Skip to content
3 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 815)
  • Dünya (3. 164)
  • Gündəm (11. 020)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (458)
  • Kriminal (1. 325)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 932)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

QMİ sədri: Erməni kilsəsi öz xalqını növbəti təhlükələrə və fəlakətlərə sürükləyir

Cavidan 11 İyun, 2025

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) Baş katibi Jerry Pilleyə etiraz məktubu göndərib.

QMİ sədri Ümumdünya Kilsələr Şurasını ədalətli dinlərarası dialoq və səmərəli əməkdaşlıq müstəvisi kimi tanıdıqlarını, 1993-cü ilin 8 fevral tarixində Montrödə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində dəyərli addım atıldığını, məhz ÜKŞ-nin vasitəçiliyi ilə iki ölkənin dini liderlərinin iştirakı ilə yüksək səviyyəli görüş təşkil olunduğunu xatırladıb.

“Əfsuslar olsun ki, sərhədimizə qədər gələrək oradan torpaqlarımıza binoklla boylanmağı özünə rəva bilən cənabınızın erməni tərəfinin bilavasitə təsiri altında verdiyi açıqlamaları qeyri-obyektivliyi və qərəzliliyi ilə Azərbaycan xalqının haqlı narazılığına səbəb olub. O zaman verdiyimiz bəyanatlarımızda və daha öncə sizə ünvanlanan məktublarımızda bildirmişik və bu gün də israrla vurğulayırıq ki, dini liderlər Vahid Yaradana və Haqqa xidmət etməli, heç bir vəchlə münaqişəyə və qarşıdurmaya deyil, sülhə, dinc birgəyaşayışa və qarşılıqlı anlaşmaya töhfə verməlidirlər”, – Allahşükür Paşazadə qeyd edib.

QMİ sədri Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) real vəziyyətlə tanış olmaq məqsədilə Azərbaycana öz nümayəndələrini göndərməyi təklif edib.

“Cari ilin 27-28 may tarixlərində Berndə keçirilən konfrans zamanı sizin çıxışınızla bağlı bir daha nəzərinizə çatdırmalıyam ki, Azərbaycanın dünya birliyi tərəfindən tanınan 86,6 min kv. km. ərazisində “Artsax” adlı inzibati vahid mövcud deyildir. Bu tarixi həqiqəti hətta Ermənistanın Baş naziri dəfələrlə etiraf etməyə məcbur olub”, – QMİ sədri əlavə edib.

Allahşükür Paşazadə diqqətə çatdırıb ki, insanları sülhə deyil, zorakılığa təhrik edən erməni kilsəsi erməni xalqını “ölənədək savaşa” səsləməklə onun gələcəyini növbəti təhlükələrə və fəlakətlərə sürükləyir: “Bu məramla çağırış edirəm ki, erməni kilsəsinin, kövrək sülh şəraitini pozan qızışdırıcı, revanşist həqiqətə uyğun olmayan təbliğatına və xristian təəssübkeşliyindən sui-istifadə cəhdlərinə ÜKŞ tərəfindən bundan sonra dəstək verilməsin. Öz xalqına heç bir nicat yolu qoymayan, onu yeni faciələrə sürükləyən erməni kilsəsinin destruktiv təsirinin ÜKŞ-nin rəsmi mövqeyi olaraq dünyaya bəyan edilməsinə son qoyulsun”.

Continue Reading

Previous: Həbsdə olan tiktoker ev dustaqlığına buraxılıb
Next: Prezidentdən 1,5 milyonluq – Sərəncam

Bölmənin digər xəbərləri

Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış edib
  • Cəmiyyət

Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış edib

3 Fevral, 2026
Bakıya qar yağacaq – XƏBƏRDARLIQ
  • Cəmiyyət

Bakıya qar yağacaq – XƏBƏRDARLIQ

3 Fevral, 2026
Yol polisi hava ilə bağlı sürücülərə müraciət etdi
  • Cəmiyyət

Yol polisi hava ilə bağlı sürücülərə müraciət etdi

3 Fevral, 2026

Top 7 Xəbər

Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış edib 1

Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış edib

3 Fevral, 2026
Bakıya qar yağacaq – XƏBƏRDARLIQ 2

Bakıya qar yağacaq – XƏBƏRDARLIQ

3 Fevral, 2026
Yol polisi hava ilə bağlı sürücülərə müraciət etdi 3

Yol polisi hava ilə bağlı sürücülərə müraciət etdi

3 Fevral, 2026
İşçilərin sosial sığorta nömrəsi ləğv olunur  4

İşçilərin sosial sığorta nömrəsi ləğv olunur 

3 Fevral, 2026
Ərdoğan bu gün Səudiyyədə, sabah Misirdə olacaq 5

Ərdoğan bu gün Səudiyyədə, sabah Misirdə olacaq

3 Fevral, 2026
Prezident İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub 6

Prezident İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub

3 Fevral, 2026
Bu gün saat 15:00-dək işıq olmayacaq 7

Bu gün saat 15:00-dək işıq olmayacaq

3 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 815)
  • Dünya (3. 164)
  • Gündəm (11. 020)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (458)
  • Kriminal (1. 325)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 932)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8815) Dünya (3164) Gündəm (11020) Kateqoriyasızlar (458) Kriminal (1325) Mədəniyyət (333) Siyasət (2932) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış edib 3 Fevral, 2026
  • Bakıya qar yağacaq – XƏBƏRDARLIQ 3 Fevral, 2026
  • Yol polisi hava ilə bağlı sürücülərə müraciət etdi 3 Fevral, 2026
  • İşçilərin sosial sığorta nömrəsi ləğv olunur  3 Fevral, 2026
  • Ərdoğan bu gün Səudiyyədə, sabah Misirdə olacaq 3 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.