Skip to content
4 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 824)
  • Dünya (3. 164)
  • Gündəm (11. 028)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (458)
  • Kriminal (1. 325)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 932)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Azərbaycan Orta Dəhlizdə darboğazları aradan qaldırmağa başlayıb

Ələt dəmir yolu stansiyasında təmir işlərinin bu il başa çatdırılması nəzərdə tutulub. Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY)
Cavidan 19 Aprel, 2025

Ələt dəmir yolu stansiyasında təmir işlərinin bu il başa çatdırılması nəzərdə tutulub.

Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən məlumat verilib.

“Layihənin icrası Bakı-Böyük Kəsik dəmir yolu xətti üzrə qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi və Orta Dəhlizdə (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) mövcud darboğazın aradan qaldırılması məqsədi daşıyır”, – ADY-dən bildirilib.

Qeyd edək ki, TBNM-in inkişafı və səmərəliliyinin artırılması çərçivəsində bu günə kimi Sian (Çin) limanında Qazaxıstan terminalının tikintisi və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsi və ötürmə qabiliyyətinin artırılması üzrə işlər başa çatdırılıb, Dostık-Moyıntı dəmir yolu hissəsində ikinci, Almatıdan yan keçən xəttin, eləcə də Poti limanında bu il işə salınması nəzərdə tutulan konteyner terminalının tikintisinə başlanılıb. Bundan əlavə, 2025-ci ilin ortalarına qədər Aktau limanında konteyner qovşağının tikintisi, eləcə də Qazaxıstan tərəfinin Kurık və Bakı limanları arasında fəaliyyət göstərəcək öz bərələrini alması planlaşdırılır.

Azərbaycanda Bakı limanının 2-ci fazasının tikintisi davam etdirilir, quru yük körpüsü və liman stansiyalarının ötürücülük qabiliyyəti artırılır, həmçinin Azərbaycanın dəmir yolları üçün vaqon parkının cəlb edilməsi nəzərdə tutulur, Ələt-Böyük Kəsik hissəsində dəmir yollarının modernləşdirilməsi fəal şəkildə aparılır.

Gürcüstan tərəfi keçid dəmir yolunun modernləşdirilməsi üzrə işləri başa çatdırıb və 2025-ci ilin sonunadək əlavə lokomotivlər almağı planlaşdırır ki, onlar da marşrutda ötürücülük qabiliyyətini artırmaq üçün nəzərdə tutulub.

Orta Dəhliz Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Çin və Avropa ölkələrini birləşdirən beynəlxalq nəqliyyat dəhlizidir. Assosiasiya zəruri informasiya dəstəyini təmin edir, inzibati prosedurların sadələşdirilməsinə, rəqabət mühitinin yaradılmasına kömək edir və müxtəlif ölkələrdən, o cümlədən coğrafi cəhətdən birbaşa TBNM-də yerləşməyən iştirakçılar üçün maksimum səmərəliliyi təmin edir.

2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə 5,2 milyon ton daşınma proqnozlaşdırılır ki, bunun da 4,2 milyon tonu TBNM-ə üzv ölkələrdən keçəcək. Bu həcmdə 2,5 milyon ton quru yük (96 min TEU), 1,7 milyon ton isə neft olacaq. 2027-ci ilə qədər marşrutun gücü 10 milyon tona çata bilər.

Continue Reading

Previous: Ceyhun Bayramov: İndi hər şey Ermənistan tərəfinin addımından asılıdır
Next: KİV: ABŞ Zaporojye AES-in ətrafındakı ərazilərə nəzarət etmək istəyir

Bölmənin digər xəbərləri

Yol polisi hava ilə bağlı sürücülərə çağırış edib
  • Cəmiyyət

Yol polisi hava ilə bağlı sürücülərə çağırış edib

4 Fevral, 2026
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
  • Cəmiyyət

MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib

3 Fevral, 2026
Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı – Yeni dövrün başlanğıcı – ŞƏRH
  • Cəmiyyət

Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı – Yeni dövrün başlanğıcı – ŞƏRH

3 Fevral, 2026

Top 7 Xəbər

Yol polisi hava ilə bağlı sürücülərə çağırış edib 1

Yol polisi hava ilə bağlı sürücülərə çağırış edib

4 Fevral, 2026
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib 2

MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib

3 Fevral, 2026
Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı – Yeni dövrün başlanğıcı – ŞƏRH 3

Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı – Yeni dövrün başlanğıcı – ŞƏRH

3 Fevral, 2026
Hindistanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib 4

Hindistanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib

3 Fevral, 2026
Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir 5

Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir

3 Fevral, 2026
Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır 6

Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır

3 Fevral, 2026
Baş prokuror İmişlidə vətəndaşları qəbul edib 7

Baş prokuror İmişlidə vətəndaşları qəbul edib

3 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 824)
  • Dünya (3. 164)
  • Gündəm (11. 028)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (458)
  • Kriminal (1. 325)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 932)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8824) Dünya (3164) Gündəm (11028) Kateqoriyasızlar (458) Kriminal (1325) Mədəniyyət (333) Siyasət (2932) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Yol polisi hava ilə bağlı sürücülərə çağırış edib 4 Fevral, 2026
  • MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib 3 Fevral, 2026
  • Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı – Yeni dövrün başlanğıcı – ŞƏRH 3 Fevral, 2026
  • Hindistanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib 3 Fevral, 2026
  • Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir 3 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.