Skip to content
24 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • ABŞ İrana güzəştə gedə bilər
  • Cəmiyyət

ABŞ İrana güzəştə gedə bilər

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff ABŞ-ın İranla danışıqlarda güzəştə getməyə hazır olduğunu açıqlayıb. Məlumatı “Wall
Cavidan 12 Aprel, 2025
1744440779_image_750x_67f9ff5bf1614

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff ABŞ-ın İranla danışıqlarda güzəştə getməyə hazır olduğunu açıqlayıb.

Məlumatı “Wall Street Journal” nəşri yayıb.

Xatırladaq ki, bu gün, aprelin 12-də Tehran və Vaşinqton arasında danışıqlar Omanda baş tutacaq, Amerika tərəfdən danışıqlarda Stiv Vitkoff iştirak edəcək, Tehranı isə bu ölkənin xarici işlər naziri Abbas Arakçi təmsil edəcək.

Vitkoff Amerika mətbuatın deyib ki, prezident Donald Tramp administrasiyasının “qırmızı xətləri” İranın nüvə silahı istehsalını dayandırmasını nəzərdə tutur.

Xüsusi nümayəndə bildirib ki, Tramp administrasiyasının Oman danışıqlarında ilk tələbi Tehranın nüvə proqramını dayandırması olacaq, lakin razılığa gəlmək üçün kompromislərin tələb oluna biləcəyini etiraf edib. Vitkoff əlavə edib ki, İran nüvə proqramını bağlamaqdan imtina edərsə, gələcək addımlar barədə qərar vermək məsələsi Trampa həvalə olunacaq. İran nümayəndə heyəti ilə ilk görüşün etimad yaratmaq məqsədi daşıyacağı bildirilib.

Eyni zamanda, vasitəçiliyə əsaslanan dialoqun uğurlu nəticəsi olacağı təqdirdə İranın ali lideri Ayətullah Əli Xameneiyə ABŞ-la birbaşa danışıqlar aparmağa icazə veriləcək.

Bu barədə “The New York Times” xəbər verib.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Tammi Bryus bəyan etmişdi ki, Omanda gözlənilən təmaslar tamhüquqlu danışıqlar deyil, sadəcə görüşdür. O, Donald Trampın İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı açıqlamalarına da münasibət bildirib və qeyd edib ki, prezident nə demək istədiyini açıqlayır və ona uyğun hərəkət edir, Tehrana təzyiq siyasətini davam etdirir.

İranla 6 ölkə (Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa) arasında nüvə sazişi 2015-ci ildə imzalanıb. Bu saziş İranın nüvə proqramlarına qoyulan məhdudiyyətlər müqabilində sanksiyaların ləğvini nəzərdə tuturdu. 2018-ci ilin mayında Donald Tramp administrasiyası sazişdən çıxdı və Tehrana qarşı sanksiyaları bərpa etdi. Buna cavab olaraq, İran uranın zənginləşdirilməsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq da daxil olmaqla, öz öhdəliklərindən tədricən imtina etməyə başladı.

Post navigation

Previous: Azərbaycan Ordusunun mövqeləri Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutulub
Next: Köçəryan Putinin Ermənistan üzrə kuratoru ilə görüşüb

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-22 140829
  • Cəmiyyət

Şükufə Yusupova qəzaya düşdü – Vəziyyəti ağırdır

Cavidan 22 Avqust, 2026
Screenshot 2026-08-22 133006
  • Cəmiyyət

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

Cavidan 22 Avqust, 2026
Screenshot 2026-08-22 125205
  • Cəmiyyət

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Cavidan 22 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 983)
  • Dünya (1. 027)
  • Gündəm (3. 305)
  • İdman (221)
  • İqtisadiyyat (155)
  • Kateqoriyasızlar (198)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (399)
  • Texnologiya (15)

Xəbər Trendi

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik Screenshot 2026-08-24 112526 1
  • Gündəm

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik

24 Avqust, 2026
Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib Screenshot 2026-08-24 104950 2
  • Gündəm

Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib

24 Avqust, 2026
Rusiya Odessada “Yujnı” limanını və yarımstansiyanı vurub Screenshot 2026-08-24 095306 3
  • İdman

Rusiya Odessada “Yujnı” limanını və yarımstansiyanı vurub

24 Avqust, 2026
Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb Screenshot 2026-08-24 091737 4
  • Kriminal

Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb

24 Avqust, 2026
Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub Screenshot 2026-08-22 162917 5
  • Dünya

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

22 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2983) Dünya (1027) Gündəm (3305) Kateqoriyasızlar (198) Kriminal (273) Mədəniyyət (93) Siyasət (399) Texnologiya (15) İdman (221) İqtisadiyyat (155)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.