Skip to content
19 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Azərbaycan QHT-ləri ABŞ dövlət katibi Marko Rubioya müraciət edib
  • Cəmiyyət
  • Gündəm

Azərbaycan QHT-ləri ABŞ dövlət katibi Marko Rubioya müraciət edib

Azərbaycan QHT-ləri ABŞ dövlət katibi Marko Rubioya müraciət edib. Müraciətdə deyilir: “Hörmətli ABŞ dövlət katibi Marko Rubio! Sizə
Cavidan 24 İyul, 2025
efbfa44f-56d9-381d-b740-7f0a547456fb_850

Azərbaycan QHT-ləri ABŞ dövlət katibi Marko Rubioya müraciət edib.

Müraciətdə deyilir:

“Hörmətli ABŞ dövlət katibi Marko Rubio!

Sizə məktub ünvanlamış bir qrup ABŞ konqresmeninin Azərbaycanın suveren əraziləri mövzusunda riyakarlığı, Azərbaycan və Ermənistan arasında sülh prosesinə qarşı fəaliyyəti Azərbaycan ictimaiyyətində kəskin hiddət doğurub. Biz bu cür birtərəfli yanaşmaları rədd edirik.

Hesab edirik ki, Bayden-Blinken dövrünün ermənipərəst simaları, faktiki olaraq, ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülh səylərinə qarşı açıq təxribata əl atıblar.

Bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində görüş keçiriblər. Artıq Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətnini razılaşdırıldığı bildirilir. Sülh prosesini irəli aparmaq üçün ciddi, çətin iş davam etdirilir. Bir qrup ABŞ konqresmenin çağırışları isə bu prosesə mane olmaq, onu əngəlləmək cəhdindən başqa bir şey deyil. Onlar hər vəchlə süni gərginlik, regionda yenidən münaqişə ocağı yaratmağa çalışırlar.

Regiona aidiyyəti olmayan, məsələlərdən xəbərsiz şəxslərin ABŞ-dakı erməni lobbisinin maddi həvəsləndirmələri müqabilində məsuliyyətsiz bəyanatlara imza atması təəssüf doğurur. Bu cür şəxsləri Azərbaycan ictimaiyyəti yaxşı tanıyır, onlar Ermənistanın Azərbaycana qarşı işğalına, günahsız insanların qanının tökülməsinə, Xocalı soyqırımına susublar, təcavüzkarın yanında olublar. Bu gün də onlar Azərbaycan xalqının qanını tökmüş müharibə cinayətkarlarının mühakimə edilməməsi üçün dəridən-qabıqdan çıxırlar. Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər.

Xatırlatmaq istərdik ki, əvvəllər bu kimi anti-Azərbaycan, ermənipərəst təşəbbüslərlə çıxış edən və Prezident Trampın qatı tənqidçilərindən olan keçmiş senator Bob Menendez korrupsiya və rüşvətxorluğa görə məhkum olunub. Məlum müraciətin təşəbbüskarlarından biri olan demokrat-senator Adam Şiffi isə Cənab Tramp sərt tənqid edib, onun cinayət məsuliyyətinə cəlb edilməsinin zəruriliyini bildirib.

Ötən il Bakıya – COP29 tədbiri zamanı səfər etmiş konqresmen Frank Peloni yerli ictimai fəallar tərəfindən “Rədd ol!” şüarları ilə qarşılanmışdı. O, səfərini yarımçıq qoyaraq rüsvayçılıqla ölkəni tərk etmişdi.

Biz hesab edirik ki, bu gün Azərbaycanın suveren ərazilərinə ermənilərin qayıdışı haqqında danışan F.Peloni kimi konqresmenlər ilk öncə Ermənistandan qovulmuş yüzminlərlə azərbaycanlının qayıdış hüququnu da tanımalıdırlar. Qərbi Azərbaycandan digərgin düşən insanlar dinc yolla doğma yurdlarına qayıtmalıdırlar. Qərbi Azərbaycan İcması da bu istiqamətdə Ermənistanla dialoq qurmağa hazırdır.

Ermənistan ərazisində və işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan xalqının maddi-mədəni irsi talan edilib. Buna susmaq ən böyük ədalətsizlikdir.

Son vaxtlar İsveçrə parlamentinin “beynəlxalq sülh forumu” adı altında Cənubi Qafqazda sülh və sabitliyə xələl gətirən, Ermənistanda revanşistlərin mövqeyini müdafiə edən təkliflərlə çıxış etməsi regionda sülh və etimad quruculuğuna xəyanətdir. Sizə bir qrup konqresmen adından ünvanlanmış məktubda İsveçrə parlamentinin təxribatçı addımlarına istinad edilməsi bir daha bu məktubun və onun müəlliflərinin əsl mahiyyətini ortaya qoyur.

Biz hesab edirik ki, məlum müraciəti təşkil edənlər ABŞ və Azərbaycan liderlərinin yazışmalarından da aydın görünən ikitərəfli əlaqələrin yeni yüksəliş mərhələsinə qədəm qoymasından narahatdırlar. İnanırıq ki, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində təqdirəlayiq əmək sərf edən Tramp Administrasiyası “Vaşinqton bataqlığı”nın təmsilçiləri olan bu konqresmenlərin fəaliyyətinə doğru qiymət verəcəkdir”.

İmzalar:

Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri

Əziz Ələkbərli – Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri

Əmir Əliyev – İnsan Hüquqlarının Təşviqi Mərkəzi İctimai Birliyinin sədri

Fariz Xəlilli – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi

Umud Mirzəyev – “Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun sədri

Zaur İbrahimli – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri

İradə Rzazadə – “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri

Hacı Abdulla – “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri

Könül Behbudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri

Xatirə Vəliyeva – “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri

Vüqar Qədirov – “Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı” İctimai Birliyinin sədri

Rey Kərimoğlu – “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Sumqayıtda 22 min abonentin qaz təchizatı dayandırılacaq
Sonrakı: İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Bölmənin digər xəbərləri

9104b958-1e43-45d4-86fbv
  • Cəmiyyət

Sabah rayonlara yağış yağacaq

Cavidan 19 Oktyabr, 2026
IaRrYXuE2o9C7FjpB5jwh3E5D v
  • Cəmiyyət

Bəhruz Əhmədov Laçında hərbçilərlə görüşüb

Cavidan 19 Oktyabr, 2026
5b27801d-9a8e-30d4-v b
  • Cəmiyyət

Azərbaycan Basketbol Liqası: III turun daha bir oyunu bu gün keçiriləcək

Cavidan 19 Oktyabr, 2026

Teqlər

Aktiv yaddaş Android AnTuTu Apple AzInTelecom Bad Cheese Bankçılıq bazar Birbank Business ChatGPT Counterpoint Research Elektromobil Elektron ticarət Epic Games Store Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget Google Google Chrome Instax Square 2 iPad Pro iPhone 18 Pro Meta Muse Wonder Newsbeat OpenAI oyun Planşetlər Qadcetlər Reytinq Roadster Rəqəmsal İmza Samsung Science smartfon spacex Süni intellekt SİMA İmza Tesla Texnologiya Tədqiqat World

Bölmələr

  • Cəmiyyət (3. 306)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (238)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (19)

Xəbər Trendi

Sabah rayonlara yağış yağacaq 9104b958-1e43-45d4-86fbv 1
  • Cəmiyyət

Sabah rayonlara yağış yağacaq

19 Oktyabr, 2026
Bəhruz Əhmədov Laçında hərbçilərlə görüşüb IaRrYXuE2o9C7FjpB5jwh3E5D v 2
  • Cəmiyyət

Bəhruz Əhmədov Laçında hərbçilərlə görüşüb

19 Oktyabr, 2026
Azərbaycan Basketbol Liqası: III turun daha bir oyunu bu gün keçiriləcək 5b27801d-9a8e-30d4-v b 3
  • Cəmiyyət

Azərbaycan Basketbol Liqası: III turun daha bir oyunu bu gün keçiriləcək

19 Oktyabr, 2026
Bu gün Nizami rayonunun bəzi ərazilərində işıq olmayacaq pc2DK4QkCmMyLA57soKk b 4
  • Cəmiyyət

Bu gün Nizami rayonunun bəzi ərazilərində işıq olmayacaq

19 Oktyabr, 2026
Tesla yeni Roadster-i təqdim etdi: elektromobil havada fəndlər göstərir Tesla yeni Roadster-i təqdim etdi: elektromobil havada fəndlər göstərir 5
  • Texnologiya

Tesla yeni Roadster-i təqdim etdi: elektromobil havada fəndlər göstərir

18 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3306) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (238) Kriminal (301) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (19) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 65
  • 63
  • 4. 903

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.