Skip to content
15 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • “Ölkənin ən böyük elektrik stansiyası istismara verilməyə hazırlanır”
  • Cəmiyyət
  • Gündəm

“Ölkənin ən böyük elektrik stansiyası istismara verilməyə hazırlanır”

Son illərdə ölkədə icra edilən ən nəhəng layihələrdən biri olan, 2023-cü ilin fevral ayında Prezident İlham Əliyev tərəfindən
Cavidan 18 Mart, 2025
21

Son illərdə ölkədə icra edilən ən nəhəng layihələrdən biri olan, 2023-cü ilin fevral ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan 1280 meqavatlıq yeni elektrik stansiyasında işlər “AzərEnerji” tərəfindən yekunlaşdırılır.

Yeni tikilən elektrik stansiyası qoyuluş gücünə görə müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyası olmaqla yanaşı, ölkədəki digər istilik elektrik stansiyaları arasında hər kilovat saat üçün ən az qaz yandıran elektrik stansiyası olacaq.

Mingəçevir şəhərindəki “Azərbaycan” İES-in ərazisində inşa edilən bu nəhəng enerji obyektinin qrafikə uyğun olaraq, 2025-ci ilin sonuna kimi istismara verilməsi planlaşdırılsa da artıq proses qrafikdən əvvəl başa çatmaqdadır. Hazırda yeni elektrik stansiyasının 4 ədəd turbin və generatorlarından 3 dəsti test edilərək qoşulub və bir dəstinin isə yaxın vaxtlarda işəburaxılması həyata keçiriliəcək.

Bəs, bu nəhənglikdə enerji obyektinin istismarı və idarə edilməsi üçün yerli kadr təminatı necə olacaq?

Qeyd edək ki, yeni elektrik stansiyasının turbin və generatorları İtaliyanın “Ansaldo Energia”, util qazanlar isə Çinin “Dongfang” şirkətinin istehsalı olduğundan son 2 ildə dəfələrlə bu şirkətlərin mütəxəssisləri Mingəçevirdə, “AzərEnerji” mütəxəssisləri isə İtaliya və Çində olub, əyani kurslarda iştirak ediblər. Hazırda isə stansiyada qurğuların, avadanlıqların texniki sistemlərinin tam və etibarlı şəkildə istismarının təmin edilməsi, Qazan-Turbin sexinin işçilərinin bilik və peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə “Util Qazan təlim proqramı” üzrə aparılan Turbin, Generator və Avtomatika sahələri üzrə kadr hazırlığı proqramı davam etdirilir.

Hazırda belə bir təlim proqramı İtaliyanın “Ansaldo Energia” şirkətinin nümayəndələri tərəfindən stansiyanın işçiləri üçün keçirilir və layihə kurs şəklində davam etdirilir. Bu kurslara “Azərenerji” ASC-nin 130 əməkdaşı cəlb olunub.

Onu da bildirək ki, bundan əvvəl yanvar ayında Çinin “Dongfang” şirkəti tərəfindən də belə bir təlim kursu keçirilib və təlimçilər müəyyən olunan proqramlar üzrə mütəxəssislərin verdiyi bilik və bacarıqlara yiyələniblər.

Post navigation

Previous: Prezidentlə xanımı Ağdərədə yol açılışı etdi
Next: Prezidentlə xanımı sakinlərlə birlikdə Novruz tonqalı yandırdılar

Bölmənin digər xəbərləri

bPZM_1200
  • Cəmiyyət

İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatı təqdim olunub

Cavidan 14 Sentyabr, 2026
  • Cəmiyyət

“Bilik günü” Azərbaycanda 34 dərəcə isti olacaq

Cavidan 14 Sentyabr, 2026
de9o07lT3wviaEmjIK b
  • Cəmiyyət

İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Cavidan 14 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 122)
  • Dünya (1. 058)
  • Gündəm (3. 369)
  • İdman (236)
  • İqtisadiyyat (161)
  • Kateqoriyasızlar (215)
  • Kriminal (285)
  • Mədəniyyət (95)
  • Siyasət (411)
  • Texnologiya (15)

Xəbər Trendi

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb Screenshot_20260914_184727_com_android_chrome_ChromeTabbedActivity 1
  • Kateqoriyasızlar

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

14 Sentyabr, 2026
Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir Screenshot_20260914_175534_com_android_chrome_ChromeTabbedActivity 2
  • Kateqoriyasızlar

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

14 Sentyabr, 2026
İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatı təqdim olunub bPZM_1200 3
  • Cəmiyyət

İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatı təqdim olunub

14 Sentyabr, 2026
“Bilik günü” Azərbaycanda 34 dərəcə isti olacaq 4
  • Cəmiyyət

“Bilik günü” Azərbaycanda 34 dərəcə isti olacaq

14 Sentyabr, 2026
MM cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokolu təsdiqləyəcək 6aa79d1bc1c696 v 5
  • Kateqoriyasızlar

MM cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokolu təsdiqləyəcək

14 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3122) Dünya (1058) Gündəm (3369) Kateqoriyasızlar (215) Kriminal (285) Mədəniyyət (95) Siyasət (411) Texnologiya (15) İdman (236) İqtisadiyyat (161)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.