəaliyyət göstərəcəyi gözlənilir.

Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) illik 1,7 milyard kVt/saatdan artıq olan istehsal gücünə malik günəş enerjisi layihələrinin maliyyələşdirilməsi tamamlanıb, həmçinin azad edilmiş ərazilərdə sənaye miqyaslı ilk günəş enerjisi layihəsi olan 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyası həyata keçirilir”, – SOCAR-ın rəhbəri vurğulayıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, son beş ildə SES-lərdə elektrik enerjisi istehsalı 2,8 dəfə, günəş enerjisi istehsalı isə 12,6 dəfə artıb.

R.Nəcəf qeyd edib ki, SOCAR enerji təhlükəsizliyi, keçid dövrü təşəbbüsləri, rəqəmsallaşma və innovasiyaları birləşdirən uzunmüddətli strategiya həyata keçirir: “Xüsusilə “Petkim” neft-kimya kompleksi və STAR neft emalı zavodu “Industry 4.0” həllərinin tətbiqinə görə Dünya İqtisadi Forumu tərəfindən “Global Lighthouse” şəbəkəsinin obyektləri kimi tanınıb. “SOCAR Carbamide” zavodunda 2024-2025-ci illərdə süni intellekt texnologiyalarının tətbiqi resurs istehlakını azaltmağa və 13 milyon ABŞ dolları məbləğində əlavə dəyər yaratmağa imkan verib”.

Onun sözlərinə görə, qlobal enerji keçidi karbohidrogenlərdən kəskin imtina deyil, mövcud istehsalçıların və infrastrukturun vacib rol oynamağa davam etdiyi mərhələli transformasiyadır.

“SOCAR-ın ənənəvi neft və qaz istehsalçısından inteqrasiya olunmuş enerji şirkətinə təkamülü təcrübəli oyunçuların eyni zamanda enerji təhlükəsizliyi və iqlim gündəliyinin hədəflərini necə irəli apara biləcəyini nümayiş etdirir”, – o, sonda bildirib.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Türkiyə MN: Ukraynaya atəşkəsdən sonra sülhməramlı qüvvə göndərilə bilər
Sonrakı: Rusiya “Marinera” tankerinin ABŞ tərəfindən ələ keçirilməsinə görə narahatlığını ifadə edib

Bölmənin digər xəbərləri

UKtTjWirvou6KzOv
  • Cəmiyyət

Sabah Bakıda hava çiskinli olacaq

Cavidan 15 Oktyabr, 2026
bi9o6_1200
  • Cəmiyyət

Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik

Cavidan 15 Oktyabr, 2026
AMb1mOBVtV75zyVwnQ4YXbvZDIdC0Uh9JZ5hso5O_1200 B
  • Cəmiyyət

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir – Yenilənib

Cavidan 15 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google iPad Pro iPhone 18 Pro Mastercard Messi Meta Muse Wonder Newsbeat Oyunlar Panic Button Pele Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Sport Stories Süni intellekt Texnologiya Tədqiqat World

Bölmələr

  • Cəmiyyət (3. 280)
  • Dünya (1. 083)
  • Gündəm (3. 461)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (11)

Xəbər Trendi

Sabah Bakıda hava çiskinli olacaq UKtTjWirvou6KzOv 1
  • Cəmiyyət

Sabah Bakıda hava çiskinli olacaq

15 Oktyabr, 2026
Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik bi9o6_1200 2
  • Cəmiyyət

Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik

15 Oktyabr, 2026
İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir – Yenilənib AMb1mOBVtV75zyVwnQ4YXbvZDIdC0Uh9JZ5hso5O_1200 B 3
  • Cəmiyyət

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir – Yenilənib

15 Oktyabr, 2026
“Baksol yolu”nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib 6ad07d9824a196ad07d98 b 4
  • Cəmiyyət

“Baksol yolu”nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib

15 Oktyabr, 2026
MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər H9GxZ8AoUMky1Zpq b 5
  • Cəmiyyət

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

15 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3280) Dünya (1083) Gündəm (3461) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (11) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 1
  • 106
  • 103
  • 4. 761

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.