Skip to content
14 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • 16 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşdi
  • Cəmiyyət
  • Gündəm

16 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşdi

Cavidan 29 Aprel, 2025
1745915904_1744640041.1005545

Azərbaycanda 16 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, AYNA tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Gəncə, Bakı-Bərdə, Bakı-Oğuz, Sumqayıt-Qusar, Sumqayıt-Mingəçevir, Sumqayıt-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Gəncə-Masallı, Sabirabad-Lənkəran, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Quba-Xaçmaz və Mingəçevir-Xaldan (Yevlax) şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib. “Bakı-Gəncə” marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC; “Bakı-Bərdə” marşrutu üzrə hüquqi şəxs “BakuBus” MMC; “Bakı-Oğuz” marşrutu üzrə hüquqi şəxs “Rüfət” MMC və fiziki şəxs Abdurahmanov Emin Yaşar oğlu; “Sumqayıt-Qusar” marşrutu üzrə fiziki şəxs Aslanov Emin Balakərim oğlu; “Sumqayıt-Mingəçevir” marşrutu üzrə fiziki şəxs Məmmədov Kamran Şahin oğlu; “Sumqayıt-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi)” marşrutu üzrə hüquqi şəxs “Kaspian Ekspress” MMC; “Gəncə-Masallı” marşrutu üzrə hüquqi şəxs “Fazil-20” MMC; “Sabirabad-Lənkəran” marşrutu üzrə fiziki şəxs İsmayılov Elxan Hüseyn oğlu; “Mingəçevir-Gəncə” marşrutu üzrə fiziki şəxs Mustafayev Nahid Hidayət oğlu; “Mingəçevir-Tərtər” marşrutu üzrə fiziki şəxs Musayev Hüseyn Salman oğlu; “Quba-Xaçmaz” marşrutu üzrə hüquqi şəxs “Logistics and Transport Services” MMC; “Mingəçevir-Xaldan (Yevlax)” marşrutu üzrə fiziki şəxs Bəndəliyev Elmir Elburus oğlu qalib elan olunublar.

Keçirilən 16 lot üzrə müsabiqədən 7-sində buraxılış ili 2024-2025-ci il olan nəqliyyat vasitələri ilə daşıyıcılar qalib elan olunub. Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Varşava yaxınlığında ukraynalıları daşıyan avtobus aşıb, çoxlu sayda yaralı var
Next: Moskva Zelenskinin 30 günlük atəşkəs təklifinə cavab verdi

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-14 130155
  • Cəmiyyət

Azərbaycanda iyul ayının pensiyaları ödənilib

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 121537
  • Cəmiyyət

Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 115333
  • Cəmiyyət

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 739)
  • Dünya (3. 453)
  • Gündəm (11. 948)
  • İdman (673)
  • İqtisadiyyat (605)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 411)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 015)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda iyul ayının pensiyaları ödənilib Screenshot 2026-07-14 130155 1
  • Cəmiyyət

Azərbaycanda iyul ayının pensiyaları ödənilib

14 İyul, 2026
İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar Screenshot 2026-07-14 124126 2
  • Siyasət

İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

14 İyul, 2026
Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib Screenshot 2026-07-14 121537 3
  • Cəmiyyət

Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib

14 İyul, 2026
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib Screenshot 2026-07-14 115333 4
  • Cəmiyyət

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib

14 İyul, 2026
İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış edirlər Screenshot 2026-07-14 105650 5
  • Siyasət

İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış edirlər

14 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9739) Dünya (3453) Gündəm (11948) Kateqoriyasızlar (522) Kriminal (1411) Mədəniyyət (356) Siyasət (3015) Texnologiya (15) İdman (673) İqtisadiyyat (605)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.