Skip to content
28 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Qeydiyyatsız fərdi yaşayış evlərinə dair təkliflər hazırlanır
  • Dünya
  • Gündəm

Qeydiyyatsız fərdi yaşayış evlərinə dair təkliflər hazırlanır

Qeydiyyatsız fərdi yaşayış evləri ilə bağlı məsələnin tənzimlənməsinə dair təkliflər hazırlanır. Bu, Milli Məclisin bu gün keçirilən iclasında
Cavidan 13 Mart, 2026
69b2a63f69fbc69b2a63f6vf69fbb (1)

Qeydiyyatsız fərdi yaşayış evləri ilə bağlı məsələnin tənzimlənməsinə dair təkliflər hazırlanır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, yaşayış evlərinin sənədləşdirilməsi istiqamətində mərhələli şəkildə görülən tədbirlər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 iyul tarixli 444 nömrəli Fərmanı qəbul olunub. Bu Fərmanın qəbulu ilə fərdi yaşayış evləri üzərində hüquqların qeydiyyatı üçün əsaslar daha da təkmilləşdirilib, ümumilikdə 6 adda sənəd hüquq müəyyənedici sənəd statusu qazanmış, başqa sözlə, aşağıda qeyd edilən sənədlər əsasında fərdi yaşayış və bağ evlərinə dair çıxarışın alınması mümkün olub:

  • yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 1 yanvar 2001-ci ilədək tərtib olunmuş texniki pasportlar;
  • həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 1 yanvar 2001-ci ilədək verilmiş qərarlar;
  • sovxoz və kolxoz olmayan, dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisələrinin əmrləri;
  • SSRİ dövründə yaşayış evinin və ya mənzilin mülkiyyətə verilməsi barədə zəhmətkeş deputatları sovetlərinin qərarları;
  • yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanlarının qərarları və fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi;
  • yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar əsasında verilmiş arayışlar.

Eyni zamanda, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanına əsasən 9715 ədəd qeydiyyatsız obyektlər uçota alınmış, onlardan 5461 ədədinin istismarına icazə aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən verilib və bu barədə məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilib. Habelə bu işlərin davam etdirilməsi məqsədilə sözügedən Fərmana Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 dekabr tarixli 276 nömrəli Fərmanı ilə dəyişiklik edilərək belə obyektlərlə bağlı müraciət müddəti 2026-cı ilədək uzadılıb:

“Əlavə olaraq bildiririk ki, fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə əlaqədar İqtisadiyyat Nazirliyində aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi qrup yaradılıb və özbaşına tikintilər ilə bağlı məsələlərin tənzimlənməsinə dair təkliflərin hazırlanması istiqamətində işlər davam etdirilir”.

Post navigation

Previous: Bazarda işləyənlərlə bağlı qalmaqalı sözlərinə aydınlıq gətirdi
Next: Əli Əsədov: Regiondakı hadisələr quru sərhədlərimizin bağlanması qərarının əsaslı olduğunu göstərir

Bölmənin digər xəbərləri

CGvGnWJjIAEubcz v
  • Dünya

Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik

Cavidan 28 Avqust, 2026
Iu8dpm2k v
  • Dünya

Ukrayna Rusiyaya məxsus təyyarəni aerodromda vurub

Cavidan 28 Avqust, 2026
ztAYy2c0s5Z v
  • Cəmiyyət

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

Cavidan 28 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 028)
  • Dünya (1. 034)
  • Gündəm (3. 323)
  • İdman (225)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (201)
  • Kriminal (274)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır b9494f79-c75e- V 1
  • Cəmiyyət

Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır

28 Avqust, 2026
Ədliyyə Nazirliyi: Məhkumlara qadağan olunan əşyaların verilməsi və ötürülməsi cinayət məsuliyyəti yaradır n6amuACF7 v 2
  • Cəmiyyət

Ədliyyə Nazirliyi: Məhkumlara qadağan olunan əşyaların verilməsi və ötürülməsi cinayət məsuliyyəti yaradır

28 Avqust, 2026
Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq cSbeaGkhvXU090l4 v 3
  • Kateqoriyasızlar

Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

28 Avqust, 2026
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək 20938926 4
  • Cəmiyyət

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

28 Avqust, 2026
Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib 6a91 v 5
  • Cəmiyyət

Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib

28 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3028) Dünya (1034) Gündəm (3323) Kateqoriyasızlar (201) Kriminal (274) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (225) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.