Skip to content
2 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Mikayıl Cabbarovdan inflyasiya ilə bağlı AÇIQLAMA
  • Cəmiyyət

Mikayıl Cabbarovdan inflyasiya ilə bağlı AÇIQLAMA

“İstehlak qiymətlərinin suni artımına yol verə bilən addımların qarşısının alınması istiqamətdə fəaliyyət gücləndirilib. 2022-ci ildə bu bizim prioritetimiz
Cavidan 23 Dekabr, 2021
1640249418_5

“İstehlak qiymətlərinin suni artımına yol verə bilən addımların qarşısının alınması istiqamətdə fəaliyyət gücləndirilib. 2022-ci ildə bu bizim prioritetimiz olacaq”.

Addim.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Bizi iqtisadi, əhalinin sosial rifahı nöqteyi nəzərdən narahat edən məsələlər var. Bu, inflyasiya prosesləridir. İnflyasiya prosesləri ilk növbədə əhalinin gəlirinin dəyərini azaldır”, – M. Cabbarov bildirib.

Onun sözlərinə görə, Azərbaycan qlobal iqtisadiyyata inteqrasiya etmiş ölkədir: “Yəni bu o deməkdir ki, qlobal iqtisadiyyatda inflyasiya prosesləri gedərkən, təbii olaraq bu, Azərbaycanda da öz əksini tapır. 2021-ci ildə ən sürətlə inflyasiya gedən sektorlar qida sahəsidir, müxtəlif tikinti materiallarıdır, xammaldır və s.. Bu məhsulların xüsusilə Azərbaycanda istehsalı azdır və ya istehsal edilmir, onların idxalından aslıyıq. Bu birabaşa olaraq qiymət artımının daxili bazara ötürülməsidir. Burada təbii olaraq hökumətin əlində o qədər də çox alət yoxdur. Biz çalışırıq ki, sosial əhəmiyyət kəsb edən məhsullara görə, yaxud da sosial müdafiə nəzərindən həssas olan təbəqələrə xüsusi yanaşma tətbiq edilsin. Dünya bazarlarında son iki ildə taxılın qiyməti təxminən 45-50 % artıb. Biz kifayət qədər böyük həcmdə taxıl idxal edirik. Bu strateji məhsulun qiymətinin artımının qarşısını almaq üçün dövlət tərəfindən subsidiya verilir”.

Azərbaycan Mərkəzi Bankın açıqlamasında əsasən, ölkədə bu il orta illik inflyasiya 6,3-6,6 %, illik inflyasiya isə 11,4-11,9 % səviyyəsində gözlənilir. Baza proqnozuna görə inflyasiya prosesləri növbəti ilin birinci rübündən başlayaraq stabilləşəcək və ilin ikinci yarısından başlayaraq inflyasiya hədəf diapazonunun yuxarı həddinə doğru hərəkət edəcək.

Rəsmi statistikaya görə, noyabrda aylıq inflyasiya 1,5 %, 12 aylıq inflyasiya isə 11,1 % olub. Orta illik inflyasiya yanvar-noyabr aylarında 6,2 %, orta illik baza inflyasiya isə 3,9 % təşkil edib. İnflyasiyanın yüksəlməsi bütün məhsul və xidmət alt qrupları üzrə davam edir.

Noyabrda ərzaq məhsulları üzrə qiymət indeksi ötən ayla müqayisədə 1,9 % yüksəlib, illik ərzaq inflyasiyası 14,9 % təşkil edib. Orta illik ərzaq inflyasiyası isə yanvar-noyabr aylarında 7,4 % olub.

Qeyri-ərzaq məhsulları üzrə qiymətlər noyabrda ötən ayla müqayisədə 0,5 %, son 1 ildə 7,1 % yüksəlib. Yanvar-noyabr aylarında orta illik qeyri-ərzaq inflyasiyası 4,8 % olub.

Xidmətlər noyabrda 1,6 %, son 1 ildə 9,1 % bahalaşıb. Orta illik xidmət inflyasiyası yanvar-noyabrda 5,4 % təşkil edib. Xidmətlər üzrə inflyasiyaya dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılması amilinin təsirləri davam edir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İsrail əsgərləri fələstinli gənci güllələdi
Next: FHN generallarının SİYAHISI

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 182300
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 165056
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 160646
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 685)
  • Dünya (3. 432)
  • Gündəm (11. 922)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb Screenshot 2026-07-02 182300 1
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

2 İyul, 2026
Suriya və Livan arasında razılaşma imzalanıb Screenshot 2026-07-02 173056 2
  • Dünya

Suriya və Livan arasında razılaşma imzalanıb

2 İyul, 2026
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib Screenshot 2026-07-02 165056 3
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

2 İyul, 2026
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək Screenshot 2026-07-02 160646 4
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

2 İyul, 2026
Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib 5
  • Cəmiyyət

Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9685) Dünya (3432) Gündəm (11922) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.