Skip to content
21 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 715)
  • Dünya (3. 131)
  • Gündəm (10. 888)
  • İdman (607)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 315)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 924)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Saxta plastik cərrahlarla bağlı komissiya yaradıldı – 1 aydan az vaxtları var

Cavidan 3 Yanvar, 2025

Azərbaycan Respublikasınının Səhiyyə Nazirliyi yenidən plastik cərrahlara çağırış edib.

Bu barədə nazirlik məlumat yayıb.

Məlumatda deyilir ki, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer alıb.

Səsləndirilən iddialarla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılıb və şübhəli məqamlar müəyyən edilib. Əldə olunan məlumatlara əsasən bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb:

“Plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranıb. Bununla bağlı, Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər”.

Qeyd edilib ki, mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.

Continue Reading

Previous: Azərbaycanda fəlsəfə doktoru dərəcəsi ən çox bu sahələrə verilib – SİYAHI
Next: “2025-ci ildə bu filmləri izləyə biləcəyik – SİYAHI” 

Bölmənin digər xəbərləri

Kataloniyada qatarların hərəkəti dayandırılıb
  • Dünya

Kataloniyada qatarların hərəkəti dayandırılıb

21 Yanvar, 2026
Milli Məclisdə hərbi xidmətkeçmə ilə bağlı ictimai dinləmə keçiriləcək
  • Cəmiyyət

Milli Məclisdə hərbi xidmətkeçmə ilə bağlı ictimai dinləmə keçiriləcək

21 Yanvar, 2026
Azərbaycan neftinin qiyməti 69 dolları ötüb
  • Gündəm

Azərbaycan neftinin qiyməti 69 dolları ötüb

21 Yanvar, 2026

Top 7 Xəbər

Kataloniyada qatarların hərəkəti dayandırılıb 1

Kataloniyada qatarların hərəkəti dayandırılıb

21 Yanvar, 2026
Milli Məclisdə hərbi xidmətkeçmə ilə bağlı ictimai dinləmə keçiriləcək 2

Milli Məclisdə hərbi xidmətkeçmə ilə bağlı ictimai dinləmə keçiriləcək

21 Yanvar, 2026
Azərbaycan neftinin qiyməti 69 dolları ötüb 3

Azərbaycan neftinin qiyməti 69 dolları ötüb

21 Yanvar, 2026
Hava şəraiti ilə əlaqədar olaraq 15 nəfər xəsarət alıb 4

Hava şəraiti ilə əlaqədar olaraq 15 nəfər xəsarət alıb

21 Yanvar, 2026
Bu gün “Qarabağ” “Ayntraxt”la üz-üzə gələcək 5

Bu gün “Qarabağ” “Ayntraxt”la üz-üzə gələcək

21 Yanvar, 2026
Azərbaycanda zəlzələ oldu 6

Azərbaycanda zəlzələ oldu

21 Yanvar, 2026
ADSEA şaxtalı havalarla bağlı abonentlərə müraciət edib 7

ADSEA şaxtalı havalarla bağlı abonentlərə müraciət edib

20 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 715)
  • Dünya (3. 131)
  • Gündəm (10. 888)
  • İdman (607)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 315)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 924)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8715) Dünya (3131) Gündəm (10888) Kateqoriyasızlar (452) Kriminal (1315) Mədəniyyət (328) Siyasət (2924) Texnologiya (14) İdman (607) İqtisadiyyat (559)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Kataloniyada qatarların hərəkəti dayandırılıb 21 Yanvar, 2026
  • Milli Məclisdə hərbi xidmətkeçmə ilə bağlı ictimai dinləmə keçiriləcək 21 Yanvar, 2026
  • Azərbaycan neftinin qiyməti 69 dolları ötüb 21 Yanvar, 2026
  • Hava şəraiti ilə əlaqədar olaraq 15 nəfər xəsarət alıb 21 Yanvar, 2026
  • Bu gün “Qarabağ” “Ayntraxt”la üz-üzə gələcək 21 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.