Skip to content
12 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub
  • Cəmiyyət

Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında
Cavidan 23 Dekabr, 2025
YUCKhBmn9XCgUsm8duE55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısına qəsəbədə görülmüş işlər barədə məlumat verib.

Təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə – öz dədə-baba yurdlarına qayıdıb.

Qəsəbədə bir sıra sosial infrastruktur layihələri də icra olunub. Fərdi evlərin yerləşdiyi ərazidə su, elektrik və qaz xətləri yoxlanılıb, 2 kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçə işıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb. Eyni zamanda, 60 çarpayılıq 1 nömrəli körpələr evi-uşaq bağçası və 624 şagird yerlik tam orta məktəbdə əsaslı təmir işləri aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də bu qəsəbədə olub.

Dəniz səviyyəsindən 1130 metr hündürlükdə yerləşən və ümumi sahəsi 234 hektar olan Kərkicahan Xankəndi şəhər ərazi vahidində qəsəbədir. 1960-cı illərdə keçmiş vilayətin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarıb Xankəndi şəhərinə birləşdirmişdilər. 1991-ci ilin sonunda işğal olunan Kərkicahan 1992-ci ildə ermənilər tərəfindən yandırılmışdı. İşğaldan əvvəl qəsəbədə 355 ailə olmaqla 1796 nəfər azərbaycanlı yaşayırdı. Hazırda qeydiyyatda 674 ailə olmaqla ümumilikdə 2531 sakin var. Qəsəbə 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Post navigation

Previous: Sabah hava yağmursuz olacaq
Next: İlham Əliyev Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub

Bölmənin digər xəbərləri

Снимок экрана 2026-09-11 180315
  • Cəmiyyət

Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək

Cavidan 11 Sentyabr, 2026
ferid V
  • Cəmiyyət

Prezidentdən Fərid Şəfiyevlə bağlı – Sərəncam

Cavidan 11 Sentyabr, 2026
YjHKjz2b3L6Z7v
  • Cəmiyyət

Yağış yağacaq, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Cavidan 11 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 116)
  • Dünya (1. 058)
  • Gündəm (3. 368)
  • İdman (236)
  • İqtisadiyyat (161)
  • Kateqoriyasızlar (211)
  • Kriminal (285)
  • Mədəniyyət (95)
  • Siyasət (411)
  • Texnologiya (15)

Xəbər Trendi

Bakıda avtomobil qadını vuraraq öldürüb 1789162897_5v 1
  • Kriminal

Bakıda avtomobil qadını vuraraq öldürüb

12 Sentyabr, 2026
Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq 6f1cddc5-a1ae-355c-a8e b c 2
  • Dünya

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

12 Sentyabr, 2026
Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək Снимок экрана 2026-09-11 180315 3
  • Cəmiyyət

Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək

11 Sentyabr, 2026
Prezidentdən Fərid Şəfiyevlə bağlı – Sərəncam ferid V 4
  • Cəmiyyət

Prezidentdən Fərid Şəfiyevlə bağlı – Sərəncam

11 Sentyabr, 2026
Yağış yağacaq, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ YjHKjz2b3L6Z7v 5
  • Cəmiyyət

Yağış yağacaq, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

11 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3116) Dünya (1058) Gündəm (3368) Kateqoriyasızlar (211) Kriminal (285) Mədəniyyət (95) Siyasət (411) Texnologiya (15) İdman (236) İqtisadiyyat (161)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.