Skip to content
3 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 818)
  • Dünya (3. 164)
  • Gündəm (11. 023)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (458)
  • Kriminal (1. 325)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 932)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat başlayıb

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci
Cavidan 4 İyun, 2025

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı iyunun 12-dək internet vasitəsilə aparılacaqdır.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu il mayın 4-də keçirilmiş rezidenturaya qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş namizədlər təkrar imtahanda (2-ci cəhddə) iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak üçün tələb olunan məbləği (60 AZN) əlavə edib, Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olmaqla qeydiyyatdan keçirlər.

Bu il sənəd qəbulunda iştirak etməmiş namizədlər də 1-ci mərhələnin 2-ci cəhdinə yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmadığı halda) ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu namizədlər http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov səhifəsinə daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) namizədlər qeydiyyatdan keçmiş hesab olunurlar.

Məlumat üçün qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2-ci cəhdinin iyunun 29-da keçirilməsi planlaşdırılır.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və rezidenturaya qəbul olunmaq hüququna malik olan, lakin 11-18 aprel tarixlərində ərizə qəbulunda iştirak etməmiş namizədlər də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün iyunun 4-dən 12-dək “Namizədin elektron ərizəsi”ni doldurub təsdiq etməlidirlər (etdirməlidirlər).

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (IV və V kurs) tələbələr də buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.

Continue Reading

Previous: İş və istirahət günlərinin yerləri dəyişdirilib
Next: Günün qoroskopu: Duyğular bir qədər sıxıla bilə

Bölmənin digər xəbərləri

Baş prokuror İmişlidə vətəndaşları qəbul edib
  • Cəmiyyət

Baş prokuror İmişlidə vətəndaşları qəbul edib

3 Fevral, 2026
“X” sosial şəbəkəsinin Parisdəki ofislərində axtarışlar aparılır
  • Cəmiyyət

“X” sosial şəbəkəsinin Parisdəki ofislərində axtarışlar aparılır

3 Fevral, 2026
Mark Rütte Kiyevdə səfərdədir
  • Cəmiyyət

Mark Rütte Kiyevdə səfərdədir

3 Fevral, 2026

Top 7 Xəbər

Baş prokuror İmişlidə vətəndaşları qəbul edib 1

Baş prokuror İmişlidə vətəndaşları qəbul edib

3 Fevral, 2026
“X” sosial şəbəkəsinin Parisdəki ofislərində axtarışlar aparılır 2

“X” sosial şəbəkəsinin Parisdəki ofislərində axtarışlar aparılır

3 Fevral, 2026
Mark Rütte Kiyevdə səfərdədir 3

Mark Rütte Kiyevdə səfərdədir

3 Fevral, 2026
Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış edib 4

Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış edib

3 Fevral, 2026
Bakıya qar yağacaq – XƏBƏRDARLIQ 5

Bakıya qar yağacaq – XƏBƏRDARLIQ

3 Fevral, 2026
Yol polisi hava ilə bağlı sürücülərə müraciət etdi 6

Yol polisi hava ilə bağlı sürücülərə müraciət etdi

3 Fevral, 2026
İşçilərin sosial sığorta nömrəsi ləğv olunur  7

İşçilərin sosial sığorta nömrəsi ləğv olunur 

3 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 818)
  • Dünya (3. 164)
  • Gündəm (11. 023)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (458)
  • Kriminal (1. 325)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 932)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8818) Dünya (3164) Gündəm (11023) Kateqoriyasızlar (458) Kriminal (1325) Mədəniyyət (333) Siyasət (2932) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Baş prokuror İmişlidə vətəndaşları qəbul edib 3 Fevral, 2026
  • “X” sosial şəbəkəsinin Parisdəki ofislərində axtarışlar aparılır 3 Fevral, 2026
  • Mark Rütte Kiyevdə səfərdədir 3 Fevral, 2026
  • Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış edib 3 Fevral, 2026
  • Bakıya qar yağacaq – XƏBƏRDARLIQ 3 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.