Skip to content
16 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Kimlər xüsusi icra məmuru ola biləcək? – Nazirlikdən CAVAB
  • Cəmiyyət
  • Gündəm

Kimlər xüsusi icra məmuru ola biləcək? – Nazirlikdən CAVAB

Azərbaycanda məhkəmə qərarlarının icrasının daha çevik və səmərəli həyata keçirilməsi məqsədilə xüsusi icra məmurları institutu yaradılır. Bununla əlaqədar
Cavidan 13 Avqust, 2025
1755091756_17550826823724011810_1200x630

Azərbaycanda məhkəmə qərarlarının icrasının daha çevik və səmərəli həyata keçirilməsi məqsədilə xüsusi icra məmurları institutu yaradılır. Bununla əlaqədar Prezident İlham Əliyev tərəfindən bu gün “Xüsusi icra məmurları haqqında” Qanun təsdiq edilib. Həmin Qanuna əsasən, ölkəmizdə icranın qarışıq modelinə keçid planlaşdırılır. Bu modelə görə məhkəmə və digər orqanların qərarlarının icrası həm dövlət, həm də xüsusi icra məmurları tərəfindən həyata keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, xüsusi icra məmurları məcburi icra orqanı statusuna malik olacaqlar. Onlar cinayət, inzibati xəta, inzibati mübahisələrə dair işlər, dövlət orqanlarının tərəf olduqları digər işlər, məişət zorakılığından mühafizə, məcburi müalicə, uşağın mənafeyi ilə bağlı işlərdən (aliment istisna olmaqla) başqa bütün qərarların icrasını həyata keçirə biləcəklər. O cümlədən, xüsusi icra məmurlarının fəaliyyətinin maliyyə dayanıqlığını təmin etmək üçün ilkin mərhələdə pul tələbləri ilə bağlı işlərin də xüsusi icra məmurları tərəfindən icrası nəzərdə tutulub.

Ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları xüsusi icra məmurları ola bilərlər. Xüsusi icra məmuru işləmək istəyən şəxslər test və müsahibədən ibarət olan müsabiqədən keçməklə ən azı 3 aylıq ilkin icbari hazırlığa və staj keçməyə cəlb olunacaqlar. Bundan sonra şəhadətnamə və xidməti vəsiqə veriləcək və onlar and içərək vəzifələrinin icrasına başlayacaqlar.

Müstəqil şəkildə fəaliyyət göstərən bu şəxslər yalnız qanuna tabe olaraq göstərdikləri xidmətlərdən əldə etdikləri vəsaitlə özlərini maliyyələşdirəcəklər. Eyni zamanda, onlar xüsusi icra məmurlarının özünüidarə orqanı olan Xüsusi İcra Məmurlarının Palatasında birləşərək onun daxili idarəçilik qaydalarına əməl etməlidirlər.

Qanunun tətbiqi ilə icra proseslərinin sürətlənməsi, vətəndaş məmnunluğunun artırılması, iş yerlərinin yaradılması, dövlət aparatının tədricən optimallaşması və yeni peşə mühitinin formalaşdırılması hədəflənib.

Qeyd edək ki, xüsusi icra institutunun tətbiqinə başlanılması məqsədilə xüsusi icra məmurlarının şəhadətləndirilməsi, icbari təlimi və fəaliyyəti üçün zəruri olan hüquqi aktlar hazırlanmalı, eyni zamanda, bu sahədə institusional işlər aparılmalıdır. Bu səbəbdən xüsusi icra institutunun 2026-cı ildən tətbiqi nəzərdə tutulur.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Azərbaycanda qadınlara botoksla bağlı XƏBƏRDARLIQ EDİLDİ
Sonrakı: Tramp Zelenskiyə və Avropa liderlərinə zəng edib

Bölmənin digər xəbərləri

tkJDoqxsBqEbnUlr84yLvo v
  • Cəmiyyət

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

Cavidan 16 Oktyabr, 2026
v-a593-3838e9591392_1200
  • Cəmiyyət

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər “Tərəqqi” medalı ilə təltif edilib

Cavidan 16 Oktyabr, 2026
vuqar v
  • Cəmiyyət

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi

Cavidan 16 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android ani çap AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Microsoft Muse Wonder Newsbeat oyun Planşetlər Playground Games Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Süni intellekt Texnologiya Tədqiqat World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 296)
  • Dünya (1. 083)
  • Gündəm (3. 463)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (13)

Xəbər Trendi

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq tkJDoqxsBqEbnUlr84yLvo v 1
  • Cəmiyyət

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

16 Oktyabr, 2026
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər “Tərəqqi” medalı ilə təltif edilib v-a593-3838e9591392_1200 2
  • Cəmiyyət

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər “Tərəqqi” medalı ilə təltif edilib

16 Oktyabr, 2026
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi vuqar v 3
  • Cəmiyyət

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi

16 Oktyabr, 2026
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib G0mI23HwTZu5koqd6gcv 4
  • Cəmiyyət

İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

16 Oktyabr, 2026
Ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı qanun layihəsi I oxunuşda təsdiqlənib BA3A7xmJih42lb 5
  • Cəmiyyət

Ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı qanun layihəsi I oxunuşda təsdiqlənib

16 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3296) Dünya (1083) Gündəm (3463) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (13) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 74
  • 68
  • 4. 884

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.