Skip to content
3 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 810)
  • Dünya (3. 164)
  • Gündəm (11. 014)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 324)
  • Mədəniyyət (332)
  • Siyasət (2. 932)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Rezidenturaya qəbul imtahanının ikinci cəhdinin nəticələri açıqlanıb

Cavidan 1 İyul, 2025

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün 29 iyun 2025-ci il tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının ikinci cəhdinin nəticələrini elan edib.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1286 namizəddən 31 nəfəri imtahana gəlməyib.

223 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.

Müsabiqə şərtini ödəyənlərdən 148 nəfər 4 və ya 5-ci kurs tələbələridir.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

İyunun 29-da keçirilən imtahanda 22 nəfər bu ilin, 53 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 75 namizəd ikinci mərhələyə buraxılıb.

Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 740 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 2 iyul saat 10:00-dan 3 iyul saat 17:00-dək müraciət edə bilərlər.

Qeyd. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 10-da keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.

Continue Reading

Previous: DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Next: Azərbaycanda rusdilli məktəblər bağlanır?

Bölmənin digər xəbərləri

İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR 
  • Cəmiyyət

İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR 

2 Fevral, 2026
Təhsil eksperti: Dini dünyagörüşlər arasında fərq məktəbdə ciddi ziddiyyət yarada bilər
  • Cəmiyyət

Təhsil eksperti: Dini dünyagörüşlər arasında fərq məktəbdə ciddi ziddiyyət yarada bilər

2 Fevral, 2026
Fələstində parlament seçkilərinin keçiriləcəyi gün elan edilib
  • Dünya

Fələstində parlament seçkilərinin keçiriləcəyi gün elan edilib

2 Fevral, 2026

Top 7 Xəbər

İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR  1

İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR 

2 Fevral, 2026
Təhsil eksperti: Dini dünyagörüşlər arasında fərq məktəbdə ciddi ziddiyyət yarada bilər 2

Təhsil eksperti: Dini dünyagörüşlər arasında fərq məktəbdə ciddi ziddiyyət yarada bilər

2 Fevral, 2026
Gəncədə fəhlələr qaynaq işi görərkən partlayış olub, xəsarət alanlar var 3

Gəncədə fəhlələr qaynaq işi görərkən partlayış olub, xəsarət alanlar var

2 Fevral, 2026
Fələstində parlament seçkilərinin keçiriləcəyi gün elan edilib 4

Fələstində parlament seçkilərinin keçiriləcəyi gün elan edilib

2 Fevral, 2026
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir 5

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

2 Fevral, 2026
Anar Quliyev: “Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır” 6

Anar Quliyev: “Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır”

2 Fevral, 2026
Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır 7

Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır

2 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 810)
  • Dünya (3. 164)
  • Gündəm (11. 014)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (457)
  • Kriminal (1. 324)
  • Mədəniyyət (332)
  • Siyasət (2. 932)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8810) Dünya (3164) Gündəm (11014) Kateqoriyasızlar (457) Kriminal (1324) Mədəniyyət (332) Siyasət (2932) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR  2 Fevral, 2026
  • Təhsil eksperti: Dini dünyagörüşlər arasında fərq məktəbdə ciddi ziddiyyət yarada bilər 2 Fevral, 2026
  • Gəncədə fəhlələr qaynaq işi görərkən partlayış olub, xəsarət alanlar var 2 Fevral, 2026
  • Fələstində parlament seçkilərinin keçiriləcəyi gün elan edilib 2 Fevral, 2026
  • Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir 2 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.