Skip to content
5 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 435)
  • Dünya (3. 041)
  • Gündəm (10. 552)
  • İdman (586)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 907)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Səbinə Əliyeva “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva “Uşaq Hüquqları Aylığı”nın (20 oktyabr- 20 noyabr) elan olunması
Cavidan 20 Oktyabr, 2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva “Uşaq Hüquqları Aylığı”nın (20 oktyabr- 20 noyabr) elan olunması ilə bağlı müraciət edib.

Müraciətdə deyilir:

“Uşaq hüquqlarının etibarlı müdafiəsinin təmin edilməsi insan hüquqlarının qorunmasında, eləcə də inklüziv və bərabər imkanlara əsaslanan cəmiyyətin formalaşdırılmasında əsas aspektlərdən biridir. Hər bir uşaq təhlükəsiz, sağlam və öz potensialını reallaşdıra biləcəyi mühitdə böyüməlidir.

1989-cu il 20 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikasının da iştirakçısı olduğu “Uşaq hüquqları haqqında” Konvensiya (UHK) uşaqların hüquqlarının qorunması sahəsində zəruri olan standartları və iştirakçı dövlətlərin öhdəliklərini müəyyən edən əsas beynəlxalq sənəddir.

Azərbaycan dövləti tərəfindən uşaqların hüquqlarının təmini, müdafiəsi və təşviqi sahəsində müntəzəm olaraq mühüm islahatlar həyata keçirilir, uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə güclü normativ hüquqi baza və institusional struktur formalaşdırılır.

UHK-nın əsas prinsipləri kimi uşaqların yaşamaq və inkişaf etmək hüququnun təmin edilməsi, onların mənafeyinin üstün tutulması, uşaqlara qarşı ayrı-seçkiliyə yol verilməməsi, onların fikirlərinə hörmətlə yanaşılması bu gün ölkəmizdə uşaqlar barəsində dövlət siyasətinin və milli qanunvericiliyin əsas istiqamətlərini təşkil edir.

2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması uşaqların hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası uşaqların hüquqlarının təmini istiqamətində mühüm müddəaları və öhdəlikləri ehtiva etməklə, uşaqlar da daxil olmaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində münasibətlərin tənzimlənməsində hüquqi baza rolunu oynayır.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Vətən müharibəsində və antiterror əməliyyatında əldə etdiyimiz Qələbə nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsi işğaldan azad olunmuş ərazilərimizdə də uşaqların hüquqlarının təmininə imkan yaratmışdır ki, bu istiqamətdə də genişmiqyaslı tədbirlərin icrası davam etdirilir.

Uşaq hüquqlarının qorunması və təşviqi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin əsas istiqamətlərindən biridir və bu sahədə ardıcıl tədbirlər həyata keçirilir.

Ənənəvi olaraq, Ombudsman tərəfindən UHK-nın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr – 20 noyabr tarixləri ölkədə “Uşaq Hüquqları Aylığı” elan edilir.

Aylığın keçirilməsində məqsəd uşaq hüquqlarının müdafiəsi sahəsində əhalinin məlumatlılığının artırılması, aidiyyəti dövlət orqanlarını, vətəndaş cəmiyyəti institutlarını, digər müvafiq qurumları səfərbər etməklə cəmiyyətin diqqətinin uşaqların müdafiəsinə cəlb edilməsindən və bu sahədə ictimai fəallığın təşviqindən ibarətdir.

Qeyd olunanları nəzərə alaraq, bütün dövlət və yerli özünüidarə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını və uşaq hüquqları sahəsində fəaliyyət göstərən digər aidiyyəti qurumları “Uşaq Hüquqları Aylığı”na fəal şəkildə qoşulmağa, uşaqların konstitusion hüquqlarının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirməyə dəvət edirəm.

İnanıram ki, aylıq çərçivəsində hər bir təşəbbüs uşaqların hüquqlarının daha səmərəli müdafiəsinin təmininə töhfə verəcəkdir”.

Continue Reading

Previous: Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Next: Şimşək çaxacaq, leysan, dolu yağacaq – Sabahın havası

Bölmənin digər xəbərləri

Azərbaycanda gömrük təmsilçiliyi institutu beynəlxalq standartlara uyğunlaşdırılır
  • Cəmiyyət

Azərbaycanda gömrük təmsilçiliyi institutu beynəlxalq standartlara uyğunlaşdırılır

5 Dekabr, 2025
Kənd təsərrüfatı torpaqlarında müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib
  • Cəmiyyət

Kənd təsərrüfatı torpaqlarında müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib

5 Dekabr, 2025
Azərbaycanda 21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq – SƏRƏNCAM
  • Cəmiyyət

Azərbaycanda 21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq – SƏRƏNCAM

5 Dekabr, 2025

Top 7 Xəbər

Azərbaycanda gömrük təmsilçiliyi institutu beynəlxalq standartlara uyğunlaşdırılır 1

Azərbaycanda gömrük təmsilçiliyi institutu beynəlxalq standartlara uyğunlaşdırılır

5 Dekabr, 2025
Kənd təsərrüfatı torpaqlarında müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib 2

Kənd təsərrüfatı torpaqlarında müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib

5 Dekabr, 2025
Azərbaycanda 21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq – SƏRƏNCAM 3

Azərbaycanda 21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq – SƏRƏNCAM

5 Dekabr, 2025
Qırğızıstan BMT Təhlükəsizlik Şurasına üzv olmaq istəyir – Liderlərdən ÇAĞIRIŞ 4

Qırğızıstan BMT Təhlükəsizlik Şurasına üzv olmaq istəyir – Liderlərdən ÇAĞIRIŞ

5 Dekabr, 2025
Naxçıvanda Komando kursunun növbəti buraxılışı olub – VİDEO 5

Naxçıvanda Komando kursunun növbəti buraxılışı olub – VİDEO

5 Dekabr, 2025
KİV: HƏMAS Qəzza zolağının idarə edilməsindən imtina etməyə razıdır 6

KİV: HƏMAS Qəzza zolağının idarə edilməsindən imtina etməyə razıdır

5 Dekabr, 2025
Mahmud Səfəralıyev HƏBS EDİLDİ 7

Mahmud Səfəralıyev HƏBS EDİLDİ

4 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 435)
  • Dünya (3. 041)
  • Gündəm (10. 552)
  • İdman (586)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 907)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8435) Dünya (3041) Gündəm (10552) Kateqoriyasızlar (435) Kriminal (1292) Mədəniyyət (321) Siyasət (2907) Texnologiya (14) İdman (586) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycanda gömrük təmsilçiliyi institutu beynəlxalq standartlara uyğunlaşdırılır 5 Dekabr, 2025
  • Kənd təsərrüfatı torpaqlarında müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib 5 Dekabr, 2025
  • Azərbaycanda 21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq – SƏRƏNCAM 5 Dekabr, 2025
  • Qırğızıstan BMT Təhlükəsizlik Şurasına üzv olmaq istəyir – Liderlərdən ÇAĞIRIŞ 5 Dekabr, 2025
  • Naxçıvanda Komando kursunun növbəti buraxılışı olub – VİDEO 5 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.