Skip to content
19 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Amerikada oliqarxiyanın səssiz YÜKSƏLİŞİ
  • Cəmiyyət

Amerikada oliqarxiyanın səssiz YÜKSƏLİŞİ

Azad bazar və güclü demokratik institutların “vətəni” kimi təqdim edilən ABŞ-də son illərdə baş verən sosial-iqtisadi dəyişikliklər bu
Cavidan 14 Aprel, 2025
1744627034_broligarchy-final-upload_wide-189dc66987692fcce0623dabfcef9dc943574662

Azad bazar və güclü demokratik institutların “vətəni” kimi təqdim edilən ABŞ-də son illərdə baş verən sosial-iqtisadi dəyişikliklər bu ölkədə oliqarxlaşma prosesi sürət qazandığını göstərir.

“Oliqarxiya” termini yunan mənşəli olsa da, siyasi leksikonda onun “mərkəzi” 1990-cı illərin Moskvası hesab edilir. SSRİ-nin dağılmasından sonra dövlət əmlakı simvolik qiymətə özəlləşdirildi və iş adamları qısa müddət ərzində var-dövlət və siyasi güc əldə etdilər. Beləliklə, Rusiyada yeni oliqarx sinifi yaranmağa başladı. 1996-cı il Rusiya prezident seçkilərində Boris Yeltsinin qələbəsi birbaşa oliqarxların – Berezovski, Abramoviç, Potanin kimi şəxslərin maliyyə və media dəstəyi ilə əlaqəlidir. Yeltsinin prezident seçilməsindən sonra onlar neft, qaz, bank sektorunu ələ keçirdilər.

Putin hakimiyyətə gələndə əvvəlcə bu gücü məhdudlaşdırmaq istədi (məsələn, Xodorkovskinin həbsi), lakin sonradan oliqarxların siyasi sistemin saxlanılmasında onların rolunu başa düşərək, zamanla Kremlə sadiq oliqarx şəbəkəsi yaratdı.

Beləliklə, müasir oliqarx modelinin “vətəni”nin Rusiya olduğunu desək, yanılmarıq. Bu model daha sonra Mərkəzi Asiya ölkələrinə – Qazaxıstan, Özbəkistan, Türkmənistana da yayılıdı…

Oliqarxiya artıq sadəcə Rusiya və ya Mərkəzi Asiya ölkələrinə xas problem deyil. Klassik mənada oliqarx siyasi qərarlara təsir edə biləcək qədər var-dövlətə və gücə sahib olan şəxslərdir. Postsovet ölkələrində bu termin daha çox kriminal kapitalizmlə assosiasiya olunur. Lakin ABŞ-də oliqarxların yüksəlişi daha incə və qanuni yollarla baş verir.

Bu oliqarxlar texnologiya nəhənglərinin sahibləri, “Wall Street” milyarderləri, enerji və səhiyyə sektorunun dominant oyunçularıdır. Onların sərvəti təkcə iqtisadi güc deyil, həm də media, lobbiçilik, təhsil, hüquq sistemi və siyasi kampaniyalar üzərində ciddi təsir imkanı verir.

Milyarderlərin maliyyələşdirdiyi seçki kampaniyaları və lobbiçilik fəaliyyəti nəticəsində, siyasətçilər ictimai maraqlardan çox, sponsorlarının maraqlarını nəzərə almağa meylli olurlar. Cef Bezos, İlon Mask, Mark Zukerberq və Bill Qeyts kimi texno-milyarderlər, “Google”, “Amazon”, “Facebook”, “Microsoft”, “Tesla” kimi şirkətlər təkcə texnoloji inqilabın deyil, həm də ictimai rəyin və siyasətin arxasındakı “səssiz güclər”dir. Onlar vergi qanunvericiliyinə, əmək bazarına, süni intellektin tənzimlənməsinə dair qərarlara ciddi şəkildə təsir edə bilirlər.

Oliqarxlar yalnız iqtisadiyyat və siyasətdə deyil, həm də informasiyanın axınında söz sahibidirlər. Məsələn, Ceff Bezosun “The Washington Post” qəzetini alması, İlon Maskın “Twitter”i (indiki X) ələ keçirməsi təsadüfi deyil. Bu platformalar vasitəsilə ictimai rəyə dolayısı və ya birbaşa təsir göstərmək mümkündür.

ABŞ-da oliqarxiyanın yüksəlişi “səssiz” formada baş verir. 2025-ci ilin yanvarında Donald Trampın ikinci dəfə ABŞ prezidenti olaraq vəzifəyə başlaması ölkədə oliqarxiyanın təsirini daha da artırıb. Formal institutlar hələ də yerindədir – seçkilər keçirilir, məhkəmələr mövcuddur, konstitusiya dəyişməyib. Amma reallıqda siyasi və iqtisadi güc azsaylı şəxslərin əlində cəmləşdikcə, bu institutlar da onların maraqlarına xidmət etməyə başlayır. Bu, sadəcə iqtisadi məsələ deyil, həm də Amerikanın gələcəyi üçün ideoloji və siyasi məsələdir. 

Rusiyadan fərqli olaraq ABŞ-də oliqarxiya daha “təmiz” görünür, amma daha təhlükəlidir: çünki o, demokratiya “kostyumu” geyinib…

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Xəzər dənizində zəlzələ olub
Sonrakı: Bakının şərtlərinin icrasını yubadan İrəvan – Ermənistanın sonu olmayan saxtakarlığı – ŞƏRH

Bölmənin digər xəbərləri

buTjbMbyi6_1200 (1)
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Cavidan 17 Oktyabr, 2026
cSbeaGkhvXU0 v
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

Cavidan 17 Oktyabr, 2026
Ni14yWlichJYsbfPxGKVaqc b
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Cavidan 17 Oktyabr, 2026

Teqlər

Aktiv yaddaş Android AnTuTu Apple AzInTelecom Bad Cheese Bankçılıq bazar Birbank Business ChatGPT Counterpoint Research Elektromobil Elektron ticarət Epic Games Store Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget Google Google Chrome Instax Square 2 iPad Pro iPhone 18 Pro Meta Muse Wonder Newsbeat OpenAI oyun Planşetlər Qadcetlər Reytinq Roadster Rəqəmsal İmza Samsung Science smartfon spacex Süni intellekt SİMA İmza Tesla Texnologiya Tədqiqat World

Bölmələr

  • Cəmiyyət (3. 302)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (238)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (19)

Xəbər Trendi

Tesla yeni Roadster-i təqdim etdi: elektromobil havada fəndlər göstərir Tesla yeni Roadster-i təqdim etdi: elektromobil havada fəndlər göstərir 1
  • Texnologiya

Tesla yeni Roadster-i təqdim etdi: elektromobil havada fəndlər göstərir

18 Oktyabr, 2026
Epic Games Store-da iki oyun ödənişsiz oldu Epic Games Store-da iki oyun ödənişsiz oldu 2
  • Texnologiya

Epic Games Store-da iki oyun ödənişsiz oldu

18 Oktyabr, 2026
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib Screenshot_20261017_160409_com_android_chrome_ChromeTabbedActivity 3
  • Kateqoriyasızlar

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr, 2026
ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir 4
  • Texnologiya

ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir

17 Oktyabr, 2026
Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi 5
  • Texnologiya

Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi

17 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3302) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (238) Kriminal (301) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (19) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 2
  • 35
  • 35
  • 4. 873

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.