Skip to content
3 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 812)
  • Dünya (3. 164)
  • Gündəm (11. 017)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (458)
  • Kriminal (1. 325)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 932)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Qarabağ Universitetinin tələbələri Milli Məclisdə olublar

Mayın 27-də Milli Məclisdə 28 May – Müstəqillik Günü ərəfəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qarabağ Universitetinin Hüquqşünaslıq
Cavidan 27 May, 2025

Mayın 27-də Milli Məclisdə 28 May – Müstəqillik Günü ərəfəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.

Görüş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyəti vurğulanıb, Azərbaycanda Konstitusiya quruculuğunun keçdiyi tarixi yola nəzər salınıb, Ulu Öndərin Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin qorunub saxlanmasında, konstitusion quruluşunun bərqərar olunmasında müstəsna xidmətləri barədə slaydlarla müşayiət edilən təqdimat nümayiş olunub.

Azərbaycanın konstitusiya quruculuğunda Ulu Öndər Heydər Əliyevin müstəsna rolu vurğulanaraq, onun Azərbaycana rəhbərlik etdiyi illər xalqımızın milli mənlik, dövlətçilik şüurunun güclənməsi, tarixi ənənələrinin, mənəvi sərvətlərinin bərpası, iqtisadi, mədəni yüksəlişi dövrü kimi xarakterizə olunub.

Vurğulanıb ki, Azərbaycanın çətin və mürəkkəb dövründə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdanda Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən xilas olaraq qüdrətli dövlət quruluşu və sürətli inkişaf yoluna qədəm qoyub. Bildirilib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də onun rəhbərliyi ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanması və qəbul olunmasıdır.

Diqqətə çatdırılıb ki, ölkəmizin əsas qanununda dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması ali niyyət kimi bəyan edilib. Vurğulanıb ki, Ulu Öndərin o dövrdə verdiyi bəyanatlarından birində deyildiyi kimi, yeni Konstitusiya Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasına əsas verir, Azərbaycan ərazisinin bölünməzliyini bir daha bəyan edir.

Görüşdə deyilib ki, ötən dövrdə cənab Prezident möhtərəm İlham Əliyev tərəfindən Ulu Öndərin başladığı işlər layiqincə davam etdirilərək, Azərbaycan Konstitusiyada bəyan edilən suverenlik, müstəqillik, demokratiya, ədalət və qanunun aliliyi yolunda böyük uğurlar, misilsiz və qürurverici qələbələr dolu böyük inkişaf yolu keçib. Bildirilib ki, İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatlarında cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun rəşadəti, şəhidlərimizin fədakarlığı sayəsində ərazi bütövlüyümüzün, suverenliyimizin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpası xalqımızın taleyi ilə bağlı olan müstəsna əhəmiyyətli hadisələrdir.

Tədbirdə Azərbaycanın bugünkü qələbələrinin və uğurlarının təməlində cənab Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən Heydər Əliyev ideyalarının dayandığı vurğulanıb, Ulu Öndərin ideyalarının sönməz nurunun bundan sonra da Azərbaycan xalqını yeni-yeni zəfərlərə doğru aparacağı bildirilib.

Görüşdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov və tələbələr çıxış edərək Milli Məclislə tanışlıq üçün yaradılan şəraitə görə parlamentin spikeri Sahibə Qafarovaya təşəkkür ediblər. Rektor Şahin Bayramov vurğulayıb ki, Qarabağ Universitetində təhsil alan və fəaliyyət göstərən hər kəs tarixi zəfərin bir parçasıdır. O, Qarabağ Universitetinin açılışının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə məhz 20 sentyabr 2024-cü il tarixində baş tutmasının rəmzi mənasından bəhs edib. Qeyd edib ki, suverenliyin tam şəkildə bərpa edildiyi torpaqlarda təhsil alan tələbələr üçün ali qanunverici orqanda “Konstitusiya və Suverenlik İli”ndə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunmuş tədbir keçirilməsi əlamətdar və yaddaqalan hadisədir.

Tədbir çərçivəsində Qarabağ Universitetinin tələbələri parlamentin inzibati binası ilə də tanış olublar.

Bina ilə tanışlıq zamanı tələbələr Heydər Əliyevin adını daşıyan xatirə zalını ziyarət edərək, Ulu Öndərin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar. Plenar iclas zalında isə tələbələrə Milli Məclisin plenar iclaslarının keçirilməsindən, deputatların fəaliyyəti üçün yaradılmış iş şəraitindən bəhs edilib. Milli Məclisin foyesində isə onlar spiker Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış və Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş Zəfər guşəsi ilə tanış olublar.

Görüşün sonunda tələbələrlə xatirə şəkli çəkilib.

Continue Reading

Previous: İƏT-in Baş katibi İlham Əliyevi təbrik edib
Next: Rusiya Azərbaycanla sərhəddə intellektual keçid məntəqəsi yaradacaq

Bölmənin digər xəbərləri

İşçilərin sosial sığorta nömrəsi ləğv olunur 
  • Gündəm

İşçilərin sosial sığorta nömrəsi ləğv olunur 

3 Fevral, 2026
Prezident İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub
  • Gündəm

Prezident İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub

3 Fevral, 2026
Bu gün saat 15:00-dək işıq olmayacaq
  • Cəmiyyət

Bu gün saat 15:00-dək işıq olmayacaq

3 Fevral, 2026

Top 7 Xəbər

İşçilərin sosial sığorta nömrəsi ləğv olunur  1

İşçilərin sosial sığorta nömrəsi ləğv olunur 

3 Fevral, 2026
Ərdoğan bu gün Səudiyyədə, sabah Misirdə olacaq 2

Ərdoğan bu gün Səudiyyədə, sabah Misirdə olacaq

3 Fevral, 2026
Prezident İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub 3

Prezident İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub

3 Fevral, 2026
Bu gün saat 15:00-dək işıq olmayacaq 4

Bu gün saat 15:00-dək işıq olmayacaq

3 Fevral, 2026
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi 5

DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi

3 Fevral, 2026
Rəqsanə Səidə Bəkirqızından üzr istədi 6

Rəqsanə Səidə Bəkirqızından üzr istədi

3 Fevral, 2026
BİZİM TƏQVİM: Fevralın 3-də baş vermiş tarixi hadisələr 7

BİZİM TƏQVİM: Fevralın 3-də baş vermiş tarixi hadisələr

3 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 812)
  • Dünya (3. 164)
  • Gündəm (11. 017)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (458)
  • Kriminal (1. 325)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 932)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8812) Dünya (3164) Gündəm (11017) Kateqoriyasızlar (458) Kriminal (1325) Mədəniyyət (333) Siyasət (2932) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İşçilərin sosial sığorta nömrəsi ləğv olunur  3 Fevral, 2026
  • Ərdoğan bu gün Səudiyyədə, sabah Misirdə olacaq 3 Fevral, 2026
  • Prezident İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub 3 Fevral, 2026
  • Bu gün saat 15:00-dək işıq olmayacaq 3 Fevral, 2026
  • DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi 3 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.