Skip to content
13 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 071)
  • Dünya (3. 262)
  • Gündəm (11. 399)
  • İdman (636)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 349)
  • Mədəniyyət (339)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Abituriyentlər Xankəndidə imtahan verəcək – İlk dəfə

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi mayın 25-də II və III, iyunun 1-də isə I və IV ixtisas
Cavidan 16 May, 2025

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi mayın 25-də II və III, iyunun 1-də isə I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirəcək. Bu il qəbul imtahanları respublikanın 24 şəhər və rayonunda təşkil olunacaq. Həm mayın 25-də, həm də iyunun 1-də Xankəndi şəhərində də qəbul imtahanları keçiriləcək. 

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu, işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır.

İmtahanlar Qarabağ Universitetində təşkil olunacaq. İmtahanlarda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndi şəhərində verəcəklər. Mayın 25-də keçiriləcək imtahanda 51, iyunun 1-də keçiriləcək imtahanda isə 21 abituriyentin iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, DİM 2023-cü ildən etibarən işğaldan azad olunan bölgələrdə ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsinə başlayıb. İlk buraxılış imtahanı Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində keçirilib. Daha sonra Laçın (Laçın şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəbi), Füzuli (M.Uluqbəy adına 1 nömrəli məktəb) və Ağdərədə (Talış kənd tam orta məktəbi), 2025-ci ildə isə Şuşa (1 nömrəli tam orta məkətb), Xankəndi (4 nömrəli tam orta məktəb), Xocalı (1 nömrəli tam orta məktəb), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb) və Laçında (Sus kənd tam orta məktəbi) ilk dəfə buraxılış imtahanları keçirilib.

Continue Reading

Previous: Deputatlar 12 məsələyə görə toplaşır – SİYAHI
Next: Parlament hərbçilərin ictimai təhlükə törətməyən cinayətləri ilə bağlı dəyişikliyi son oxunuşda qəbul edib

Bölmənin digər xəbərləri

Hörmüzün bağlanması Körfəz ölkələrinə 15,1 milyard dollara başa gəlib
  • Cəmiyyət

Hörmüzün bağlanması Körfəz ölkələrinə 15,1 milyard dollara başa gəlib

13 Mart, 2026
Əli Əsədov: Regiondakı hadisələr quru sərhədlərimizin bağlanması qərarının əsaslı olduğunu göstərir
  • Gündəm

Əli Əsədov: Regiondakı hadisələr quru sərhədlərimizin bağlanması qərarının əsaslı olduğunu göstərir

13 Mart, 2026
Qeydiyyatsız fərdi yaşayış evlərinə dair təkliflər hazırlanır
  • Dünya

Qeydiyyatsız fərdi yaşayış evlərinə dair təkliflər hazırlanır

13 Mart, 2026

Top 7 Xəbər

Hörmüzün bağlanması Körfəz ölkələrinə 15,1 milyard dollara başa gəlib 1

Hörmüzün bağlanması Körfəz ölkələrinə 15,1 milyard dollara başa gəlib

13 Mart, 2026
Əli Əsədov: Regiondakı hadisələr quru sərhədlərimizin bağlanması qərarının əsaslı olduğunu göstərir 2

Əli Əsədov: Regiondakı hadisələr quru sərhədlərimizin bağlanması qərarının əsaslı olduğunu göstərir

13 Mart, 2026
Qeydiyyatsız fərdi yaşayış evlərinə dair təkliflər hazırlanır 3

Qeydiyyatsız fərdi yaşayış evlərinə dair təkliflər hazırlanır

13 Mart, 2026
Bazarda işləyənlərlə bağlı qalmaqalı sözlərinə aydınlıq gətirdi 4

Bazarda işləyənlərlə bağlı qalmaqalı sözlərinə aydınlıq gətirdi

13 Mart, 2026
XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir 5

XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir

13 Mart, 2026
BİZİM TƏQVİM:13 martda baş vermiş tarixi hadisələr 6

BİZİM TƏQVİM:13 martda baş vermiş tarixi hadisələr

13 Mart, 2026
Azərbaycan Premyer Liqasının XXIV turu bu gün iki matçla start götürəcək 7

Azərbaycan Premyer Liqasının XXIV turu bu gün iki matçla start götürəcək

13 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 071)
  • Dünya (3. 262)
  • Gündəm (11. 399)
  • İdman (636)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 349)
  • Mədəniyyət (339)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9071) Dünya (3262) Gündəm (11399) Kateqoriyasızlar (472) Kriminal (1349) Mədəniyyət (339) Siyasət (2965) Texnologiya (14) İdman (636) İqtisadiyyat (575)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Hörmüzün bağlanması Körfəz ölkələrinə 15,1 milyard dollara başa gəlib 13 Mart, 2026
  • Əli Əsədov: Regiondakı hadisələr quru sərhədlərimizin bağlanması qərarının əsaslı olduğunu göstərir 13 Mart, 2026
  • Qeydiyyatsız fərdi yaşayış evlərinə dair təkliflər hazırlanır 13 Mart, 2026
  • Bazarda işləyənlərlə bağlı qalmaqalı sözlərinə aydınlıq gətirdi 13 Mart, 2026
  • XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilir 13 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.