Skip to content
25 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Ombudsman: Ermənistanın işğal siyasətinin humanitar fəsadlarından hələ də əziyyət çəkirik
  • Cəmiyyət

Ombudsman: Ermənistanın işğal siyasətinin humanitar fəsadlarından hələ də əziyyət çəkirik

Azərbaycan uzun illər işğalçılıq və etnik təmizləmə siyasətinə məruz qalmaqla yanaşı, bu siyasətin yaratdığı humanitar fəsadlardan hələ də
Cavidan 18 İyun, 2025
ff5810f1-5f0b-329d-8700-8d8a0c326278_850

Azərbaycan uzun illər işğalçılıq və etnik təmizləmə siyasətinə məruz qalmaqla yanaşı, bu siyasətin yaratdığı humanitar fəsadlardan hələ də əziyyət çəkir.

Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iyunun 18-də keçirilən “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumundakı çıxışında deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə mövcud mina problemi insanların təhlükəsiz yaşamaq hüququna ciddi təhdidlər yaradır, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışına, bu ərazilərdə aparılan bərpa-quruculuq işlərinə əngəl törədir, regionda ekoloji tarazlığın pozulmasına səbəb olur:

“Bu baxımdan, münaqişə və postmünaqişə dövründə insan hüquq və azadlıqlarının müdafiəsi, münaqişədən zərər çəkmiş şəxslərin hüquqlarının təmin olunması vəziyyəti, habelə təbii resursların talan edilməsi və mina problemi barədə tərəfimizdən beynəlxalq ictimaiyyətin məlumatlandırılması üzrə həyata keçirdiyimiz fəaliyyəti xüsusi vurğulamaq istərdim”.

S.Əliyeva Ombudsman və milli insan hüquqları təsisatlarının fəaliyyətinin əhəmiyyətini də qeyd edib:

“Bu təsisatlar yalnız hüquq pozuntularının araşdırılmasında deyil, həm də qanunun aliliyinin təşviqi, hüquqi maarifləndirmə və hüquq mədəniyyətinin gücləndirilməsi istiqamətində preventiv və sistemli fəaliyyətləri ilə mühüm rol oynayırlar”.

Ombudsman qeyd edib ki, qanunun aliliyinin təmin edilməsində digər vacib amil normativ hüquqi aktların icrasına nəzarətin effektiv təşkilidir:

“Müsbət təcrübə olaraq bildirirəm ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun icrasına nəzarət mandatı çərçivəsində tərəfimizdən informasiya əldə etmək hüququnun təmin edilməsi, habelə qanunvericiliklə müəyyən edilmiş müddətdə informasiya sorğularının cavablandırılması üzrə zəruri tədbirlər görülməkdədir”.

S.Əliyeva vurğulayıb ki, Ombudsman və milli insan hüquqları təsisatlarının məhkəmə orqanları ilə əməkdaşlığı qanunun aliliyinin təmin olunmasına mühüm töhfə verir:

“Bu əməkdaşlıq, hüquqi problemlərin sistemli şəkildə aşkarlanmasına, hüquq və azadlıqların müdafiəsi üzrə preventiv və effektiv tədbirlərin görülməsinə şərait yaradır, insan hüquqlarının institusional müdafiəsini gücləndirir. Konstitusiya Məhkəməsi ilə əməkdaşlığımız öz növbəsində qanunun aliliyinin təmin edilməsinə, qanunvericiliyin təkmilləşdirilməsinə və hüquq müdafiə mexanizmlərinin effektivliyinin artırılmasına xidmət edir”.

Post navigation

Previous: Sahibə Qafarova: “QDİƏT ölkələri süni intellekt üçün hüquqi baza formalaşdırmalıdır”
Next: Çilili idmançı: “Rafael Fiziyevlə döyüşümüz baxımlı alınacaq”

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-25 165608
  • Cəmiyyət

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Cavidan 25 Avqust, 2026
Screenshot 2026-08-25 163603
  • Cəmiyyət

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir – SƏRƏNCAM

Cavidan 25 Avqust, 2026
Screenshot 2026-08-25 160057
  • Cəmiyyət

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Cavidan 25 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 996)
  • Dünya (1. 029)
  • Gündəm (3. 311)
  • İdman (222)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (400)
  • Texnologiya (15)

Xəbər Trendi

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir Screenshot 2026-08-25 165608 1
  • Cəmiyyət

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

25 Avqust, 2026
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir – SƏRƏNCAM Screenshot 2026-08-25 163603 2
  • Cəmiyyət

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir – SƏRƏNCAM

25 Avqust, 2026
Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək – XƏBƏRDARLIQ Screenshot 2026-08-25 160057 3
  • Cəmiyyət

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək – XƏBƏRDARLIQ

25 Avqust, 2026
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib Screenshot 2026-08-25 153540 4
  • Cəmiyyət

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

25 Avqust, 2026
Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL Screenshot 2026-08-25 150832 5
  • Gündəm

Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL

25 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2996) Dünya (1029) Gündəm (3311) Kateqoriyasızlar (200) Kriminal (273) Mədəniyyət (93) Siyasət (400) Texnologiya (15) İdman (222) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.