Skip to content
13 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 070)
  • Dünya (3. 262)
  • Gündəm (11. 397)
  • İdman (636)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 349)
  • Mədəniyyət (339)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

“Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsi yaradıldı

Cavidan 11 Yanvar, 2022

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslər yaradılıb.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının mövcud ərazisi və Dendrologiya İnstitutunun Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən mövcud ərazisi müvafiq olaraq “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin ərazisi qismində müəyyən edilib. Bu publik hüquqi şəxslər onlara aid ərazinin idarə edilməsi, mühafizəsi, bitki növlərinin və yaşıllıq sahələrinin salınması, onlara qulluq edilməsi, həmin bitkilərin qorunması və saxlanılması, ərazisinin qorunması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxslərdir.

Bu qərarla yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Nazirlər Kabinetinə:

  • publik hüquqi şəxslərin nizamnamələrinin təsdiqi və nizamnamə fondlarının miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
  • publik hüquqi şəxslərin strukturunun təsdiq edilməsi;
  • publik hüquqi şəxslərin idarəetmə orqanlarının yaradılması;
  • Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, publik hüquqi şəxslərin ləğvi və yenidən təşkili;

Bakı Şəhər İcra Hakimiyyətinə:

  • Yuxarıda qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” qanunda publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Bakı Şəhər İcra Hakimiyyəti:

  • aidiyyəti orqanlarla (qurumlarla) razılaşdırmaqla, “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin nizamnaməsinin və strukturunun layihəsini, nizamnamə fondunun miqdarını və işçilərinin say həddinə dair təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin;
  • İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxs və “Dendrologiya Bağı” publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının və Dendrologiya İnstitutunun balansında olan dövlət əmlakının müvafiq olaraq “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin balansına verilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etsin;
  • Mərkəzi Nəbatat Bağının və Dendrologiya İnstitutunun ərazisində texniki işləri həyata keçirən xidmətedici heyətin bu Qərarın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tədbirlər görsün;
  • bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Milli Elmlər Akademiyası:

  • bu Qərarın tələbləri nəzərə alınmaqla, Mərkəzi Nəbatat Bağının və Dendrologiya İnstitutunun fəaliyyətinin təmin edilməsi və Akademiyanın strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etsin;
  • Mərkəzi Nəbatat Bağının və Dendrologiya İnstitutunun işçilərinin fəaliyyətinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görsün.

İqtisadiyyat Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün nizamnamələri qeydiyyata alındıqdan sonra üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada tədbirlər görsün.

Continue Reading

Previous: Müdafiə Nazirliyindən partlayış səsi ilə bağlı AÇIQLAMA
Next: Filippində həbsxanada DAVA: Ölənlər var

Bölmənin digər xəbərləri

XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir
  • Cəmiyyət

XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir

13 Mart, 2026
BİZİM TƏQVİM:13 martda baş vermiş tarixi hadisələr
  • Cəmiyyət

BİZİM TƏQVİM:13 martda baş vermiş tarixi hadisələr

13 Mart, 2026
Ötən il Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxın olub
  • Cəmiyyət

Ötən il Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxın olub

12 Mart, 2026

Top 7 Xəbər

Qeydiyyatsız fərdi yaşayış evlərinə dair təkliflər hazırlanır 1

Qeydiyyatsız fərdi yaşayış evlərinə dair təkliflər hazırlanır

13 Mart, 2026
Bazarda işləyənlərlə bağlı qalmaqalı sözlərinə aydınlıq gətirdi 2

Bazarda işləyənlərlə bağlı qalmaqalı sözlərinə aydınlıq gətirdi

13 Mart, 2026
XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir 3

XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir

13 Mart, 2026
BİZİM TƏQVİM:13 martda baş vermiş tarixi hadisələr 4

BİZİM TƏQVİM:13 martda baş vermiş tarixi hadisələr

13 Mart, 2026
Azərbaycan Premyer Liqasının XXIV turu bu gün iki matçla start götürəcək 5

Azərbaycan Premyer Liqasının XXIV turu bu gün iki matçla start götürəcək

13 Mart, 2026
Ötən il Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxın olub 6

Ötən il Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxın olub

12 Mart, 2026
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib 7

Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib

12 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 070)
  • Dünya (3. 262)
  • Gündəm (11. 397)
  • İdman (636)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 349)
  • Mədəniyyət (339)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9070) Dünya (3262) Gündəm (11397) Kateqoriyasızlar (472) Kriminal (1349) Mədəniyyət (339) Siyasət (2965) Texnologiya (14) İdman (636) İqtisadiyyat (575)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Qeydiyyatsız fərdi yaşayış evlərinə dair təkliflər hazırlanır 13 Mart, 2026
  • Bazarda işləyənlərlə bağlı qalmaqalı sözlərinə aydınlıq gətirdi 13 Mart, 2026
  • XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir 13 Mart, 2026
  • BİZİM TƏQVİM:13 martda baş vermiş tarixi hadisələr 13 Mart, 2026
  • Azərbaycan Premyer Liqasının XXIV turu bu gün iki matçla start götürəcək 13 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.