Skip to content
16 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Anası ali təhsilli olan şagirdin nəticəsi daha yaxşı olur – Nazir
  • Cəmiyyət
  • Gündəm

Anası ali təhsilli olan şagirdin nəticəsi daha yaxşı olur – Nazir

“100-120 il əvvəl, xüsusilə də Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə müsəlman şərqində ilk dünyəvi qızlar məktəbinin açılması bu
Cavidan 20 Fevral, 2025
1740035171_bagcam3-4 (2)

“100-120 il əvvəl, xüsusilə də Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə müsəlman şərqində ilk dünyəvi qızlar məktəbinin açılması bu gün sadəcə bir tarixi hadisə kimi görünsə də, əslində bugünkü mühəndis, riyaziyyatçı və müəllim qadınların cəmiyyətə inteqrasiyasının əsasını qoymuşdu.

Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Bakı Dövlət Universitetində təşkil edilən “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda keçirilən konfransda deyib.

“Başa düşməliyik ki, tarix boyu hər bir çətinlik insanı inkişafa sövq edən bir amil olub. Bizim cəmiyyət, xüsusilə də xanımlar və yeni nəsildən olan qızlar 120 il əvvəlki vəziyyəti dərk etməli və bu gün əldə etdikləri imkanların qiymətini bilməlidirlər. Bu irəliləyişi qorumaq və daha da inkişaf etdirmək üçün həmin riski daim nəzərdə saxlamalı və qızların təhsil imkanlarını genişləndirməyə çalışmalıyıq”, – deyə nazir qeyd edib.

O bildirib ki, Azərbaycanda qızların təhsili uzunmüddətli hədəflərdəndir. Nazirin sözlərinə görə, təhsil sahəsində görülən işlərin nəticəsi adətən ən tezi 20 il müddətinə görülür:

“Məsələn, bu gün təhsil almayan qız 10-15 ildən sonra ana olur və övladı növbəti 20 ilə əmək bazarına daxil olur. Təxminən 35 ildən sonrakı reallığı – bu günün fəaliyyəti və ya fəaliyyətsizliyini müşahidə etmiş oluruq. Bu səbəbdən qızların təhsilə əlçatanlığı və keyfiyyətli təhsil alması vacib amildir”.

E.Əmrullayev bildirib ki, Azərbaycan qadını və qızlarının üzləşdiyi təhdid və təhlükəni düzgün başa düşmək lazımdır:

“Tədqiqatlar onu göstərir ki, anası ali təhsilli olan şagirdlərin ortalama nəticələri PISA-da 1.3 il təhsilli olmayan ailələrdə böyüdülən şagirdlərə nisbətdə daha yaxşı olur. Eyni zamanda sağlamlıq baxımından ali təhsilli ailələrdə uşaqların erkən yaşda ölümü 5-10 % daha azdır. Həmçinin uzun müddətli qızların təhsilinə yatırılan vəsaitin hər bir manatının geriyə dönüşü təxminən 20 % təşkil edir”.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Yeni Vergi Məcəlləsi hazırlanır: “Sahibkarlar əmin olmalıdır ki…”
Sonrakı: Ağdamda “İmarət” Muzey Kompleksi YARADILIR

Bölmənin digər xəbərləri

6ad20c5e54b746ad20c5e5v
  • Cəmiyyət

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

Cavidan 16 Oktyabr, 2026
tzwFEebTOuIZtyvDbnYv
  • Cəmiyyət

Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər

Cavidan 16 Oktyabr, 2026
tkJDoqxsBqEbnUlr84yLvo v
  • Cəmiyyət

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

Cavidan 16 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android ani çap AnTuTu Apple Azerbaijan Business Women AzInTelecom Birbank Business Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Microsoft Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Reytinq Rəqəmsal İmza Samsung Science SheMatters Pakistan smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 298)
  • Dünya (1. 083)
  • Gündəm (3. 463)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (15)

Xəbər Trendi

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb 6ad20c5e54b746ad20c5e5v 1
  • Cəmiyyət

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

16 Oktyabr, 2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər tzwFEebTOuIZtyvDbnYv 2
  • Cəmiyyət

Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər

16 Oktyabr, 2026
Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqləyin Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqləyin 3
  • Texnologiya

Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqləyin

16 Oktyabr, 2026
Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə! Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə! 4
  • Texnologiya

Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə!

16 Oktyabr, 2026
Sabah Azərbaycanda 31 dərəcə isti olacaq tkJDoqxsBqEbnUlr84yLvo v 5
  • Cəmiyyət

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

16 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3298) Dünya (1083) Gündəm (3463) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (15) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 84
  • 77
  • 4. 894

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.